Sumqayıt Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikasının Sumqayıt şəhərində yerləşən rəsm qalereyası.
Sumqayıt Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1967 |
Yarandığı yer | Azərbaycan Sumqayıt |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan Sumqayıt, Nəsimi adına dənizkənarı park |
Sədr | Ellada Rəşidova[1] |
azgallery.az |
Qalereyanın tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə respublikanın direktiv orqanlarının qərarı ilə Sumqayıt şəhər Sərgi salonu təsis olunmuşdur. Sərgi salonu 1981-ci ilə qədər Azərbaycan Rəsmlər Qalereyasının filialı kimi fəaliyyət göstərmişdir. 1981-ci il dekabrın 31-də Azərbaycan SSR Nazirlər Sovetinin 583 №-li sərəncamı ilə Sumqayıt Dövlət Rəsm Qalereyası statusunu almışdır. Qalereyanın fonunda 280 rəsm əsəri var.[2]
Sumqayıt Rəsm Qalereyasında Azərbaycan təsviri incəsənətinin inkişafında mühüm rolu olan bir çox xalq rəssamlarının, həvəskar rəssamların, xarici ölkə rəssamlarının fərdi sərgiləri nümayiş olunur. Sumqayıt Dövlət Rəsm Qalereyasında nümayiş olunan sərgilər mövzuca daha rəngarəng olması ilə seçilir.Sumqayıt Dövlət Rəsm Qalereyasında Azərbaycanın təsviri incəsənətinin inkişafında mühüm rolu olan bir çox xalq rəssamlarının fərdi sərgiləri nümayiş olunub. Bunlardan bəziləri aşağıdakılardır:
Burada xarici ölkələrin dekada və incəsənət on günlükləri, xarici ölkə rəssamlarının sərgiləri keçirilib:
1990-cı illərdə Rəsm Qalereyasının yararsız hala düşməsi burada keçirilən tədbirlərə öz mənfi təsirini göstərmişdir. 2003–2004-cü illərdə qısa bir müddət ərzində qalereya yüksək səviyyədə əsaslı təmir olunaraq Sumqayıt sakinlərinin ixtiyarına verilib. Qalereyanın təmirindən sonrakı açılışı ilə əlaqədar 26 mart 2004-cü ildə Sumqayıt rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunub.