Suraxanı gəmi-muzeyi

Suraxanı gəmi-muzeyi[a]Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey.[1]

Suraxanı gəmi-muzeyi
Əsası qoyulub 1 mart 2021
Mövzu Gəmiçilik və dənizçilik
Ölkə
Yerləşir Salyan şossesi, 1s, Bakı
Azərbaycan Azərbaycan
Telefon +994502743097
İş rejimi 10:00 - 19:00, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə, Bazar günü
İstirahət günləri: Bazar ertəsi və Çərşənbə axşamı
Bilet 2-5 manat

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, Azərbaycanın qəhrəman dənizçilərinin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır.[2]

Suraxanı gəmi-muzeyinin dronla çəkilmiş fotosu

2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur.[3] Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.[4]

Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.[2]

Azərbaycanda "Suraxanı" gəmi-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" gəmi-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.[2] Beləliklə, 2000-dən artıq yerli gəmi təmirçisinin əməyi nəticəsində nadir layihə ərsəyə gəlib.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Suraxanı gəmi-muzeyinin əsas özəl xüsusiyyəti digər muzeylərdən fərqlənərək gəmidə yerləşməsidir. "Suraxanı" tankeri Xəzər dənizində Bakı bulvarının sahilində lövbərdə durur. Muzeyə gələn ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında ən müasir texnoloji həllər tətbiq olunub. Onlardan biri oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirməyin mümkünlüyüdür. Həmçinin, ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa "iştirakçısı"na çevrilirlər.[4]

Suraxanı gəmi-muzeyinin eksponatları

Gəmi-muzey maraqlı eksponatlarla zəngindir. Muzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzər dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edirlər. Burada keçmişə səyahət də mümkündür. Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olurlar. Gəmi-muzeyin maraqlı ekspozisiyalarından biri də okeandənizlərdən yığılan florafauna nümunələrinin sərgiləndiyi guşədir.[4] Gəmi-muzeydə, həmçinin İkinci Dünya müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi yer alıb. Muzeydə Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi fəaliyyət haqqında interaktiv kitab, Prezident İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor var.[1]

Muzeyin qarşısındakı parkda fədakar Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası da qoyulmuşdur. Əsərin müəllifləri Xalq rəssamları Səlhab MəmmədovƏli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur.[4] Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər, həm də dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi yaradılıb.

Muzey həftədə 5 gün (Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə, Bazar günü) saat 10:00–19:00 aralığında fəaliyyət göstərir. İstirahət günləri isə Bazar ertəsi və Çərşənbə axşamıdır. Muzey tərkibində ekskursiya müddəti 90 dəqiqə təşkil edir. Eyni zamanda ekspozisiya zalına maksimum 10 nəfərin daxil olmasına icazə verilir. 1 seansa qəbul 15 dəqqiqə ərzində aparılır. Muzeyə giriş biletlərin qiyməti 2–5 manat arasında dəyişir. Biletləri elektron qayda da almaq mümkündür. Fiziki biletləri muzeyin önündə yerləşən bilet-satış məntəqəsindən əldə etmək mümkündür.

Suraxanı Gəmi-Muzeyinin kassası 18:00 dan etibarən fəaliyyətini dayandırır.[5]

  1. Bəzən Suraxanı tanker-muzeyi də adlandırılır.
  1. 1 2 3 "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  2. 1 2 3 (az.). https://surakhanishipmuseum.az https://web.archive.org/web/20230427120156/https://surakhanishipmuseum.az/az (#bare_url_missing_title). Archived from the original on 27 April 2023. İstifadə tarixi: 26 apr 2023.
  3. "Arxivlənmiş surət". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  4. 1 2 3 4 "Bakıda "Suraxanı" tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  5. ""SURAXANI" GƏMİ-MUZEYİ". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]