Assassination Classroom (暗殺教室, Ansatsu Kyōshitsu?, azərb. Sui-qəsd sinfi) — Yuusey Matsui tərəfindən çəkilmiş və yazılmış manqa seriyası. Manqa seriyası 2012-ci ilin iyulundan 2016-cı ilin martına kimi Shueisha nəşriyyatının "Weekly Shōnen Jump" jurnalında nəşr olunmuşdur və Viz Media tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. Manqa səkkizayağa bənzər və həddən artıq güclü olan müəllimdən və 1 il ərzində həmin müəllimin Yeri məhv etməsinin qarşısını almaq üçün ona sui-qəsd təşkil etməklə vəzifələndirilən şagirdlərdən bəhs edir. 2016-cı ilin iyuluna qədər manqanın Yaponiyada 20 milyon tirajla 21 tankobon cildi nəşr olunmuşdur.[1]
Assassination Classroom | |
暗殺教室 (Ansatsu Kyōshitsu) azərb. Sui-qəsd sinfi | |
---|---|
Janr | döyüş, elmi fantastika, komediya |
Manqa | |
Manqaka | Yuusey Matsui |
Nəşriyyat | Shueisha |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 2 iyul 2012 — 25 mart 2016 |
Cildlər | 21 (cild siyahısı) |
Fəsil sayı | 180 |
Anime | |
Rejissor | Keyci Qoto |
Studiya | Brain's Base |
Vaxt | 30 dəq. |
Anime | |
Rejissor | Seyci Kişi |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Naoki Sato |
Studiya | Lerche |
Digər lisenziyalar | |
Kanal | Fuji TV |
Digər kanallar | |
Buraxılış tarixi | 9 yanvar 2015 – 19 iyun 2015 |
Seriyalar | 22 + 1 OVA (seriya siyahısı) |
Video oyun | |
Assassination Classroom: Koro-sensei Dai Hōimō | |
Hazırlayan | Bandai Namco Games |
Nəşr edən | Bandai Namco Games |
Janr | döyüş |
Platforma | Nintendo 3DS |
Buraxılış tarixi |
|
Manqa | |
Koro-sensei Q! | |
Manqaka | Kizuku Vatanabe, Co Aoto |
Nəşriyyat | Shueisha |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 2 oktyabr 2015 – hazırda |
Cildlər | 1 |
Anime | |
Assassination Classroom: Second/FINAL Season | |
Rejissor | Seyci Kişi |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Naoki Sato |
Studiya | Lerche |
Digər lisenziyalar | |
Kanal | Fuji TV |
Buraxılış tarixi | 7 yanvar 2016 – 30 iyun 2016 |
Seriyalar | 25 (seriya siyahısı) |
Anime | |
Assassination Classroom: 365 Days | |
Rejissor | Seyci Kişi |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Naoki Sato |
Studiya | Lerche |
Vaxt | 92 dəq. |
Anime | |
Koro-sensei Q! | |
Rejissor | Seyci Kişi |
Ssenarist | Makoto Uezu |
Bəstəkar | Naoki Sato |
Studiya | Lerche |
Vaxt | 120 dəq. |
Bədii filmlər | |
|
Brain's Base tərəfindən istehsal olunmuş OVA 2013-cü ilin oktyabrından noyabrına qədər Jump Festa tədbirində ekranlaşdırılmışdır. Daha sonra Lerche studiyası anime serialının istehsalına başlamış və anime 2015-ci ilin yanvarında Fuji TV kanalında göstərilməyə başlamışdır. 2016-cı ilin yanvarından iyununa kimi ikinci mövsümü nümayiş olunmuşdur. Anime adaptasiyası Şimali Amerikada Funimation, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. 21 mart 2015-ci ildə film adaptasiyası yayımlanmışdır. 25 mart 2016-cı ildə isə bu filmin sikveli — "Sui-qəsd sinfi: Məzuniyyət" ekranlaşdırılmışdır.
Bir gün ortaya çıxan çox güclü varlıq Ayın 70 %-ni buxarlaşdırır və onu əbədi olaraq aypara formasına salır. Bu varlıq həmin il Yeri də məhv edəcəyini iddia edir, lakin bəşəriyyətə bunun qarşısını almaq üçün şans təklif edir. Hökumətin varlığın Kunuqiqaoka məktəbinin ən pis və tənbəl sinfi olan 3-E sinfinin müəllimi olmaq təklifini qəbul etməkdən başqa çarəsi olmur və varlıq şagirdlərə sadəcə adi fənləri deyil, onu öldürməyin yollarını öyrətməyə başlayır. Yaponiya hökuməti müəllimi öldürəcək şagirdə 10 trilyon ¥ (141 milyon ) vəd edir. Şagirdlər bu varlığa — yeni müəllimlərinə "Koro-sensey" (殺せんせー, Korosensē?, yapon dilində "öldürülməz" mənasını verən korosenai (殺せない sözünün üzərindəki söz oyunu və "müəllim" mənasını verən sensei (先生 sözü vasitəsilə yaranıb)) adı verirlər. Lakin məlum olur ki, Koro-senseyi öldürmək demək olar ki, qeyri-mümkündür. Çünki o nəinki bir neçə supergücə malikdir, hətta 20 max sürəti ilə hərəkət edə bilir. Amma Koro-sensey onların indiyə qədər sahib olduqları ən yaxşı müəllim olur, ancaq onların qiymətlərini düzəltmir, həm də onların fərdi bacarıqlarının və gələcəklə bağlı prespektivlərinin inkişaf etdirilməsinə köməkçi olur.
Müəllif Yuusey Matsui Koro-senseyi sarı rəngdə təsvir etməsini bu rəngin uşaqlar üçün daha diqqətçəkən olması ilə əlaqələndirmişdir. O, misal kimi Simpsonların və minionların adlarını çəkmişdir. Müəllif bildirmişdi ki, Koro-sensey üçün nəyi ilham aldığı ilə bağlı konkret bir şey yoxdur, lakin spesifik forması olmadığına görə onu müxtəlif vəziyyətlərdə təsvir etmək daha asandır.[2]
Manqanın serializasiyasına 2 iyul 2012-ci ildə Shueisha nəşriyyatının "Weekly Shonen Jump" jurnalında başlanılmışdır.[3] İlk tankobon cildi 2 noyabr 2012-ci ildə işıq üzü görmüşdür.[4] Birinci cildin ilk nəşri zamanı 300.000 nüsxə çapdan çıxmışdır, lakin növbəti bir neçə yenidən çap zamanı bu göstərici 1 milyondan çox olmuşdur.[5] 17-ci cild 28 dekabr 2015-ci ildə nəşr olunmuşdur.[6] 20 milyon nüsxə dövriyyədədir. Manqa səhifələrinə səsli kliplərin əlavə olunduğu VOMIC (səsli komiks) versiyası 2013-cü ilin yanvarından 2013-cü ilin iyununa kimi "Sakiyomi Jum-Bang!" varyeti verilişində yer almışdır.[7] Manqa seriyası Viz Media tərəfindən ingilis dilinə tərcümə olunmuş və seriyanı 2014-cü ilin dekabrından həm rəqəmsal, həm də fiziki nəşrlər şəklində yayımlayır.[8] Manqa seriyası 16 mart 2016-cı ildə 180 fəsil ilə başa çatmışdır.[1]
Kizuku Vatanabe və Co Aoto tərəfindən yazılıb çəkilən "Koro-sensei Q!" adlı spin-off manqası Shueisha nəşriyyatının "Saikyō Jump" jurnalında 2 oktyabr 2015-ci ildən nəşr olunur.[9]
Manqa seriyası əsasında Brain's Base studiyası tərəfindən istehsal olunmuş OVA "Jump Super Anime Tour" tədbiri çərçivəsində 6 oktyabrdan 24 noyabr 2013-cü ilə kimi Yaponiyanın 5 şəhərində nümayiş etdirilmişdir.[5] Manqaya əsaslanan anime serialı 9 noyabr 2015-ci ildən Fuji TV kanalında göstərilmiş və 22 seriya davam etmişdir.[10][11] Anime serialının rejissoru Seyci Kişi, personaj dizayneri Kazuki Morita, ssenaristi Makoto Uezudur.[12] 2014-cü ilin noyabrında "Jump Special Anime Fest" tədbirində ekranlaşdırıldıqdan sonra 27 mart 2015-ci ildə yayımlanmış BD/DVD cildinə OVA da daxil edilmişdir.[13] Anime serialı Şimali Amerika üçün Funimation tərəfindən lisenziyalaşdırılmış və 18 fevral 2015-ci ildə dublaj edilmiş versiyası yayımlanmağa başlamışdır.[14][15] İlk açılış mahnısı 3-E Utatan tərəfindən ifa olunan "Seishun Satsubatsu-ron" (青春サツバツ論, azərb. "Vəhşi gənclik nəzəriyyəsi"?), ikinci bağlanış mahnısı isə yenə 3-E Utatan tərəfindən ifa olunan "Jiriki Hongan Revolution" (自力本願レボリューション, azərb. "Özünəinam inqilabı?) mahnısıdır. Bağlanış mahnısı isə Moumoon tərəfindən ifa olunan "Hello, shooting star" (azərb. "Salam, atıcı ulduzlar") mahnısıdır.
9 yanvar 2016-cı ildən 19 iyun 2016-cı ilə kimi anime serialının ikinci mövsümü yayımlanmışdır və 25 seriya davam etmişdir. Birici açılış mahnısı "Question" (azərb. "Sual") mahnısı, ikinci açılış mahnısı isə "Bye Bye Yesterday" (バイバイ YESTERDAY?, azərb. "Sağ ol, dünən") mahnısıdır. Hər iki mahnı 3-nen E-gumi Utatan qrupu tərəfindən ifa olunmuşdur. Birinci bağlanış mahnısı kimi "Kaketa Tsuki" (欠けた月?) mahnısı, ikinci bağlanış mahnısı kimi isə "Mata Kimi ni Aeru Hi" (また君に会える日?) mahnısı səsləndirilmişdir. Hər iki mahnının ifaçısı Şion Miyavakidir.
Lerche tərəfindən istehsal olunmuş iki anime filmi adaptasiyası 19 noyabr 2016-cı ildə ekranlaşdırılacaq. Birinci anime filmi "Assassination Classroom: 365 Days" yığma anime filmi olub, hekayənin başa çatmasından 7 il sonrasını ələ alır. İkinci anime filmi "Koro-sensei Q!" eyniadlı manqanın adaptasiyası olub, hərəsi 10 dəqiqə olmaqla 12 seriya şəklində buraxılacaq.[16] Bu animenin açılış mahnısı Aya Suzaki tərəfindən ifa olunan "Re:QUEST" mahnısı olacaq.[17]
Manqa əsasında istehsal olunmuş film 21 mart 2015-ci ildə Yaponiyada yayımlanmışdır.[18] 5 aprel 2015-ci ilə qədər filmin əldə etdiyi gəlir 20 milyon ABŞ dollarıdır.[19] Bu film 2015-ci ildə Yaponiyada ən çox gəlir əldə edən 10-cu film olub: 2,77 trilyon ¥ (23 milyon $).[20] Sikvel filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 25 mart 2016-cı ildə yayımlanmışdır.[21][22] Sikvel filminin orijinal adı "Ansatsu Kyōshitsu: Sotsugyō-hen"-dir.
Bandai Namco Games tərəfindən Nintendo 3DS platforması üçün istehsal olunmuş "Assassination Classroom: Koro-sensei's Great Besiegement!!" (暗殺教室 殺せんせー大包囲網!!, Ansatsu Kyōshitsu: Koro-sensei Dai Hōimō?, azərb. "Sui-qəsd sinfi: Koro-senseyin böyük mühasirəsi!!") adlı videooyun 12 mart 2015-ci ildə Yaponiyada buraxılmışdır.[23]
"Assassination Classroom"-un baş qəhrəmanı Koro-sensey 19 mart 2014-cü ildə Yaponiyada PlayStation 3 və PlayStation Vita platformaları üçün buraxılmış "J-Stars Victory VS" oyununda və bu oyunun beynəlxalq versiyası olan "J-Stars Victory VS+" oyununda (2015-ci ilin yayında, PS3, PS Vita və PlayStation 4 platformaları üçün buraxılıb) oynanılabilən personajlardan biridir.[24]
Birinci cildin 1 milyondan çox nüsxəsi çapdan çıxmışdır[25][26] və digər cildləri mütəmadi olaraq Yaponiyada ən yaxşı satan manqalar siyahısında peyda olmuşdur.[27][28][29] 2-ci, 3-cü, 4-cü, 1-ci, 5-ci və 6-cı cildlər müvafiq olaraq 2013-cü ilin ən yaxşı satan manqalar siyahısında 26-cı, 32-ci, 36-cı, 37-ci, 41-ci və 50-ci yerləri tutmuşdur.[30] 2013-cü ildə satılan 4,5 milyon nüsxəsi ilə manqa seriyası həmin il Yaponiyada ən yaxşı satan 7-ci manqa olmuşdur.[31] 2013-cü ildə Yaponiya kitab evləri tərəfindən məsləhət görülən top-15 manqa seriyası siyahısında ("Zenkoku Shotenin ga Eranda Osusume Comic 2013") ikinci yeri tutmuşdur.[32] 6-cı "Manga Taishō" mükafatına layiq görülmüşdür.[33] Media Factory nəşriyyatı və "Da Vinci" manqa xəbərləri jurnalı tərəfindən tərtib olunmuş "İlin kitabı" siyahısının kişilər üçün kateqoriyasında ikinci yerdə göstərilmişdir.[34] "Nippon Shuppan Hanbai" manqanı 2013-cü ilin ən yaxşı işi seçmişdir.[35] 2014-cü ildə Takarajimasha nəşriyyatının "Kono Manga ga Sugoi!" adlı kişi oxucular üçün top-20 manqa siyahısında 1-ci yeri tutmuşdur.[36]
2015-ci ilin fevralında "Asahi Shimbun" qəzeti "Assassination Classroom" manqasının 19-cu Tezuka Osamu Mədəniyyət Mükafatının 9 nominantından biri olduğunu açıqlamışdır.[37]