Sudan–Türkiyə münasibətləri

Türkiyə–Sudan münasibətləriTürkiyə Respublikası ilə Sudan arasındakı ikitərəfli diplomatik münasibətlər. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Qaçqınlar üzrə Ali Komissarlıqİslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.

Türkiyə–Sudan münasibətləri
Sudan və Türkiyə
 Sudan  Türkiyə

Osmanlının Sudanı fəthi 1821-ci ildə başlayır. Sudan ərazisi əyalat olaraq Misirin bir hissəsi, daha sonra isə Misir xədivliyinin bir hissəsi olur.

Siyasi münasibətlər

[redaktə | mənbəni redaktə et]

Türkiyə Sudanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri idi. Xartumdakı Türkiyə səfirliyi, Sudan müstəqillik qazandıqdan dərhal sonra, 1956-cı ildə açılır[1].

2017-ci ilin dekabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanı ziyarət edir. Bu Sudan müstəqillik əldə etdikdən sonra Türkiyə başçısının Sudana ilk səfəri olu[2][3]r. Səfər zamanı Suakin adasının 99 il müddətinə Türkiyəyə verilməsinə dair bir razılaşma da daxil olmaqla bir neçə mühüm sənəd imzalanır[4]. Osmanlı hakimiyyəti dövründə ada Qırmızı dənizin sahilində mühüm bir liman olur, lakin 20-ci əsrdə Sudan Portunun inşasından sonra Suakin çökür. Türkiyə adanı turizm mərkəzinə çevirməyi və tarixi abidələri bərpa etməyi planlaşdırır[5]. Adanın icarəyə verilməsini MisirSəudiyyə Ərəbistanı narahatlıqla qarşılayır, ancaq Türkiyə tərəfi heç bir şeyin ərəb ölkələrinin təhlükəsizliyini təhdid etmədiyini bildirir. Çünki Türkiyə öz qoşunlarını adaya yerləşdirmək fikrində deyil. Sudandakı hərbi çevrilişdən və Prezident Ömər əl-Bəşirin devrilməsindən sonra, Türkiyə Xarici İşlər Nazirliyi Suakinin icarəsi ilə bağlı müqavilənin ləğv edilmədiyini söyləyir[6].

İqtisadi münasibətlər

[redaktə | mənbəni redaktə et]

Türk şirkətləri tərəfindən müxtəlif infrastruktur layihələrinə və birbaşa investisiyalar hesabına yatırılan pul miqdarı 650 milyon dollara bərabərdir. 2018-ci ildə ölkələr arasında ikitərəfli ticarət 434 milyon dollar təşkil edib ki, bunun da 360,9 milyon dolları Sudana Türkiyə ixracatı və 74,1 milyon dolları Sudanın Türkiyəyə ixracatıdır[1].

Diplomatik nümayəndəliklər

[redaktə | mənbəni redaktə et]

Sudanın Ankarada səfirliyi və İstanbulda konsulluğu var.

Türkiyənin Xartumda səfirliyi var[7].

  1. 1 2 "From Rep. of Turkey Ministry of Foreign Affairs". Republic of Turkey Ministry of Foreign Affairs. 2015-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
  2. "Turkey and Sudan agree to boost ties in Erdogan visit". www.aljazeera.com. 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
  3. "Why is Sudan's Suakin island important for Turkey?". www.trtworld.com (ingilis). 2020-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
  4. "Турция вернула себе османский форпост на Красном море". EADaily (rus). 2020-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
  5. "Турция восстановит исторические объекты на острове Суакин". Anadolu Agency. 26.12.2017. 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  6. "Turkey denies Suakin pact ends with Sudan". Anadolu Agency. 26.04.2019. 2020-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  7. "T.C. Dışişleri Bakanlığı السفارة التركية بالخرطوم". Khartoum.emb.mfa.gov.tr. 24 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2019.