Stygivenator molnari

Tyrannosaurus (lat. Tyrannosaurus) — heyvanlar aləminin xordalılar tipinin tyrannosauridae fəsiləsinə aid heyvan cinsi.

Tirannozavr
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tirannozavr 66,3-67,8 milyon il bundan əvvəl Şimali Amerika ərazisində yaşamış ən nəhəng yırtıcılardan olub. İlk dəfə olaraq 1874-cü ildə Artur Leis Kolorado ştatının yaxınlığında tirannozavrın dişlərini aşkar etsə də, hansı canlıya aid olduğunu bilmir. Daha sonra isə 1905-ci ildə H.F.Osborn nəhəngin skeletini tapır və onu Tirannozavr adlandırır. Tirannozavr quru üzərində yaşamış ən nəhəng canlılardan biri olub, Qolotip AMNH 502-nin uzunluğu 10,6m, boyu 3,4 m çəkisi 7 ton olaraq hesablanıb. Nisbətən tam olan skeletlərdən ən böyüyü isə Skotti ləqəbli örnəkdir. Onun uzunluğu 13 metr, çəkisi 9 ton, boyu 4,4 metr olaraq hesablanıb. Tirannozavr reksin çəkisi 6-10 ton arası olub.

  • Manospondylus gigas Cope, 182
  • Dynamosaurus imperiosus Osborn, 195
  • Nanotyrannus lancensis ? (Gilmore, 196) Bakker, Williams & Currie, 1988
  • Stygivenator molnari (Paul, 1988) Olshevsky, 1995 [originally Aublysodon]
  • Dinotyrannus megagracilis 995