Sui-qəsd sinfi: Məzuniyyət (暗殺教室 卒業編, Ansatsu Kyōshitsu: Sotsugyō-hen?) — 2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır.[3][4] "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir,[4] hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir.[5] Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır.
Sui-qəsd sinfi: Məzuniyyət | |
---|---|
yap. 暗殺教室 卒業編 | |
| |
Janr | macəra filmi |
Rejissor | Eyiçiro Hasumi |
Əsərin müəllifi | Assassination Classroom (Yuusey Matsui) |
Ssenari müəllifi | Tatsuya Kanazava (ssenari) Yuusey Matsui (manqa) |
Baş rollarda | Ryosuke Yamada, Kazunari Ninomiya, Masaki Suda |
İstehsalçılar |
Distribütor: Toho |
Distribütor | Toho[d] |
İlk baxış tarixi | 25 mart 2016 |
Müddət | 118 dəq.[1] |
Gəlir | 2 milyard ¥[2] |
Ölkə | Yaponiya |
Dil | yapon dili |
İl | 2016 |
Əvvəlki film | Sui-qəsd sinfi |
Rəng | rəngli |
IMDb | ID4641264 |
Bu altbaşlığı genişləndirmək lazımdır. |
Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir.
Film 2015-ci ilin aprelində anons edilmişdir.[5] Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır.[8] Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında,[6] Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur.[7]
Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır.[9]
2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır.[10] Yaponiyada Toho tərəfindən yayımlanmışdır.[1]
Filmin ilk həftəsində filmi izləməyə 544.641 nəfər gəlmiş və əldə olunan gəlir 639 milyon ¥ olmuşdur, beləliklə, Yaponiyada №1 film olmuşdur.[11] İkinci həftəsində də əldə etdiyi 3,5 milyon $ gəlirlə №1 film olmuşdur.[2]