Bu məqalənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.
Sumqayıt hadisələri — 1988-ci ilin fevralında Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli qırğınlar.[1]
Sumqayıtdakı hadisələrin təşkilatçıları ermənilər olmuşdur.[2] Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.[3]
1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar irəli sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvələrində isə şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi hələ hazırlanırdı. "Sumqayıt qırğınları" proqramının icracılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür), hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması, "Sumqayıt qurbanları"nın xatirəsini "əbədiləşdirmək" üçün əvvəlcədən hazırlanmış abidənin dərhal Xankəndində qoyulması və bu kimi faktlar sübut edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq, onun "vəhşi" obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdı.[4]
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.[1] Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.[5] Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.[6]
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb.[7]
"Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi."
Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur.[4]
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, "Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu".
Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir.
Bakının 30 km-də yerləşən Sumqayıt şəhəri təsadüfən seçilməmişdi. Həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 41 mindən artıq Azərbaycan türklərinin əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı və ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərə görə qəzəb içərisində idilər. Hələ Sovet dövründə də "ölü zona" adlandırılan şəhərin yerli əhalisi də yoxsulluq və səfalət ucbatından radikal addımlar atmağa meylli idi. Ona görə də burada genişmiqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 Azərbaycan türkü, 1 ləzgi öldürüldü. O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə Azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal yerinə yetirildi. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı. Bu hadisələr məşhur deyimi bir daha təsdiq etdi: "ermənilər üçün ən yaxşı erməni ölü ermənidir". Ermənilər ölmüş və yaxud öldürülmüş həmtayfalarından həmişə məharətlə istifadə edirdilər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhvalruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar. Ermənilər qanlı terror aktlarını davam etdirirdilər.[1]
Dövlət ittihamçısı Aslan İsmayılov Qriqoryan üçün ömürlük iş istəsə də bu qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib. Dövlət ittihamçısının xəstə və hadisələrdə heç bir günahı olmayan Nəcəf Nəcəfalıyev haqda həbs qəti-imkan tədbirin dəyişdirilməsi ilə bağlı təklifi də qəbul olunmayıb və o prosesin gedişində vəfat edib. Digər təqsirləndirilən şəxs Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin qərarı ilə güllələnməyə məhkum edilib. Əhməd Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübuta yetirmək üçün istintaqçılar həmin gün əynində əslində boz kostyum olmuş Əhmədovdan guya üzərində qan ləkələri olan qara kostyumda olması ilə bağlı ifadə alıblar və bu dəlil kimi məhkəmədə ortaya çıxarılıb. Sumqayıtlılar da Əhməd Əhmədovun cinayətkar olmadığına çoxdan inanır. Onun yaşadığı həyətdə qurulmuş xatirə bulağı xalqın artıq Ə.Əhmədova bəraət verdiyini göstərir.[8]
SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.[3]
Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.[3]
İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülmüşdür. Onun işinə məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxmışdır. Ziyalı ailədən olan Taleh İsmayılova isə 15 il iş kəsilmiş, cəzasını "siyasi məhbus" kimi çəkmək üçün Tbilisiyə göndərilmiş, bir ildən sonra meyiti gəlmişdir. Qızıl Ordunun zopasına tuş gəlmiş azyaşlı Azər Babayev isə 23 ildir yatağından qalxa bilmir.[9]
Sumqayıt hadisələrinin əsas tədqiqatçılarından biri olan Eyruz Məmmədov müəyyən etmişdir ki, Sumqayıtda təxribat törədənlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, erməni kəşfiyyat orqanları və Daşnak partiyasının ekstremist qrupları idi. Maraqlı fakt burasındadır ki, Sumqayıtda baş verən hadisələrdən bir neçə gün əvvəl Moskvadan 36 nəfər SSRİ DTK-nın əməkdaşı gəlmişdi. Yerli agenturanın verdiyi məlumata görə, Sumqayıtda iğtişaşlar törətmək üçün şəhərə erməni millətindən olan ekstremist qrupları daxil olmaqda idi. Bu haqda Moskvadan gələn nümayəndələrə məlumat verildiklə, onlar hadisələrə müdaxilə etməyi yerli orqan işçilərinə qadağan etmişdilər.[11]
Ermənistanın xüsusi xidmət orqanları, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə birlikdə Sumqayıtda "Nalyotçik" (azərb. "Basqınçı") kodu adı altında təxribat aparmağı planlaşdırmışdılar. "Nalyotçik" qrupunun üzvləri bunlar idi:[11]
Qriqoryan Albert Robertoviç — Eduard Qriqoryanın qardaşı, yetkinlik yaşına çatmayan gənclərə narkotik maddələr paylayır və onları erməni ailələrinə hücum etməyə çağırırdı.
Qriqoryan Tiqran Robertoviç — Eduard Qriqoryanın qardaşı, gənclərə narkotik paylayır, qarətlə məşğul olurdu.
Qriqoryan Ernest Robertoviç — Eduard Qriqoryanın qardaşı, iğtişaşlardan əvvəl azyaşlı uşaqları spirtli içkilərlə təmin edirdi.
Saturyan Levon Akopoviç — Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşı. "Qarabağ" komitəsinin fəal üzvü. Milli zəmində baş verən hadisələrin təşkilatçılarından biri. Sumqayıtda "Krunk” cəmiyyətinin fəalları ilə mütamadi olaraq əlaqə saxlayır, informasiya toplamaqla məşğul olurdu.
Sərkisyan Suren Yuryeviç — "Qarabağ" komitəsinin üzvü. Gəncləri iğtişaşlara səsləyirdi. "Krunk" cəmiyyətinə üzvlük haqqı ödəməyənlərin siyahısına əsasən gəncləri onların evlərinə basqın etməklə məşğul olurdu. Hadisələrdən sonra dərhal Daşkənd şəhərinə köçmüşdür.
Markaryan Valeri — Bakı şəhərinin sakini, sürücü. İdarə etdiyi avtobusla Sumqayıtda 4 azərbaycanlını vurub öldürmüş və Bakını tərk etmişdir.
Mosesov Eduard Nikolayeviç — "Kommunist" qəzetinin (erməni dilində) müxbiri. Sumqayıt hadisələrində video çəkilişlərin aparılması dislokasiyası ilə məşğul idi.
Qriqoryan Artur — "Kommunist" qəzetinin (erməni dilində) müxbiri. Foto və video çəkilişlər aparırdı.
Aqadlanyan Qriqori — "Kommunist" qəzetinin (erməni dilində) müxbiri. Video və foto çəkilişlər aparırdı.
Qriqoryan Benik Setrakoviç — "Krunk" cəmiyyətinin fəal üzvü. Sumqayıt şəhəri, 9-cu mik-n, ev 25e, 5 saylı mənzilin sakini. Sumqayıt şəhəri, 9-cu mik-n, ev 36, 59 saylı mənzildə yaşayan Babayanın ev əşyalarını boşaltdıqdan sonra, hər iki mənzili yandırmış və günahı Quliyev Fəxrəddin Əhəd oğlunun üstünə atmışdır.
Petrosyan Viktor Vartanoviç — 1959-cu il təvəllüdlü, 1-ci mik-n, ev 125/34, 28 saylı mənzilin sakini. Sumqayıtda gəncləri mitinqə təhrik edirdi.
Petrosyan Vacik Vartanoviç — qardaşı Viktorla eyni tapşırığı yerinə yetirirdi.
Qriqoryan Engels Cerkesoviç — "Krunk" cəmiyyətinin fəal üzvü. 1958-ci il təvəllüdlü, 3-cü mik-n, ev 52, 45 saylı mənzilin sakini. Sumqayıtda iğtişaşlar zamanı qarətlə məşğul olan qrupa rəhbərlik edirdi.
Davidyan Anatoli Armaisoviç — "Qarabağ" komitəsinin üzvü. 1955-ci il təvəllüdlü, 1-ci məhəllə, ev 5a, 21 saylı mənzilin sakini. Gəncləri Sumqayıtın 3-cü mikrorayon ərazisinə toplamaqla məşğul idi.
Zaxaryan Aram Aqanesoviç — 1959-cu il təvəllüdlü, 11 mik-n, ev 6, 25 saylı mənzilin sakini. İğtişaşlarda qarətlə məşğul olurdu.
Maryan Zoya — "Krunk” cəmiyyətinin fəal üzvü. 1948-ci il təvəllüdlü, 7-8-12-ci məh-lə, ev 92a, 6 saylı mənzilin sakini. Sumqayıtda yaşayan ermənilər arasında vasitəçilik rolunu oynayırdı.
Avakyan Sergey Qurgenovic — 41 məh-lə, ev 4a, 62 saylı mənzilin sakini. Gəncləri 3-cu mik-na yönəltməkdə fəallıq göstərib.
Ambartsumyan Rudik Viktoroviç — 1958-ci il təvəllüdlü, "Qarabağ” komitəsinin üzvü. 41a məh-lə, ev 27, 30 saylı mənzilin sakini. Qarətlə məşğul olub.
Melkumyan Edik Ambartsumoviç — 4-cü mik-n, ev 16/25, 26 saylı mənzilin sakini. Şayihələr yaymaqla məşğul olurdu. Bir sıra qarətlərdə iştirak edib.
Ambartsumyan Valeri Mixayloviç — "Krunk" cəmiyyətinin fəal üzvü. 1959-cu il təvəllüdlü, 3-cü mik-n, ev 8, 3 saylı mənzilin sakini. Eduard Qriqoryanın yaxın silahdaşı olub.
Ambartsumyan Djapolad Mixayloviç — 1967-ci il təvəllüdlü, 3-cü mik-n, ev 8, 8 saylı mənzilin sakini. Yeniyetmələri öz arxasınca aparırdı. Qarət və oğurluqla məşğul olub.
Altunyan Qarik İsayeviç — 1964-cu il təvəllüdlü, 9-cu mik-n, ev 6, 6 saylı mənzilin sakini. Qarət və oğurluqla məşğul olub.
Minasyan Albert — "Qarabağ" komitəsinin üzvü. 1939-cu il təvəllüdlü, 6-cı mik-n, ev 35, 4 saylı mənzilin sakini. Hansı mənzillərə hücum olunacağı haqqında gənclərə əvvəcədən məlumat verirdi.
Tamrazyan Kamo Georgiyeviç — 1961-ci il təvəllüdlü, 45 məh-lə, ev 79, 73 saylı mənzilin sakini. Eduard Qriqoryanın qardaşlarına köməklik edir, narkotik və spirtli içkilər paylayırdı.
Qriqoryan Artaş Masesoviç — 45-ci məh-lə, ev 1/48, 38 saylı mənzilin sakini. Ticarət obyektlərinin qarəti ilə məşğul olurdu.
Arakelyan Valeri Sokratoviç — 7-8-12-ci məh-lə, ev 76, 40 saylı mənzilin sakini. Ev əşyalarının oğurlanması ilə məşğul olurdu.
Arakelyan Sergey Sokratoviç — 7-8-12-ci- məh-lə, ev 76, 40 saylı mənzilin sakini. İğtişaşlarda gəncləri istiqamətləndirirdi.
Gevorkyan Mixail Qriqoryeviç — "Krunk" cəmiyyətinin fəal üzvü idi. 45-ci məh-lə, ev 5, 18 saylı mənzilin sakini. Oğurluqla məşğul idi.
Bomasyan Qoqar — 18-ci məh-lə, ev 16, 8 saylı mənzilin sakini. "Ermənilərə ölüm!" şüari ilə şayihələr yayır və camaatı mitinqə səsləyirdi.
Ağababyan Zazyen Karlenoviç — 1955-ci il təvəllüdlü, 3-cü məh-lə, ev 6, 6 saylı mənsilin sakini. "Qarabağ bizimdir!", "Ermənilərə ölüm!" deyə camaatı mitinqə səsləyirdi.
Asatryan Slfvik Qriqoryeviç — "Krunk" cəmiyyətinin üzvü. 10-mik-n, ev 7, 46 saylı mənzilin sakini. İğtişaşların fəal üzvlərindən idi.
Pxakadze Konstantin Mixayloviç — Abovyan, Ermənistan. "Nalyotcik"in ən fəal üzvlərindən idi. Stepanakert və Yerevanla əlaqə yaradırdı. Moskvadan gələn DTK-çıların əmrinə əsasən hərəkət edirdi. Hadisələrdən sonra Orta Asiyaya ezam olundu.
Sərkisyan Suren Yuryeviç — "Qarabağ" komitəsinin üzvü. 1956-ci il təvəllüdlü, Stepanakert, Pioner kucəsi, ev 4. Hadisələrin gedişatı haqqında informasiya toplayırdı. Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqə yaradırdı.
Petrosyan və Poqosyan — 1988-ci ildə Moskvada cinayət törədərək Azərbaycana gəlmişlər. Ümumittifaq axtarışında olublar. Sumqayıta maneəsiz gəlməkdə SSRİ DTK-sının köməyi olmuşdur. İğtişaşlar zamanı Qriqoryana yaxından köməklik göstəriblər.
Bütün bunlar bir daha onu sübut edir ki, Sumqayıt hadisələri qabaqcadan düşünulmüş və planlaşdırılmış bir aksiya idi.[11]
O zaman Sumqayıt hadisələri ilə bağlı həbs edilmiş Əhməd Əhmədovun məhkəmə prosesi qanuna zidd olaraq, Azərbaycanda deyil, Moskvada keçirildi. Mərkəzin xeyir-duası və bütün dünya mətbuatının iştirakı ilə erməni millətçiləri Silva Kaputikyan, Zori Balayan və onların muzdlu nökərlərinin dəstəyi sayəsində Moskvada məhkəmə yox, əsl "şou" düzənləndi. Ə.Əhmədovun təqsirləndirilən şəxs kimi adi insani hüquqları belə pozuldu. Həmin prosesdə onunla birlikdə icraçı qismində məsuliyyətə cəlb edilib həbs olunan 2 nəfər azərbaycanlının işi məhkəmədə sübuta yetirilmədiyindən, əlavə istintaqa qaytarıldı. Məhkəmə prosesində cinayəti sübuta yetirilməyən Əhməd Əhmədov güllələnmə hökmünə məhkum edildi[10].
İstintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yaradılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub[3].
Əhməd Əhmədova güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail QorbaçovdanƏhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb[3].
Armenian provocation – Sumqait events; Erməni fitnəsi – Sumqayıt hadisələri. Bakı: Nurlan, 2008. 96 səhifə.
Sumqayıt vətəndaşları! (29 fevral 1988-ci il şəhərdə baş vermiş fövqəladə vəziyyətlə əlaqədar olaraq qarnizonun rəisi general – leytenant V. Krayevin sumqayıtlılara müraciəti) // Q.Əhmədov. Partiyalar, Liderlər, cərəyanlar.- Bakı: "Siyasət" nəşriyyatı. 1998.- səh. 41.
Lələdağ Mahmud Əvəz. Sumqayıtda hadisə. (1988-ci il 27-29 fevral hadisələri haqqında) // Lələdağ Mahmud Ə. Yaddan çıxmaz günlərim. Bakı: Təfəkkür, 2002. səh. 119-121.
Məmmədov E. 28-dən 29-na keçən gecə. (Kitabda 1988-ci ilin fevral ayında erməni millətçilərinin xaricdə yaşayan havadarlarının əli ilə Sumqayıtda törətdikləri qanlı hadisələrdən bəhs edilir). Sumqayıt: 1998. 144 səhifə.
Sadıqov H., Məmmədov. Sumqayıt: Milli əsarət, ya milli səxavət? (Kitabda millətçı erməni ideoloqlarının çirkin əməllərindən, 27-29 fevral 1988-ci il tarixində Sumqayıt şəhərində törətdikləri faciəli hadisələrdən danışılır). Sumqayıt: 2004. 160 səhifə.
Sadıqov H., Məmmədov R. 1988-ci il fevral hadisələri günlərində milli əsarətin izləri. // Sadıqov H., Məmmədov R. Sumqayıt: Milli əsarət ya milli səxavət? Sumqayıt: 2004. səh. 149-157.
Əliyeva A. Sumqayıt: baş tutmayan "genosid" planı. (Ermənilər təxribat üçün 1988-ci ilin fevralında bu şəhəri seçmişdilər) // "Azərbaycan" qəzeti. 28 fevral 2009. səh. 7.
Səfiyev S. Sumqayıt hadisələri əvvəlcədən hazırlanmış təxribat idi. (1988-ci il fevral) // "Respublika" qəzeti. 28 fevral 2009. səh. 12.
Sadıqov H., Məmmədov R. Sumqayıt hadisələri erməni terrorizmi kontekstində. (1988-ci il fevral). // "Sumqayıt" qəzeti. 28 fevral 2009. səh. 4-5.
Məmmədov R. Sumqayıt hadisələri: 27-29 fevral – 1 mart 1988-ci il (21 illik tarixi məsafədən qərəzsiz baxış) // "Məslək" qəzeti. 26 fevral 2009. səh. 1-3.
Məmmədov E. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. (Sumqayıt hadisələri xüsusi xidmət orqanlarının və ermənilərin birgə hazırladığı təxribat aksiyası idi) // "Xalq qəzeti". 14 mart 2008. səh. 5.
Nəcəfxanlı Ə. Sumqayıt hadisələri xarici dillərdə buraxılan kitablarda: 1988-ci il, fevral. // "Xalq qəzeti". 14 mart 2008. səh. 5.
Muğanlı Q."Erməni fitnəsi-Sumqayıt hadisələri" (Sumqayıt hadisələrinin 20 illiyinə həsr olunmuş yığıncaq) // "Sumqayıt" qəzeti. 1 mart 2008. səh. 1.
Rəhimov F. Sumqayıt hadisələri erməni təxribatının növbəti səhifəsi idi (1988-ci il, fevral). // "Azərbaycan" qəzeti. 29 fevral 2008. səh. 6.
Əliyev A. Hadisələrə hazır olmayan şəhər (1988-ci il Sumqayıt hadisələri haqqında) // "Azərbaycan" qəzeti. 29 fevral 2008. səh. 6.
Elmar X. Sumqayıt hadisələrini ermənilər törətmişdi (1988-ci il, fevral) // "Məslək" qəzeti. 28 fevral 2008. səh. 5.
Babayev Ə. Sumqayıt hadisələri ermənilərin əvvəlcədən düşündükləri məkrli planın tərkib hissəsi idi (1988-ci il, fevral) // "Respublika" qəzeti. 28 fevral 2008. səh. 4.
Məmmədov E. Səbəbkarlar kimlər idi? (1988-ci il 28-29 fevral Sumqayıt hadisələri) // "Sumqayıt" qəzeti. 23 fevral 2008. səh. 8.
Məmmədov E. Sumqayıt: arxadan vurulan zərbə (İyirmi il əvvəl Azərbaycanın bu gənc şəhəri düşmən təxribatına hədəf oldu) // "Xalq qəzeti". 23 fevral 2008. səh. 5; 28 fevral. səh. 5; 29 fevral. səh. 5.
Nəcəfxanlı Ə. Sumqayıt hadisələri (Planlı təxribatın görünən və görünməyən tərəfləri: 1988, fevral) // "Xalq qəzeti". 16 fevral 2008. səh. 5.
İmanov İ., Məmmədov E. Sumqayıt hadisələrini kim törədib: Ermənilər, azərbaycanlılar, yoxsa?... (Sumqayıt hadisələri haqqında filmin yaradıcı qrupunun müsahibəsi / Müsahibəni apardı: B. Səfəroğlu.) // "Ülfət". 29 fevral 1992.