Surp Yerrortutyun Erməni Kilsəsi

Surp Yerrortutyun Erməni Kilsəsi (erm. Սուրբ Երրորդութիւն Եկեղեցի) və ya Bəyoğludakı Üç Horan Erməni KilsəsiTürkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunun Qalatasaray hissəsində yerləşən erməni kilsəsidir.

Erməni Həvari kilsəsi
Surp Yerrortutyun Erməni Kilsəsi
Ölkə
Surp Yerrortutyun Erməni Kilsəsi xəritədə
Surp Yerrortutyun Erməni Kilsəsi
Surp Yerrortutyun Erməni Kilsəsi

Kilsənin konkret olaraq tikilmə tarixi məlum olmasa da, XVI əsrdə mövcud olduğu məlumdur. 1503-cü il tarixli “Üç Horan” adlı əlyazma və içində sultanın möhürü olan bir sənədə əsasən kilsənin ərazisi satın alınmışdır. 1805-ci ildə Qrikor Amira Gevorkyan-Çerazyan icmasının üzvlərinin səyləri ilə başqa əlyazmalar da tapılmış və həmin ərazidə Surp Eçmiədzin uşaq məktəbi tikilmişdir. Daha sonra əldə edilmiş olan fərmanla kilsə icazəsi alınmış və məktəb kilsəyə çevrilmişdir. 1807-ci ildə “Amenasurp Yerrortutyun” adı ilə təqdis edilmiş olan kilsədə 1810-cu ildə yanğın baş vermiş və 1836-cı ildə Dolmabağça sarayının da memarlarından biri olan Qarabed Amira Balyan tərəfindən Hovhannes Amira Serveryan və Usta Minas Ağa ilə birlikdə binanın yeni bir memarlıq planı hazırlanaraq yenidən inşası həyata keçirilmişdir və 1838-ci ildə İstanbul Erməni Patriarxı İsdepanos Ağavni tərəfindən ibadət üçün yenidən açılmışdır. 1845-ci ildə təmir edilmiş olan kilsədə son təmir işləri 2000-ci ildə həyata keçirilmiş və kilsə ibadət üçün hələ də açıqdır. 1915-ci ildə baş vermiş olan Erməni soyqırımından sonra kilsənin icmasının sayı azalmış və bununla paralel olaraq da xristian ziyarətçilərinin sayı azalmışdır.[1]

  1. "Surp Yerrortutyun Ermeni Kilisesi" (Türkçe). Türkiye: Türkiye Ermenileri Patrikliği. 29 aprel 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2015.