Suvalkiya, Suduva və ya Ujnemune (lit. Suvalkija/Sūduva/Užnemunė) — Litvanın cənub-qərbində ən balaca etnoqrafik bölgə.
Etnoqrafik bölgə | |
Suvalkiya (Sudova) | |
---|---|
lit. Suvalkija (Sūduva) | |
Ölkə | |
İnzibati mərkəz | Suvalki və ya Mariyampole |
Vikianbarda əlaqəli mediafayllar |
Rus, polyak və alman mənbələrində yerli əhalisinin fərqli adları verilir.[1] Beləliklə, bu bölgənin adı mübahisəlidir. Sudoviya adı bu ərazidə məskənləşən Sudlar tayfasından gəlir.[2] Suvalkiya adı hazırda Polşada yerləşən Suvalki şəhərindən gəlir.[3] Coğrafi olaraq bu bölgəyə həmçinin Ujnemune deyilir. Bu ad mübahisəsinə görə etnik mədəniyyətinin dövlət müdafiəsinin əsasları haqqında qanun bölgənin iki adını çəkir: Suvalkiya (Sudova) (lit. Suvalkija (Sūduva)).[2]
Bölgə Neman çaydan cənubda, keçmiş Vilkavişkiş yepiskopluğun ərazisində yerləşir.[4] Bölgənin cənub-qərbi hissəsində Viştitis-Qrajişkiay təpəliyindən Şirvintos və başqa çaylar axır. Viştitis gölü təpələrlə əhatə olunur. Suvalkiya şimaldan və qərbdən Neman çayı ilə əhatə olunur.[2]
Cənubi Sudova və o cümlədən, Suvalkiya şəhəri müasir Polşanın hissəsidir.[5]
Suvalkiyada qərbi Aukşaytiya ləhcəsində danışırlar.[6] XIX əsrdə bu ərazi Rusiyanın yarımuxtar Polşa çarlığının tərkibində olduğuna görə, bölgənin kimliliyi o vaxt formalaşıb və beləliklə, Suvalkiya Litvanın ən yeni etnoqrafik regionudur.[7] Burdakı o dövrdə mövcud olan siyasi vəziyyətində Mariyampole şəhərindəki məktəbləri Litva milli dirçəlişinin tanınmış fəalları böyüdə bilib. Nəticədə məhs burda danışılan qərbi Aukşaytiya ləhcəsi standartlaşmış Litva dilinin əsası olub.[8]
Cənubi Sudovada hələ də litvalılar yaşayır. Məsələn, əhalisi təxminən 1200 nəfər olan Punsk kəndinin 80%-i litvalılardır. Burda litvalılarla bağlı muzeylər yerləşir. Kəndin yanında tarixdən əvvəlki Pruss-Yatvyaq yaşayış məntəqəsi saxlanılır.[5]