Strateji Raket Qoşunları (rusca: Ракетные войска стратегического назначения) Rusiya Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Rusiya Federasiyasının müxtəlif bölgələrində yerləşdirilmiş qitələrarası ballistik raketlərə nəzarət etməkdir. Bu qoşunlar ilk dəfə Sovet Silahlı Qüvvələrinin tərkibində yaradılmış, 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra isə Rusiyanın tabeçiliyi altına keçmişdir.
Strateji Raket Qoşunları | |
---|---|
Ракетные войска стратегического назначения | |
Yaranma tarixi | 17 dekabr 1959 - günümüzə |
Ölkə | Rusiya |
Tabedir | Rusiya Silahlı Qüvvələri |
Daxildir | Rusiya Silahlı Qüvvələri |
Sayı | 60,000 (2016)[1] |
Qərargah | Moskva, Rusiya |
Şüarı |
"После нас - тишина" ("Bizdən sonra - sükut") |
Müharibələr | Soyuq müharibə |
Döyüşlər | |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | General-polkovnik Sergey Karakaev |
Məşhur komandirləri | Mitrofan Nedelin |
Vikianbarda əlaqəli mediafayllar |
Strateji Raket Qoşunları 17 dekabr 1959-cu ildə düşmənin nüvə silahlarını, hərbi və sənaye obyektlərini sıradan çıxarmaq məqsədilə yaradılmışdır.[2] Bu qoşunlar SSRİ-nin tabeçiliyi altında olan bütün növ ballistik raketlərə nəzarət edirdi.
2017-ci ilin yanvar ayına olan məlumata əsasən Strateji Raket Qoşunlarına aid aşağıdakı birliklər fəaliyyətini davam etdirir:[3]