Sumako Hamaquçi

Fucima Kansuma (藤間 勘須磨?, 9 may 1918, San-Fransisko, Kaliforniya22 fevral 2023, Los-Anceles, Kaliforniya) və ya əsl adı ilə Sumako Hamaquçiyaponəsilli amerikalı kabuki rəqqası. O, 70 ildən çox uzun müddətdə 2000-dən çox kabuki sənətçisi yetişdirmişdir. Şagirdləri tərəfindən Oşo-san adı ilə çağırılırdı. Qızı Miyako Taçibana da kabuki sənətçisi olmuşdur.[1]

Fucima Kansuma
yap. 藤間 勘須磨
Doğum tarixi 9 may 1918(1918-05-09)
Doğum yeri
Vəfat tarixi 22 fevral 2023(2023-02-22) (104 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Uşağı 1
Fəaliyyəti kabuki aktyoru
Mükafatları V dərəcəli "Qiymətli tac" ordeni

Fucima Kansuma 9 may 1918-ci ildə ABŞ-ın San-Fransisko şəhərində doğulmuşdur. Ailənin iki qızından ən böyüyü olan Kansumanın doğum adı Sumako Hamaquçi olmuşdur. Üç ayında olanda ailə Los-Ancelesə köçmüşdür.[2] O, uşaq olanda tez-tez xəstələndiyi üçün həkim onun immunitetini gücləndirmək fiziki məşğuliyyətlə məşğul olmağı tövsiyə etmişdir. Nəticədə, anası onun kabuki ilə məşğul olmasına qərar vermişdir. O, 9 yaşında Yaponiya teatrının klassik forması ilə intensiv məşğul olmağa başlamışdır.[1]

Kansuma 15 qızdan[2] ibarət kabuki qrupuna qoşularaq Havay adalarında səyahət etmişdir.[1] 1934-cü ildə ilk dəfə keçirilmiş Nisey Həftəlik Yapon Festivalına qatılmışdır. Bu dövrdə kabuki sənətini daha da dərindən öyrənmək üçün Yaponiyaya səyahət etmiş və VI Onoe Kikuqorodan kabuki dərsləri almışdır.[3] Dörd illik təhsili zamanı taykotsuzumi kimi alətlərdə ifa etməyi öyrənmiş, çay mərasimi, ikebana, kimono geyinmək kimi praktikalarla tanış olmuşdur. Yaponiyalı həmyaşıdları onu "amerikal qız" kimi tanıyırdılar.[1] O, Fucima məktəbinin nümayəndəsi olan müəllimi Fucima Kancuro tərəfindən "Fucima Kansuma" təxəllüsünü almışdır.[3]

Kansuma 1938-ci ildə ABŞ-yə qayıtdıqdan sonra Los-Ancelesdə atasına məxsus olan hoteldə ilk studiyasını açmış, Noruolk, QardinaVest-Los-Ancelesdə kabuki dəsrləri verməyə başlamışdır.[2] Yaponiyanın Pörl-Harbora hücumundan sonra Kansuma bir çox yaponəsilli amerikalı kimi internasiya düşərgələrinə aparılmışdır. O, ailəsi ilə əvvəlcə Santa-Anita Toplama Mərkəzinə köçürüldükdən sonra Arkanzas ştatında yerləşən Rover Müharibə Yerdəyişmə Mərkəzinə gətirilmişdir.[3] Kansuma internasiyada olmasına baxmayaraq kabuki müəllimliyi etməsinə icazə verilmişdir. Hətta silahlı mühafizəçilərin müşayiəti altında Los-Ancelesə gedərək kostyumlar və musiqilər götürmüşdür.[1]

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

1945-ci ildə müharibə bitdikdən sonra Kansuma Los-Ancelesə qayıtmış və teatr sənəti ilə məşğul olmağa davam etmişdir. Onun Kiçik Tokioda baş tutan dərslərinə bir çox şəxs qatılmışdır. Şoularına "beynəlxalq hava" qatmağı sevən Volt Disney bir neçə dəfə Kansuma ilə əməkdaşlıq etmiş, onunla "Ailə gecəsi" kimi layihələrdə işləmiş və 1963-cü ildə ona mükafat təqdim etmişdir.[3]

Kansuma İmperator Akihito üçün performans sərgiləmiş, Qızılgüllər paradı və 1984-cü il Yay Olimpiya Oyunları kimi tədbirlərdə çıxış etmişdir. 2018-ci ildə 100 illik yubileyini Aratani teatrında çıxış edərək qeyd etmişdir.[3]

Kansumanın 2000-dən çox rəqqasın müəllimi olmuşdur. Onlardan 50-si kabuki ustası olmuşdur. COVID-19 pandemiyası zamanı 49-cu və 50-ci şagirdinə natori statusu vermişdir. Fucima Kansubay adı altında çıxış edən Janna Aydeno onun şagirdi olmuşdur.[3]

Kansuma 1985-ci ildə Yaponiya hökuməti tərəfindən V dərəcəli "Qiymətli tac" ordeni ilə təltif olunmuşdur. 1987-ci ildə ABŞ-ın Milli İncəsənət Fondunun Milli İrs Müxbiri adına layiq görülmüşdür. 2004-cü ildə Yaponəsilli Amerikalılar Milli Muzeyinin Mədəniyyət Səfiri Mükafatına layiq görülmüşdür.[3]

  1. 1 2 3 4 5 Do, Anh. "Fujima Kansuma dies at 104; master kabuki dancer taught generations of Japanese Americans". The Los Angeles Times (ingiliscə). 13 mart 2023. 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2023.
  2. 1 2 3 "Fujima Kansuma". National Endowment for the Arts (ingiliscə). 26 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2023.
  3. 1 2 3 4 5 6 7 Muranaka, Gwen. "OBITUARY: Madame Fujima Kansuma, 104; Beloved Teacher Who Trained Over 2,000 Dancers". Rafu (ingiliscə). 7 mart 2023. 25 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]