Sudanda müharibə (2023–2024)

Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib.

Sudan vətəndaş müharibəsi
Tarix 15 aprel, 2023 - davam edir
Yeri Xartum, Sudan
Münaqişə tərəfləri

Sudan Silahlı Qüvvələri

Çevik Dəstək Qüvvələri

Komandan(lar)

Abdel Fattah al-Burhan

Mohamed Dagalo

Tərəflərin qüvvəsi

bilinmir

~100,000[1]

Ümumi itkilər
Ən azı 185 ölü və 1.800-dən çox yaralı[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər.[3][4][5]

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.

Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin hazırlamışdır.[6][7] Qiymətli resuslara nəzarət üzərində başlayan ilk toqquşmalar oturaq fermerlər və köçəri çobanlar arasında baş vermişdir.[8] Kənd təsərrüfatı Sudan iqtisadiyyatında və gündəlik həyatında mühüm yer tutmaqdadır.[9]

Mərkəzi hökumətlə cənub bölgələri arasında baş vermiş iki vətəndaş müharibəsində 1.5 milyon insan həlak oldu. Darfur bölgəsində davam edən münaqişə isə iki milyon sudanlının evlərini itirməsinə səbəb olmuş, 200 minə yaxın şəxs isə həlak olmuşdur.[10] 1956-cı ildə müstəqillik əldə etdikdən sonra, Sudanda on beşdən çox hərbi çevriliş həyata keçirdi və hakimiyyətə gətirilən siyasətçilərin arxasında isə həmişə hərbi xuntalar dayanmışdır.[11]

Siyasi kontekst

[redaktə | mənbəni redaktə et]

Çevik Dəstək Qüvvələri

[redaktə | mənbəni redaktə et]
Toqquşmaların ilk baş verdiyi yerlərdən olan Xartum Beynəlxalq Hava Limanı ÇDQ tərəfindən zəbt edilib.

2023-cü ilin 15 aprel tarixində Dagalonun rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələrinin üzvləri Sudan Silahlı Qüvvələrinin Xartum şəhərində yerləşən müxtəlif hərbi bazalarına qəfil hücuma başlayıb..[12][13] Saat 12:00-da (Mərkəzi Afrika vaxtı ilə) ÇDQ qüvvələri Xartum Beynəlxalq Hava Limanı, Merove Hava Limanı, El Obeid Hava Limanı və Sobadakı bazanı ələ keçirdiklərini iddia ediblər.[14] Günortadan sonra ÇDQ və Sudan Silahlı Qüvvələri arasında Prezident sarayı və Əl-Burhanın iqamətgahına nəzarət uğrunda şiddətli döyüşlər baş verib və hər iki tərəf sözügedən obkyektlərə nəzarəti ələ keçirdiklərini elan ediblər.[14]

Toqquşmaların şiddətlənməsini və təhlükəsizlik tədbirlərini əsas gətirən Sudan hökuməti ölkədəki bütün hava limanlarının bağlandığını açıqlayıb.[15] Sudan Hərbi Hava Qüvvələri ÇDQ-nin Xartumdakı mövqelərinə hava zərbələri endirib.[12][14] Həmin gün şəhərin müxtəlif yerlərində artilleriya atəşi eşidilib və səslər Xartum Beynəlxalq Hava Limanı istiqamətində daha şiddətli formada qeydə alınıb. [16]

Sudanın Dövlət Televiziyası olan Sudan TV-nin mərkəzi ofisində də silah səsləri eşidilib, hətta səslər xəbərlər buraxılışının axşam efiri zamanı da canlı yayımda öz əksini tapıb.[17] Ölkədə baş verən hadisələrlə bağlı məlumat verməyə çalışan aparıcının yayımı yarımçıq kəsilib.[18] Hadisə şahidlərinin verdiyi məlumata görə Sudan TV-nin mərkəzi binasına ÇDQ qüvvələri tərəfindən hücum edilib və ehtimal olunur ki, onlar mümkün hərbi çevriliş haqqında bəyanəti telekanal efirindən vermək istəyiblər.[12][19] Xartumdakı əsas körpülər və yollar bağlanıb, nəzarət-buraxılış məntəqələri yaradılıb.[20] ÇDQ Xartumun cənubuna gedən bütün yolların bağlandığını iddia edib.

Flightradar24-ün məlumatına görə, Xartum Beynəlxalq Hava Limanında Səudiyyə Ərəbistanının, Badr Hava Yolları və SkyUp Hava Yollarına aid bir çox təyyarənin zədələndiyi bildirilir.[21] Səudiyyə Ərəbistanı daha sonra təsdiqləyib ki, təyyarələrindən biri olan Airbus hava limanında havaya qalxmazdan əvvəl atəşə tutulub və bütün sərnişinləri, ekipajı və əməkdaşlarını Səudiyyə Ərəbistanının Xartum şəhərindəki səfirliyinə təxliyə edilib.[22] Xartum Beynəlxalq Hava Limanının əsas istifadəçilərindən olan Misir Hava YollarıQatar Airways Sudana olan bütün uçuşların dayandırıldığını elan ediblər.[23]

Həmin gündə digər ərazilərdə baş vermiş toqquşmalar

[redaktə | mənbəni redaktə et]

Şimali Darfur əyalətinin paytaxtı Əl-Fəşirdə də toqquşmalar baş verib, Nyala hava limanı atəşə tutulub.[15][24] Əl-Fəşirdə hava limanını və digər binaları ələ keçirməyə çalışan Çevik Dəstək Qüvvələri və Sudan Ordusu arasındakı toqquşmalarda yüngül və ağır silahlardan istifadə edilib.[25] ÇDQ mənsubları hava limanını və Əl-Fəşirdəki Siqnal Korpusu və Tibb Korpusunun qərargahını ələ keçirdiklərini iddia ediblər.[26] Toqquşmalar

Mərkəzi Darfurdakı Zalingey yaşayış məntəqəsində də baş verib. Günün sonunda Sudan Silahlı Qüvvələrinin rəsmisi iddia edib ki, Ağ Nil, Gedaref, Kassala, Nyala, Port Sudan, Kadugli, Damazin və Kostidəki Çevik Dəstək Qüvvələri təslim olub, onların Taiba və Sobada düşərgələri tamamilə məhv edilib.[27][28]

Xartum Dövlət Təhlükəsizliyi Komitəsi vətəndaşların həyatını və onların əmlakını qorumaq üçün 16 aprelin rəsmi tətil olaraq elan edildiyini açıqlayıb. Saat 13:30 radələrində (CAT) Sudan Silahlı Qüvvələri bir General-mayorBriqada generalının xilas edildiyini, Merove hava limanında bir çox ÇDQ zabitinin həbs edildiyini və hava limanına ordunun nəzarət etdiyini elan edib. Silahlı Qüvvələrini verdiyi bir digər açıqlamaya görə ÇDQ mənsubu olduğu ehtimal edilən bir çox döyüşçü könüllü formada təslim olub və Sudan Silahlı Qüvvələrinə qarşı döyüşmək istəmədiklərini bildiriblər.[14][29] Sudan Silahlı Qüvvələrinin gün ərzindəki digər bir açıqlamasına görə Moreve hava limanında Misir Silahlı Qüvvələrinə mənsub zabit və əsgərlərin əsir alınmasından sonra ÇDQ qüvvələri həmin hava limanından qaçıb.

Sudan telekommunikasiya tənzimləyicisinin müvafiq əmrindən sonra telekommunikasiya provayderi MTN ölkə daxilində internet xidmətlərini dayandırıb.[30] Sudan TV də yayımlarını tamamilə dayandırılı və yerli xəbər saytı milli yayımçının baş qərargahında qarşıdurmaların baş verdiyini və Sudan TV-nin əsas yayım bazasının bombalandığını bildirib.[31] Reuters Xartumdakı mənbələrinə əsasən bildirib ki, hakimiyyət ÇDQ qüvvələri tərəfindən planlana yayımın qarşısını almaq üçün yayımları kəsib.[32] Sudan Dəmir Yollarının obyektlərində də tətillər qeydə alınıb.[33]

  • Aprelin 19-da Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Norveç, Polşa, Cənubi Koreya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya, ABŞ və Avropa ölkələrinin Sudandakı diplomatik nümayəndəlikləri, tərəfləri beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə əməl etməyə çağıran birgə bəyanat yayıb.
  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan generallar Burhan və Daqalo ilə ayrı-ayrılıqda telefon danışığı keçirib, hər iki tərəfi münaqişəni dayandırmağa və danışıqlara qayıtmağa çağırıb.
  1. "Factbox: Who are Sudan's Rapid Support Forces?". Reuters. 13 April 2023. 14 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15. Analysts estimate the force numbers about 100,000, with bases and deployments across the country.
  2. "Sudan army chief open to negotiations - but says his troops will 'definitely' defeat paramilitary group". Sky News. 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17.
  3. "At least 25 killed, 183 injured in ongoing clashes across Sudan as paramilitary group claims control of presidential palace". CNN. 15 April 2023. 17 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2023.
  4. Mullany, Gerry. "Sudan Erupts in Chaos: Who Is Battling for Control and Why It Matters". The New York Times. 15 April 2023. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2023.
  5. Akinwotu, Emmanuel. "Gunfire and explosions erupt across Sudan's capital as military rivals clash". Lagos, Nigeria: NPR. 15 April 2023. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2023.
  6. Sawant, Ankush B. "Ethnic Conflict in Sudan in Historical Perspective". International Studies (ingilis). 35 (3). 1998: 343–363. doi:10.1177/0020881798035003006. ISSN 0020-8817. 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17.
  7. Fluehr-Lobban, Carolyn. "Islamization in Sudan: A Critical Assessment". Middle East Journal. 44 (4). 1990: 610–623. ISSN 0026-3141. JSTOR 4328193. 2023-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17.
  8. Nomads' Settlement in Sudan Arxivləşdirilib 16 aprel 2023 at the Wayback Machine. United Nations Development Programme (2006). Retrieved 2023-04-15.
  9. "The Government of Sudan, FAO and WFP call for investment in Sudan's agriculture as number of people facing acute food insecurity reaches record high". World Food Programme (ingilis). 13 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16."
  10. "Sudan: The basics". BBC (ingilis). 2023-04-17. 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17.
  11. Biajo, Nabeel. "Military Rule No Longer Viable in Sudan: Analyst". VOA Africa (ingilis). 22 October 2022. 2023-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17.
  12. 1 2 3 Salih, Zeinab Mohammed; Igunza, Emmanuel. "Sudan: Army and RSF battle over key sites, leaving 56 civilians dead". BBC News. British Broadcasting Corporation. 15 April 2023. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2023.
  13. "Fighting broke out in Sudan between national army and RSF militiamen". Sudan Tribune (ingilis). 15 April 2023. 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  14. 1 2 3 4 "السودان.. اشتباكات عنيفة بين الجيش وقوات الدعم السريع (لحظة بلحظة)". Al Jazeera (ərəb). 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  15. 1 2 "استمرار الاشتباكات بين الجيش والدعم السريع بالخرطوم ومروي". موقع دارفور٢٤ الاخباري (ərəb). 15 April 2023. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  16. "طيران حربي في الخرطوم.. وضرب مقرات الدعم السريع". العربية (ərəb). 15 April 2023. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  17. "Archived copy". 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2023.
  18. "WATCH: Gunshots heard on TV during Sudan news bulletin". www.bbc.com/news (ingilis). 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  19. "مراسل العربية: قوات الدعم السريع تسيطر على مبنى الإذاعة والتلفزيون في الخرطوم #العربية_عاجل". 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2023.
  20. "Tweets by the Open Source Intelligence Monitor". Twitter (ingilis). 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  21. Hogg, Ryan. "A Saudi Arabian airline said an A330 plane was involved in an 'accident' at Khartoum airport in Sudan". Yahoo News (ingilis). 15 April 2023. 16 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  22. Uras, Umut; Gadzo, Mersiha; Siddiqui, Usaid. "Sudan updates: Explosions, shooting rock Khartoum". Al Jazeera. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  23. "Qatar Airways suspends flights to Sudan due to closure of Khartoum international airport". Reuters (ingilis). 16 April 2023. 17 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17.
  24. "Clashes between army and paramilitary RSF erupt in North Darfur - witnesses". Reuters (ingilis). 2023-04-15. 19 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-17.
  25. "عاجل اشتباكات بالاسلحة الخفيفة والثقيلة بين الجيش والدعم السريع بمدينة الفاشر". موقع دارفور٢٤ الاخباري (ərəb). 15 April 2023. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  26. مراسل العربية: قتال بين الجيش والدعم السريع في مدينة زالنجي في ولاية وسط دارفور #العربية_عاجل https://alarabiya.net Arxivləşdirilib 15 aprel 2023 at the Wayback Machine, 15 April 2023
  27. "القوات المسلحة السودانية". www.facebook.com (ingilis). 11 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  28. "Sudanese army captures seven RSF bases". Sudan Tribune. 16 April 2023. April 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 April 2023.
  29. "عناصر من الجيش ينشرون صورا لدخولهم قاعدة مروي العسكرية #السودان #العربية". 17 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2023.
  30. Siddiqui, Arwa Ibrahim,Usaid. "Dozens of people killed as Sudan fighting enters second day". Al Jazeera (ingilis). 16 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  31. Abdelaziz, Khalid; Eltahir, Nafisa; Eltahir, Nafisa. "Sudan's army pounds paramilitary bases with air strikes in power struggle". Reuters (ingilis). 16 April 2023. 16 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  32. "State TV, radio still off air". BBC (ingilis). 17 April 2023. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.
  33. "Strikes captured in satellite images". BBC (ingilis). 17 April 2023. 15 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]