Suriya gülxətmisi

Suriya hibiskusu (lat. Hibiscus syriacus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü.

Suriya hibiskusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Çin və Qərbi Asiyadır. Qafqazda, Orta Asiyada, Moldovada və Krımda bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5-6 m-ə qədər olan, yarpağı tökülən koldur. Uzunluğu 10 sm olan, yumurtaşəkilli, parlaq, yaşıl yarpaqları ilə fərqlənir. Çiçəkləri tək, xırda, ağdan-qırmızıyadək müxtəlif rəngli, bəzən ikirəngli, sadə və çoxləçəklidir. Yayın ikinci yarısından noyabr-dekabr aylarına qədər bol çiçəkləyir. Toxumlarla və yarımoduncaqlaşmış qələmlərlə çoxaldılır.

Rütubət və istisevən bitkidir. Yarımkölgəyə qismən dözür. Bu bitki torpağa tələbkar deyil və quraqlığa davamlıdır, açıq günəşli yerlərdə yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeron, Gəncə, Sumqayıt, Qəbələdə park və bağlarda mədəni şəraitdə becərilir.

Dekorativ bitki kimi geniş istifadə edilir. Bu növün Hibiscus hybrida, Hibiscus f. alpa-purpurea forması mədəni şəraitdə bağ və parklarda rast gəlinir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 695.