Sulfoflüorid

Sulfoflüorid – VI valentli kükürdün, oksigenin, flüorun qeyri-üzvi birləşməsidir.

Sulfoflüorid
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Sulfoflüorid
Kimyəvi formulu SO2F2
Molyar kütlə 102,06 q/mol
Fiziki xassələri
Sıxlıq 1,623 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −212 ± 1 ℉[1]
Qaynama nöqtəsi −68 ± 1 ℉[1]
Buxarın təzyiqi 15,8 ± 0,1 atm[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 2699-79-8
PubChem
RTECS WT5075000
ChEBI 39287
ChemSpider

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Sulfoflüorid normal şəraitdə rəngsiz, qoxusuz qazdı. Molekulu təhrif olunmuş tetraedr konfiqurasiyasına malikdir, mərkəzdə altıvalentli kükürd atomu yerləşir.

Sulfoflüorid ilk dəfə Muassan və Lebo tərəfindən kükürd dioksidin flüorlaşdırılması yolu ilə alınıb və katalizator kimi qızdırılmış platin istifadə edildi, çünki otaq temperaturunda qaz halında olan flüorun kükürd dioksidi ilə qarışdırılması tez-tez partlayışlara səbəb olurdu:

Sulfoflüorid həmçinin "flüorsuz" üsulla natrium flüorosulfinatdan da əldə etmək olar, bu halda natrium flüorsulfinat əvvəlcə xlorlaşdırılır və flüoroxlorosulfuril alınır:

daha sonra 180 °C-də kalium flüorsulfinat ilə reaksiyaya daxil olur:

Çıxımı 95-98 % olmaqla sulfuril flüoru kükürd dioksidi 180 °C- də gümüş flüorla (II) flüorlaşması nəticəsində almaq olar:

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Sulfoflüorid suda həll olunur (16,5 °C-də 100 ml-ə 4,5 ml), lakin neytral və turş məhlullarda hidrolizi yavaş gedir və aşağı təzyiq altında belə məhlullardan distillə edilə bilər. 150 °C-dən yuxarı temperaturda artıq su səbəbindən hidrogen flüor və sulfat turşusuna qədər hidroliz olur. Su çatışmazlığı nəticəsində flüorsulfon turşusu əmələ gəlir:

Sulfoflüorid elektrofildir və qələvi məhlullarda sürətlə fluorsulfonata qədər hidroliz olunur:

Reaksiya nukleofilik əvəzetmə mexanizmi ilə gedir. Sulu siyanid məhlullarında sulfüril flüor sürətlə sulfata qədər hidroliz olunur. Sulfoflüorid nukleofillərin sulu məhlulları ilə də sürətlə reaksiya daxil olur: məsələn, ammonyakla sulfurilamid əmələ gətirir:

həmçinin natrium fenolyatla:

Sulfoflüorid kənd təsərrüfatında həşəratlara qarşı mübarizədə istifadə olunur. Sıxlığı havadan daha yüksək olduğuna görə qarışqalar və termitlər kimi yerin altında yaşayan həşəratlara qarşı yüksək effektivliyə malikdir.

  • Реми Генрих. Курс неорганической химии. Том 1. /Пер. с нем. XI изд. под ред. акад. А. В. Новосёловой. Москва: Мир, 1972.
  1. 1 2 3 http://www.cdc.gov/niosh/npg/npgd0581.html.