Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı — SSRİ ilə ABŞ arasında ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16–28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar (SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək istəyi olaraq). ABŞ-də "Kuba raket böhranı" (ing. Cuban missile crisis) terminindən istifadə olunur. Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən vacib hadisələrindən biridir.
Karib böhranı | |||
---|---|---|---|
Soyuq müharibə | |||
Tarix |
16–28 oktyabr 1962-ci il (Kubanın dəniz blokadası 20 noyabrda başa çatdı) |
||
Yeri | Kuba | ||
Nəticəsi | • Sovet İttifaqına məxsus nüvə raketləri Kubadan çıxarıldı • ABŞ-yə məxsus nüvə raketləri Türkiyə və İtaliyadan çıxarıldı • Birbaşa provokasiya olmayacağı təqdirdə ABŞ-nin heç vaxt Kubanı işğal etməyəcəyinə dair Sovet İttifaqı ilə ABŞ arasında razılaşma əldə olundu • ABŞ və Sovet İttifaqı arasında "qaynar xətt" yaradıldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq bloku |
---|
Manhatan layihəsi ilə dünyada ilk dəfə nüvə silahını istehsal edən ABŞ, bu silahı Yaponiyada 2 dəfə sınamaqdan çəkinməmiş və böyük bir faciəyə yol açmışdır. 1945-ci il avqustun 6-da Hiroşimaya, avqustun 9-da Naqasakiyə atılan bombaların nəticəsində 250.000 insan həyatını itirmiş, bu bölgələrdəki təsirləri on illər boyunca silinməyəcək kimyəvi-bioloji zərərlər buraxmışdır. ABŞ-nin atom bombası riskinin gözə almasının əsl səbəbləri Yaponiyanın işğalını asanlaşdırmaq və o vaxtlarda Yaponiyaya hələ də müharibə etməmiş olan Sovet Birliyinə bu dəhşətli silahla dünya liderliyinin onda olduğu mesajını vermək istəməsi idi. Müharibənin sonrasında Sovet Birliyinin nüvə silahı və atom bombalarının dünya səviyyəsində yox edilməsi mövzusunda verdiyi təklif ABŞ tərəfindən rədd edilmiş və bu səbəblə Sovet Birliyi də öz təhlükəsizlik strategiyasını inkişaf etdirərək nüvə proqramını 4 il içərsində uğurla sınamağa başlamışdır.
ABŞ və SSRİ arasında soyuq savaşın gedərək kəskinləşdiyi 1950-ci illərdə hər 2 ölkə təsir dairələrindəki coğrafiyalarda öz imkanları çərçivəsində əsgəri, iqtisadi və siyasi birliklər yerləşdirmiş, nəticədə dünya 2 qütblü bir vəziyyətə gəlmişdir. ABŞ SSRİ-nin Çində və Şimali Koreyada kommunist dövlət qurması sonrasında Asiyada kommunizmin daha çox yayılmasından olduqca narahat olmağa başlamışdır. Daha da ötəsi Stalin Qərbi Avropanı Sovet birliyinin təsiri altına sala bilmişdir. Ancaq ABŞ bütün bu irəliləyişlərə baxmayaraq heç gözləmədiyi şey, burnunun dibində yeni bir sosialist dövrünün və yeni bir sosialist ölkənin qurulması oldu.
ABŞ-li iş adamlarının və çox mühüm kapitalların yatırıldığı o dövrdə qumar və mafia cənnəti olaraq bilinən Fulgencio Batistanın prezident olduğu Kubada yaşanan rejim- əvvəllərdə rejimin lideri Fidel Kastronun ideolojik cizgisi dəqiq olmasa da, daha sonra gedərək artan antiimperalist və sosialist hərəkətləri səbəbiylə Amerikanı narahat etməyə başlamışdır. Fidel Kastro, Che Guevara və inqilabçı dostlarının 1953-cü iyulun 26 tarixindəki Moncada Kışlasına etdikləri uğursuz hücumla başlayan hərəkatlari, 1957 il mayın 28-də Uveroda bir qarnizona edilən uğurlu hücumla sürətlənmiş və 1959 il yanvarın 1-də xalqın alqışları ilə Havanaya girən Kastro və 300 qarilla dostu diktator Batıstayı hakimiyyətdən salaraq Kuba rejimini yaratmışdır. Kastro bu rejimi yaradarkən idolojik cizgisi dəqiq deyildi. Nüvələr bəhanə idi, əsl hədəf Kastro rejimi idi.
Gedərək daha sosialist bir cizgiyə çevrilən və Sovet Birliyi ilə əlaqələrini genişləndirən Fidel Kastro Amerika tərəfindən ona qarşı olan embarqo, sui-qəsd və savaş təhdidlərinə qarşı həyatda qala bilmək üçün Sovet Birliyindən daha çox kömək istəyirdi. Fidel Kastronun o dövrdəki zəifliyindən faydalanmaq istəyən Con Kennedi idarəçiliyi və CİA, rejimə qarşı olan maraqlı planı ilə Fidel Kastronu hakimiyyətdən salmaq istədi. Domuzlar Körfəzi Çikartması olaraq tanınan bu plan 1961-ci il aprelin 17-də üsyan qaldıran 1500-ə qədər Amerikan Kubalısı, Kuba ordusu və rejimə sahib çıxan xalq tərəfindən asanlıqla yatırıldı. ABŞ kiçik bir ölkə qarşısında biabır olmuşdu.
Elə bu vəziyyətdə Kubanın gec və ya tez devriləcəyini düşünən Sovet lideri Nikita Xruşov ani və çox fikirləşmədən verdiyi qərarla Kubaya Sovet nüvə silahlarının yerləşdirilməsi üçün əmr verdi. Əməliyyat gizli həyata keçiriləcək və dünya ictimaiyyətinə məlumat verilməyəcəkdi. Xruşovun planına görə beləcə Sovet Birliyi də sayca Amerikadan daha az nüvə başlığı olmasına baxmayaraq yaxın məsafə əldə etməsi ilə nüvə yarışında Amerikadan daha avantajlı bir mövqeyə keçəcəkdi. Ancaq Amerikanın cəsus təyyarələri Sovet nüvə mərkəzlərini tez bir zamanda müəyyən edir. Fidel Kastro bu krizin başlaması haqqında belə məlumat verir."Nüvə mərkəzlərini oktyabrın 16-da müəyyən etdilər. Çox hündürdən uçan bir Amerika U-2 cəsus təyyarəsi fırlanan rampaların fotoşəkillərini çəkir. Əslində nüvə başlıqlarının dəqiq yerini Amerikalılara Sovet gizli mərkəzindən Albay Oleg Penkovskinin verdiyi bilinir. U-2 bunları sonradan müəyyən edir. Kennedi həmin gün ayın 16-da xəbərdar edilir, kriz o vaxtdan başlanır."ABŞ-də seçki mübarizəsinin gücləndiyi dövrdə 1962-ci il oktyabrın 16-sı günü o dövrün Müdafiə naziri Robert McNamara Kubada nüvə mərkəzlərini göstərən fotoşəkilləri prezident Kennediyə göstərdi. Fotoşəkillərdən görünənə görə Sovetlərə məxsus nüvə başlıqları yerləşdirilməyə başlamış, amma atəşlənməyə hazır olmadığı üçün bəzi parçaların Kubaya gətirilməsi lazım idi.
Con Kennedi uzun sürən müzakirələrdən sonra Kubanın dənizdən mühasirəyə alınmasına qərar verdi. ABŞ bu qərarı barədə BMT, AİB və NATO-dan məsləhət istəmədi və ya məlumat vermədi, sadəcə bu qərarından xəbərdar etməklə kifayətləndi. 1962-ci il oktyabrın 22-də embarqo həyata keçirilməyə başladı. Bu arada Atlantik okeanında Sovet gəmiləri Kubaya yaxınlaşırdı. Bu gəmilər embarqoya əhəmiyyət verməsəydi, okeanda batıralacaqdı. Nikita Xruşşov ilk reaksiya olaraq hücum deyil, müdafiə silahı daşıdığı gəmilərin dayandırılması üçün əmr verməyəcəyini bildirdi. Bu qərar vəziyyəti daha da çətinləşdirdi. Nikita Xruşşov 1962-ci il oktyabrın 27-də Con Kennediyə göndərdiyi məktubda ABŞ-nin Türkiyədəki nüvə mərkəzlərini sökdüyü təqdirdə (ABŞ 1959-cu ildə Türkiyə ilə razılaşmış, 1961-ci ildə Türkiyəyə Yupiter nüvələrini yerləşdirmiş, hansı ki, bu haqda məlumat Türk xalqına 40 il sonra veriləcəkdi.) SSRİ-nin də Kubadakıları sökəcəyini, Türkiyənin ərazi bütövlüyünə və müstəqilliyinə hörmət ediləcəyi, daxili işlərinə qarışmayacağı və işğal etməyəcəyini bildirmiş və Kubadakı nüvə mərkəzlərinin sökülməsinin əvəzində ABŞ-nin da eyni sözləri Kuba barədə verməsini demişdi. Prezident Con Kennedi isə həmin tarixli cavab məktubunda Kubadakı nüvələrin söküləcəyi təqdirdə Kubaya qarşı olan mühasirəyə son veriləcəyini və Kubanı işğal etməyəcəyi təminatını vermişdi. Ancaq Türkiyədəki nüvələrin sökülməsi mövzusunda kəskin bir razılıq verməkdən qaçınaraq "Dünyadakı gərginliyin yumşalması, məktubunuzda bildirdiyiniz digər silahlarla əlaqədar olaraq daha geniş müzakirə edə bilməmizə şərait yarada bilər." demişdir. ABŞ prezidenti Kennedi üçün əsas olan ABŞ-yə qarşı olan təhdidin aradan qaldırılması idi. Yupiterlər haqqında isə daha sonra qərar verilə bilərdi.
Xruşov ABŞ ilə müharibəni gözə almadığını və nüvə müharibəsinin dünyayı bir fəlakətə aparacağını bildiyi üçün Kubadakı silahları götürməsi əvəzində ABŞ-nin da Türkiyəyə yerləşdirdiyi Yupiter nüvə başlıqlarını götürməsini və Kubayı işğal etməyəcəyi mövzusunda açıqlama verməsini istəyirdi. Xruşovun qorxaq və məsuliyyətli addımlarından cəsarət alan Kennedi- "Onsuz da Türkiyəyə qoyduğumuz nüvələr köhnəlmişdi, 6 ay içərisində onları götürəcəkdik", "ABŞ-nin onsuz da Kubanı işğal etmək fikri olmamışdır" demişdir. Nəhayət dünyanın nüvə fəlakətinin mərkəzinə çevriləcəyi bu gərgin saat və günlərin sonunda Xruşov Kennedinin təklifini müsbət qarşılayır, ambarqo sona çatır və Kubadakı sovet gəmiləri geri çəkilir. Beləliklə, 1962-ci il Karib böhranı sona yetir.
Karib böhranı bir az da qarışıq olaraq Soyuq müharibənin kuliminasiya nöqtəsinə çatdığı bir dövrdə "yumuşama" və "anlaşmaya" şərait yaratmışdı. Nüvə müharibəsinin başlaya biləcəyini başa düşən tərəflər bundan sonra daha təmkinli olacaqlardı.(belə ki, ABŞ Türkiyədəki Yupiter nüvə mərkəzlərini təzyiqsiz sökməyə başlamışdır)
Nato üzvləri, daha doğrusu NATO-nun Avropa qanadı belə böyük bir böhranda (hətta onları təhlükəyə atan vəziyyət olsa da) fikirlərinin nəzərə alınmayacağını, ABŞ-nin təkbaşına hərəkət edəcəyini başa düşmüşlərdi.
SSRi-də Xruşşov məsuliyyətsizlikdə günahlandırmaqla iqtidardan salındı. Bu böhran o dövrdəki 2 qütblü dünya düzülüşünə, blokları təşkil edən dövlətlər arasındakı münasibətlərə təsir etdi. Şərq blokunda Çin-Sovet münasibətlərində qarışıqlıq yarandı.
Qərb blokunda Fransa 2 super dövlət arasında körpü quraraq "Qərbi Avropa" əməliyyatına başladı və ABŞ ilə əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atmaqla öz nüvə proqramını yaratmağa başladı.
ABŞ və SSRİ böhrandan sonra nüvə silahlarının yayılmasının qarşısını almaq üçün 1963-cü ildə iyulun 5-də "Nüvə silahlarının sınaqdan keçirilməməsi barədə saziş" imzaladılar.(bu razılaşma atmosferdə, kosmos və dənizaltında nüvə silahlarını qadağan edirdi) Hər hansı bir böhran sırasında Vaşinqton və Moskva arasında birbaşa xəbərləşmə xəttinin qurulmasının vacibliyini ortaya çıxarmışdı. İki paytaxt arasında dərhal əlaqə saxlaya bilmək üçün telefon xətti qurulmuşdur.