Surxay Əlibəyli (Əlibəyli Surxay Xasay oğlu; d. 1949, Ağdam – ö. 5 noyabr 2018, Bakı) — jurnalist, publisist.
Surxay Əlibəyli | |
---|---|
Surxay Xasay oğlu Əlibəyli | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Uşağı | Altay Əliyev |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Filologiya |
Təhsili | Bakı Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist |
Surxay Xasay oğlu Əlibəyli (Əliyev) 1949-cu ildə anadan olub. Ağdamda orta məktəbi bitirdikdən sonra Azərbycan Dövlət Univerisitetinin (indiki Bakı Dövlət Univerisiteti) Filologiya fakültəsində təhsil alıb, əmək fəaliyyətinə Elmlər Akademiyasında başlayıb.
Ali məktəbdə oxuduğu illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyən gənclərin gizli təşklatına qoşulub, buna görə hətta sovet dövlət təhlükəsizliyi orqanları tərəfindən nəzarətə götürülüb.
Sonra Ağdama qayıdaraq, uzun illər burada mədəniyyət sahəsində çalışıb, şəhər mədəniyyət evinin müdiri, mədəniyyət və istirahət parkının direktoru vəzifələrində işləyib.[1]
1988-1993-cü illərdə xalq hərəkatının fəal üzvlərindən, Ağdamda ilk müstəqil demokratik qəzetin nəşrinin təşkilatçılarından biri olub.
Məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdıqdan sonra burada bir sıra qəzetlərlə əməkdaşlıq edib,
Qarabağın tarixi və insanları haqqında çoxsaylı yazılar yazıb, “Ağdamım – qibləgahım” adlı üçcilidlik çap etdiib.[1]
Azərbaycanın tanınmış sabiq idman şərhçisi Altay Əliyevin atasıdır.