Strangers in the Night — 1966-cı ildə Frenk Sinatranın ifası sayəsində məşhurluq qazanan mahnı.
"Strangers in the Night" | |
---|---|
Frenk Sinatra tərəfindən Strangers in the Night albomunda ifa olunmuş sinql | |
Yayımlanma tarixi | 1966 |
Format | sinql |
Janr | pop |
Dil | ingilis dili |
Müddət | 02:35 |
Prodüser | Cimmi Bouen |
Bəstəkar | Bert Kempfert |
Sözlərin müəllifi | Çarlz Sinqlton, Eddi Snayder |
İddiaya görə mahnının orijinal musiqisi məşhur yuqoslav müğənnisi İvo Robiç tərəfindən bəstələnmiş və onun Yuqoslaviyada keçirilən bir musiqi yarışmasındakı uğursuz çıxışından sonra musiqinin müəlliflik hüquqları Bert Kempfertə satılmışdır. Sonradan orijinal musiqinin üstündə bəstəkar Bert Kempfert işləyərək onu Sinatranın ifası üçün hazırlamış, Çarlz Sinqlton və Eddi Snayder isə mahnıya ingilis dilində sözlər yazmışlar.
Mahnı Billboard Hot 100 və Easy Listening hit paradlarında birinci yerə qədər yüksəlmişdir. Mahnı həmçinin UK Singles Chartda da yuxarı pillələrdə olmuşdur. Frenk Sinatra 1966-cı ildə çıxardığı albomunu da bu mahnının adı ilə Strangers in the Night adlandırmışdır. Həmin albom Sinatranın ən çox nüsxə ilə satılan albomu olmuşdur.
Mahnı Frenk Sinatra üçün çox böyük uğurlar gətirmişdir. Belə ki, o, bu mahnıya görə 1967-ci il Qremi Mükafatlandırması zamanı iki kateqoriyada "İlin Ən Yaxşı Pop Vokal Müğənnisi" və "İlin Ən Yaxşı Səs Yazısı" kateqoriyalarında mükafat əldə etmişdir.
Mahnının sonunda Frenk Sinatra ən çox yadda qalan və sevilən imitasiyasını (doo-be-doo-be-doo) etmiş və mahnını özünməxsus şəkildə bu cür tamamlamışdır.