Sultan Sahaq (fars. سلطان سهاک[1]; d. XIV əsr, Barzəncə, Cəlairilər sultanlığı – ö. XV əsr, Şeyxan, Kirmanşah, Teymurilər dövləti) — kürd əsilli ruhani, Yarsanizm olaraq da bilinən Əhl-i Haqq əqidəsinin qurucusu və rəhbəri.[2]
Sultan Sahaq | |
---|---|
fars. سلطان سهاک | |
Doğum tarixi | XIV əsr |
Vəfat tarixi | XV əsr |
Sultan Sahaq XIV əsrdə Barzəncədə (indiki İraq Respublikasının Süleymaniyə mühafəzası) anadan olmuşdur. Sahaq Tövrat, İncil və Quranda istifadə olunan İshaq adının kürdcələşdirilmiş bir variantıdır. Əhl-i Haqq agioqrafiyasına görə, Sultan Sahaq şiə imamı olan Musa əl-Kazımın nəslindən gəlir.[3] Sultan Sahaqın atası Şeyx İsi Sufizmə meyilli olan şiə bir ruhani idi, anası Xatun-i Rəzbar isə yeddi arxanqeldən birinin təzahürü hesab edilirdi. Yarsanizm əqidəsinin üzvləri İsada olduğunu kimi, Sultan Sahaqın anadan olmasının da bakirə doğumu hadisəsi olduğuna inanır. Onun pərəstişkarlarına görə, Sultan Sahaq dinin dördüncü mərhələsini (Həqiqət) – Bayabas-i Pirdivari (azərb. Körpüdən kənar) mərhələsini Yerə təqdim etmişdir. O, daha sonra indiki İranın Həvrəman vilayətinə köçmüşdür. Əhl-i Haqq agioqrafiyasına görə, Sultan Sahaq Teymurilər dövlətinin banisi olan Əmir Teymurla tanış olduqdan sonra onun kahini seçilmişdir.[4] Sultan Sahaq XV əsrdə Kirmanşah ostanında yerləşən Şeyxan kəndində vəfat etmişdir. Əhl-i Haqqın pərəstişkarları onun məqbərəsini ziyarətgah hesab edir.[5]
Sultan Sahaqın təlimləri onun şagirdləri tərəfindən qeydə alınmış və daha sonra gorani dilində Kəlam-i Sərəncam adıyla nəşr edilmişdir. Əhl-i Haqqın pərəstişkarları ona Şah-i Həqiqət (azərb. Həqiqət şahı), Sahib-Kəram, Saan Sahaqq və Xavəndikar kimi müxtəlif adlar vermişdir.[4]