Su Pavilyonu (fr. Pavillon de l'eau) — Paris şəhərinə aid su muzeyi. Muzey Parisdə suyun istehsalı və paylanmasına cavabdeh olan Eau de Paris bələdiyyə agentliyi tərəfindən idarə olunur.
Su Pavilyonu | |
---|---|
Əsası qoyulub | 2007 |
Açılış tarixi | 2007 |
Ölkə | |
Yerləşir | Parisin 16-cı dairəsi[d] |
48°50′46″ şm. e. 2°16′23″ ş. u. | |
eaudeparis.fr/le-pavillo… | |
Vikianbarda əlaqəli mediafayllar |
Pavilyon şəhərin su təchizatının tarixinə həsr olunmuş daimi sərgi, müvəqqəti sərgilər, uşaq tədbirləri (maarifləndirici seminarlar, görüşlər, tamaşalar və s.) və tematik görüşlər təklif edir.
Su pavilyonu, yəni A fabriki və B fabriki və onun metal pilləkəni 30 yanvar 2020-ci ildən tarixi abidələr siyahısına daxil edilmişdir.[1]
1828-ci ildə Auteuil və Passi bələdiyyələrini su ilə təmin etmək üçün Sena çayından Versala gedən qədim yolda buxar nasosu quraşdırıldı.[2].
Sena çayından yuxarı olan nasos, eyni adlı ərazini təmin etmək üçün nəzərdə tutulmuşdur. Lakin ətraf getdikcə şəhərləşdikcə onun köhnəlməsi, borularından çıxan tüstü gözə çarpır. Ona görə onun köçürülməsinə qərar verilmişdir.[3].
XIX-cu əsrin sonlarında paytaxtın qərbində yerləşən nasoslar artıq köhnəlmişdilər. Paris bələdiyyə şurası daha sonra Bulon meşəsi və küçələrə nəzərdə tutulmuş Sena çayından yeni Passi su anbarlarına su verə bilən yeni qaldırıcı qurğunun tikintisinə qərar verdi.
1899-cu ildə Paris Ticarət Palatasının üzvləri Şalo su nasosunun yerdəyişməsi ilə bağlı qanun qəbul edir.[4]
Zavod Pakot şirkəti tərəfindən tikilib və ən son yeniliklərdən istifadə edir. 2 ayrı binadan ibarətdir: küçə tərəfində maşın otağı, estakada tərəfində isə qazanxana var. Çaydan su götürən nasosları işlədirlər. Daha sonra içilməyən su süzülür (filtrasiya) olur.
Bununla belə, bu yeni zavod çox kömür istehlak edir və yeni, daha səmərəli maşınların hazırlanmasına uyğunlaşmaq çətin olur.
Birinci Dünya Müharibəsindən sonra yeni layihəyəyə start verildi. Bir neçə metr aralıda 1925-ci ildə qırmızı kərpicdən B zavodu tikilir.[3] · [5]
1955-ci ildə A zavodu istismardan çıxarıldı və 2007-ci ildə Su Pavilyonu kimi istifadəyə verildi.[3] · [5]
B zavoduna gəlincə, o, 1952-ci ildə kömürü elektrik enerjisi ilə əvəz edərək modernləşdirilib. O, hələ də fəaliyyətdədir: onun çəkdiyi su Bulon meşələrindəki gölləri doldurmaq, yaşıllıqları sulamaq və küçələri təmizləmək üçün istifadə olunur.[6].