Sultan Ağa xanım (1524 – 4 (14) fevral 1596) — I Təhmasibin ikinci Xasəki Sultanı. Səfəvi sultanı, naibəsi Pərixan Sultanın validəsi. Şəki hakimi Şamxal xanın bacısı. [1][2]
Sultan Ağa Xanım | |
---|---|
Sultan Ağa Xanım Mahmud xan qızı Çərkəzi | |
1577 – 1578 | |
Əvvəlki | Məvzilli (Qədəmli) Sultan |
Sonrakı | Məvzilli (Qədəmli Sultan |
1548 – 1576 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dağıstan |
Vəfat tarixi | |
Vəfat yeri | Qəzvin |
Atası | Mahmud xan |
Anası | Gülsüm xanım |
Həyat yoldaşı | Şah I Təhmasib |
Uşaqları |
oğlanları: qızları: Pərixan Sultan |
Dini | İslam |
1547-ci ildə, şahın hakimiyyətinin 24-cü ilində evlənmişdi. Bu evlilikdən, 1548-ci ilin avqustunda Əhərdə Pərixan xanım, 28 mart 1554-cü ildə Naxçıvanda isə şahzadə Süleyman Mirzə doğulmuşdu. Qardaşı məşhur Şəki valisi Şamxal sultan olmuşdur.[1][2]
Şahın ölüm ayağında sarayda şahzadələr arasında çəkişmələr başlamışdı. Gürcü fraksiyası, Ustaclı və Şeyxavəndlər Heydər Mirzənin tərəfdarı olsa da, qızı Pərixan xanım və qızılbaşlar isə İsmayıl Mirzənin tərəfdarı idi.