Aslan Ziyəddin oğlu İsmayılov (20 fevral 1958, Qardabani) — azərbaycanlı hüquqşünas.
Aslan İsmayılov | |
---|---|
Doğum tarixi | 20 fevral 1958 (66 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | hüquqşünas |
Vikianbarda əlaqəli mediafayllar |
Aslan İsmayılov 1958-ci ildə Qardabanidə anadan olub.[1] 1975–1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib.
1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib.
1983–1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib.
1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
1996–2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildə Viza hüquq firmasını, 2006-cı ildə Aslan İsmayılov və Partnyorları vəkil bürosunu təsis edib.
1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib. ABŞ-nin Kolumbiya, Pitsburq, Fordom universitetlərində, Korneqi fondu, Sülh və Demokratiya institutunda, Azadlıq radiosunun Vaşinqton ofisində və digər çoxsaylı tədbirlərdə çıxış edib və mətbuat konfransları keçirib.
Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı kitabının müəllifidir. Aslan İsmayılov Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olarkən məhkəmə prosesində şahidi olduğu prosesləri "Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı" kitabında əks etdirib. Kitabda bu hadisələrlə bağlı bir sıra qaranlıq məsələlərə aydınlıq gətirilir.
4 may 2010-cu ildən fəlsəfə üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 3 övladı var.