Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı

Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcıAslan İsmayılovun 1988-ci ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində baş verən hadisələrdən bəhs edən tarixi-didaktik əsəri.[1]

Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı
Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı
Müəllif Aslan İsmayılov
Janr Tarixi-Didaktik
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2010
Nəşriyyat Çaşıoğlu
Cild 1
Səhifə 204
ISBN ISBN 978-9952-27-259-8
“Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabın yeni nəşrinin təqdimatı (29.02.2013)

Kitabın azərbaycanca və türkçəsinin və kitabın saytının təqdimat mərasimi 26 may 2010-cu ildə bir tədbirlə baş tutmuşdur.[2][3] Kitabı türk dilinə Elmira Məmmədova tərcümə etmişdir.[4] 2011-ci ildə kitab Vaqif İsmayıl və Vüsal Kazımlı tərəfindən ingilis dilinə tərcümə olunaraq nəşr olunub.[5] Kitabın yeni nəşrinin təqdimatı isə 29 fevral 2013-cü ildə tarixçi Cəmil Həsənlinin də qonaq olduğu tədbirlə baş tutmuşdur.

Kitabda müəllif Aslan İsmayılovun 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror kimi bu faciə ilə bağlı görüb-eşitdikləri qələmə alınıb.

Aslan İsmayılov kitab və onun süjeti haqda belə demişdir:


" İş elə gətirib ki, mən Sumqayıt hadisələri ilə bilavasitə üzləşmişəm – Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olmuşam.

Sonralar dəfələrlə Sumqayıt hadisələri barədə gördüklərim və eşitdiklərim haqqında kitab yazmaq fikrinə düşsəm də, bu ideyanı özümə çox da yaxın buraxmamışam. Ona görə ki, əvvəla, hər iki xalqın köhnə yaralarını təzələmək istəməmişəm, ikincisi də , belə hesab etmişəm ki, bu, daha çox peşəkar tarixçilərin işidir. Ancaq ötən illərdə baş verənləri bir daha götür-qoy edəndən sonra əvvəlki mövqeyimə yenidən nəzər salmalı oldum. Saysız-hesabsız erməni siyasətçiləri, peşəkar və həvəskar publisistlər, ermənilərə lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çevirmişdilər. Bu vicdansız spekulyasiyalar nəticəsində həmin hadisələrin bilərəkdən saxtalaşdırıldığı minlərlə kitab, məqalə, televiziya verilişi və saytlar ortaya çıxmışdır. Yeganə məqsəd isə bütün bu hadisələrin təqsirini, özü də ən vicdansız formada bütövlükdə Azərbaycan xalqının üzərinə yıxmaq idi. Vaxt gələcək, tarixi saxtakarların sələfləri bu saxta materialları arxivlərdən çıxaracaq və “başıbəlalı erməni xalqı”nın bu dəfə artıq Sumqayıtda məruz qaldığı “soyqırım” haqqında yeni bir uydurmanı beynəlxalq ictimaiyyətə təqdim edəcəklər.

Bunların nəticə etibarilə nəyə gətirib çıxarması 1915-ci ildə Türkiyədə baş vermiş hadisələr nümunəsindən hamımıza yaxşı məlumdur. İstər o illərdə, istərsə də sonrakı dövrdə Türkiyə tərəfinin, faktiki olaraq, susduğu bir şəraitdə erməni millətçilərinin dərc etdirdiyi on minlərlə kitab və məqalənin doğurduğu əks-səda bu gün də eşidilir.

Hesab edirəm ki, bitib-tükənmək bilməyən bu yalan, böhtan, uydurmalar axınına qarşı Sumqayıt hadisələrinin bütün aspektlərinə dair sənəd və sübutlarla, dəlillərlə əsaslandırılmış araşdırmalar təqdim edilməli, həmin araşdırmalarda Sumqayıt hadisələrini qızışdıranların hər birinin rolundan, hakimiyyət orqanlarının davranışından tutmuş, yüksək sovet instansiyalarının bu hadisələrə aşkar müdaxiləsinə qədər bütün məqamlar açıqlanmalıdır.

Əgər Azərbaycan tərəfi hərəkətə gəlməsə, şübhəsiz ki, Sumqayıt hadisələri də əleyhimizə çevriləcək əsas ideoloji silahlardan olacaq.

Məni – hazırda vəkillik fəaliyyəti ilə məşğul olan Aslan İsmayılovu - əlimə qələm götürməyə sövq edən də məhz bizi gözləyən bu təhlükənin qarşısını vaxtında almaq istəyidir.

Oxuculardan bir xahişim var: bu kitaba ədəbi təcrübə kimi yanaşılmasın. Mən, sadəcə olaraq, Sumqayıt hadisələri barədə iş üzrə prokuror kimi şahidlik edirəm və yalnız bəzi şəxsi mülahizələrimi bildirirəm.[6]
"

Xəbərdarlığın sonu

  1. "«Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı» kitabı təqdim olunub" (az.)). azadliq.org. 2010-05-26. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  2. "1988-ci İLİN SUMQAYIT HADİSƏLƏRİ HAQDA KİTAB və SAYTIN TƏQDİMATI OLUB" (az.)). mediaforum.az. 2010-05-26. 2014-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.
  3. “Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı”[ölü keçid]
  4. Aslan İsmayilov. "Sumgayıt – SSCB'nin Çöküşünün Başlangıcı" (PDF). sumgayit1988.com. 2010. 2015-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-28.
  5. Aslan Ismayilov. "Sumgayit – Beginning of the Collapse of the USSR" (PDF) (ingilis). sumgayit1988.com. 2011. 2020-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-01-28.
  6. Aslan İsmayılov. "Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı" (az.). 2010-05-26. 2015-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]