Suriya armudu

Suriya armudu (lat. Pyrus syriaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.

Suriya armudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Asiyanın şərq hissəsi, Suriya, İsraildə yabanı halda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Suriya armudu orta ölçülü, qonur qabıqlı və ensiz çətirli ağacdır. Yarpaqları üstdən yaşıl, alt tərəfi açıq yaşıl, uzunsov-yumurtavari, yumru-rombvari və ya lansetvari-ellipsvari, uzunluğu 3-9 sm, eni 2-3 sm, yarpağın ucu küttəhər və ya bizdir. Mart və apreldə ağac ağ çiçəklərlə çiçəkləyir. Çiçəkləri diametri 3 sm-dək olan qalxana yığılmışdır. Sentyabr və oktyabrda meyvələri yetişir. Meyvələri şarşəkilli və ya bir az armudşəkilli, diametri 2sm-dək, qonurdur. Meyvəsi yeməlidir. Yetişmiş meyvəsi torpağa düşür və çürüməyə başladıqda qoxusu qabanları cəlb edir.

Soyuğa davamlıdır. Şoran olmayan torpaqda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR təbii halda rast gəlinir.

Qida əhəmiyyətli bitkidir, təbabətdə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Dekorativ görünüşə malikdir, çiçəkləmə zamanı gözəl görünür.