Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.(mart 2024) |
Sudan vətəndaş müharibəsi (2023–hal-hazırda) hələ davam etdiyi üçün məqalə tez-tez dəyişikliyə məruz qala bilər. Məqalənin hazırkı adı da sonradan dəyişdirilə bilər. Etibarlı mənbələrə istinad etməklə bu məqaləni zənginləşdirə və təkmilləşdirə bilərsiniz. Məqalənin son yenilənmə tarixi: 04:48, 8 iyul 2024 (UTC) (9 gün əvvəl). |
Sudanda toqquşmalar - 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib.
Sudan vətəndaş müharibəsi | |||
---|---|---|---|
Tarix | 15 aprel, 2023 - davam edir | ||
Yeri | Xartum, Sudan | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər baş verib. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər.[3][4][5]
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.
Sudanın etnik və dini müxtəlifiliyi ölkədə hər zaman silahlı toqquşmaların baş verməsinə zəmin hazırlamışdır.[6][7] Qiymətli resuslara nəzarət üzərində başlayan ilk toqquşmalar oturaq fermerlər və köçəri çobanlar arasında baş vermişdir.[8] Kənd təsərrüfatı Sudan iqtisadiyyatında və gündəlik həyatında mühüm yer tutmaqdadır.[9]
Mərkəzi hökumətlə cənub bölgələri arasında baş vermiş iki vətəndaş müharibəsində 1.5 milyon insan həlak oldu. Darfur bölgəsində davam edən münaqişə isə iki milyon sudanlının evlərini itirməsinə səbəb olmuş, 200 minə yaxın şəxs isə həlak olmuşdur.[10] 1956-cı ildə müstəqillik əldə etdikdən sonra, Sudanda on beşdən çox hərbi çevriliş həyata keçirdi və hakimiyyətə gətirilən siyasətçilərin arxasında isə həmişə hərbi xuntalar dayanmışdır.[11]
2023-cü ilin 15 aprel tarixində Dagalonun rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələrinin üzvləri Sudan Silahlı Qüvvələrinin Xartum şəhərində yerləşən müxtəlif hərbi bazalarına qəfil hücuma başlayıb..[12][13] Saat 12:00-da (Mərkəzi Afrika vaxtı ilə) ÇDQ qüvvələri Xartum Beynəlxalq Hava Limanı, Merove Hava Limanı, El Obeid Hava Limanı və Sobadakı bazanı ələ keçirdiklərini iddia ediblər.[14] Günortadan sonra ÇDQ və Sudan Silahlı Qüvvələri arasında Prezident sarayı və Əl-Burhanın iqamətgahına nəzarət uğrunda şiddətli döyüşlər baş verib və hər iki tərəf sözügedən obkyektlərə nəzarəti ələ keçirdiklərini elan ediblər.[14]
Toqquşmaların şiddətlənməsini və təhlükəsizlik tədbirlərini əsas gətirən Sudan hökuməti ölkədəki bütün hava limanlarının bağlandığını açıqlayıb.[15] Sudan Hərbi Hava Qüvvələri ÇDQ-nin Xartumdakı mövqelərinə hava zərbələri endirib.[12][14] Həmin gün şəhərin müxtəlif yerlərində artilleriya atəşi eşidilib və səslər Xartum Beynəlxalq Hava Limanı istiqamətində daha şiddətli formada qeydə alınıb. [16]
Sudanın Dövlət Televiziyası olan Sudan TV-nin mərkəzi ofisində də silah səsləri eşidilib, hətta səslər xəbərlər buraxılışının axşam efiri zamanı da canlı yayımda öz əksini tapıb.[17] Ölkədə baş verən hadisələrlə bağlı məlumat verməyə çalışan aparıcının yayımı yarımçıq kəsilib.[18] Hadisə şahidlərinin verdiyi məlumata görə Sudan TV-nin mərkəzi binasına ÇDQ qüvvələri tərəfindən hücum edilib və ehtimal olunur ki, onlar mümkün hərbi çevriliş haqqında bəyanəti telekanal efirindən vermək istəyiblər.[12][19] Xartumdakı əsas körpülər və yollar bağlanıb, nəzarət-buraxılış məntəqələri yaradılıb.[20] ÇDQ Xartumun cənubuna gedən bütün yolların bağlandığını iddia edib.
Flightradar24-ün məlumatına görə, Xartum Beynəlxalq Hava Limanında Səudiyyə Ərəbistanının, Badr Hava Yolları və SkyUp Hava Yollarına aid bir çox təyyarənin zədələndiyi bildirilir.[21] Səudiyyə Ərəbistanı daha sonra təsdiqləyib ki, təyyarələrindən biri olan Airbus hava limanında havaya qalxmazdan əvvəl atəşə tutulub və bütün sərnişinləri, ekipajı və əməkdaşlarını Səudiyyə Ərəbistanının Xartum şəhərindəki səfirliyinə təxliyə edilib.[22] Xartum Beynəlxalq Hava Limanının əsas istifadəçilərindən olan Misir Hava Yolları və Qatar Airways Sudana olan bütün uçuşların dayandırıldığını elan ediblər.[23]
Şimali Darfur əyalətinin paytaxtı Əl-Fəşirdə də toqquşmalar baş verib, Nyala hava limanı atəşə tutulub.[15][24] Əl-Fəşirdə hava limanını və digər binaları ələ keçirməyə çalışan Çevik Dəstək Qüvvələri və Sudan Ordusu arasındakı toqquşmalarda yüngül və ağır silahlardan istifadə edilib.[25] ÇDQ mənsubları hava limanını və Əl-Fəşirdəki Siqnal Korpusu və Tibb Korpusunun qərargahını ələ keçirdiklərini iddia ediblər.[26] Toqquşmalar
Mərkəzi Darfurdakı Zalingey yaşayış məntəqəsində də baş verib. Günün sonunda Sudan Silahlı Qüvvələrinin rəsmisi iddia edib ki, Ağ Nil, Gedaref, Kassala, Nyala, Port Sudan, Kadugli, Damazin və Kostidəki Çevik Dəstək Qüvvələri təslim olub, onların Taiba və Sobada düşərgələri tamamilə məhv edilib.[27][28]
Xartum Dövlət Təhlükəsizliyi Komitəsi vətəndaşların həyatını və onların əmlakını qorumaq üçün 16 aprelin rəsmi tətil olaraq elan edildiyini açıqlayıb. Saat 13:30 radələrində (CAT) Sudan Silahlı Qüvvələri bir General-mayor və Briqada generalının xilas edildiyini, Merove hava limanında bir çox ÇDQ zabitinin həbs edildiyini və hava limanına ordunun nəzarət etdiyini elan edib. Silahlı Qüvvələrini verdiyi bir digər açıqlamaya görə ÇDQ mənsubu olduğu ehtimal edilən bir çox döyüşçü könüllü formada təslim olub və Sudan Silahlı Qüvvələrinə qarşı döyüşmək istəmədiklərini bildiriblər.[14][29] Sudan Silahlı Qüvvələrinin gün ərzindəki digər bir açıqlamasına görə Moreve hava limanında Misir Silahlı Qüvvələrinə mənsub zabit və əsgərlərin əsir alınmasından sonra ÇDQ qüvvələri həmin hava limanından qaçıb.
Sudan telekommunikasiya tənzimləyicisinin müvafiq əmrindən sonra telekommunikasiya provayderi MTN ölkə daxilində internet xidmətlərini dayandırıb.[30] Sudan TV də yayımlarını tamamilə dayandırılı və yerli xəbər saytı milli yayımçının baş qərargahında qarşıdurmaların baş verdiyini və Sudan TV-nin əsas yayım bazasının bombalandığını bildirib.[31] Reuters Xartumdakı mənbələrinə əsasən bildirib ki, hakimiyyət ÇDQ qüvvələri tərəfindən planlana yayımın qarşısını almaq üçün yayımları kəsib.[32] Sudan Dəmir Yollarının obyektlərində də tətillər qeydə alınıb.[33]
Analysts estimate the force numbers about 100,000, with bases and deployments across the country.