Suxoy S-70 Oxotnik (Rusca: Сухой С-70 “Охотник”, hərfi tərcüməsi “Ovçu”), həmçinin “Oxotnik B”[2] adı ilə də tanınır. Suxoy şirkəti tərəfindən istehsal edilmiş olan Rusiya mənşəli Stels texnologiyası ilə hazırlanmış altıncı nəsil pilotsuz uçuş aparatıdır.[3]. Bu texnika daha əvvəl Mikoyan şirkəti tərəfindən istehsal edilən Mikoyan Skatron[4] pilotsuz uçuş aparatının texnologiyası əsasında hazırlanmış və Beşinci nəsil qırıcı olan Suxoy Su-57[5] təyyarəsindən bəzi texnologiyaları da, özündə birləşdirmişdir. İlk uçuşunu 3 avqust 2019-cu ildə[6] həyata keçirmişdir. 2020-ci ildən sonra istifadə edilməsi planlaşdırılır. Hal-hazırda 1 ədəd prototip modeli istehsal edilmişdir. Layihə 2017-ci ildən başlamışdır. Layihənin dəyəri 1.6 milyon Rusiya rublu[7] dəyərindədir.
Suxoy S-70 Oxotnik | |
---|---|
С-70 «Охотник» | |
Tipi | hava nəqliyyatı |
Hazırlayan | Suxoy[d], Suxoy Dizayn Bürosu[d] |
İstehsalçı | Novosibirsk Aviasiya İstehsalat Birliyi[d] |
İlk uçuş | 3 avqust 2019[1] |
İstismara verilmə tarixi | 2023 |
İstismarçılar | |
Vikianbarda əlaqəli mediafayllar |
Oxotnik, Suxoy şirkətinin Rusiya Müdafiə Nazirliyi tərəfindən yeni ağır kəşfiyyat və hücum məqsədi ilə istifadə ediləcək pilotsuz uçuş aparatı layihəsinin icraçısı kimi seçildiyi 2011-ci ildən etibarən inkişaf etdirilir.[3][8] Yeni PUA əvvəlki Mikoyan Skat PUA proqramının məlumatları əsasında MiG və Suxoy şirkətləri tərəfindən birlikdə hazırlanır.[4] İş Suxoy şirkətinin bir hissəsi olan Novosibirsk Təyyarə İstehsalat Birliyi (NTİB) tərəfindən həyata keçirilir. Sənədlərdə pilotsuz təyyarə “altıncı nəsil pilotsuz uçuş aparatı” kimi xarakterizə olunur..[8]
Yer sınaqları üçün nəzərdə tutulmuş ilk prototip 2014-cü ildə hazırlanmışdır.[8] Aparatın prototipi ilk dəfə 2017-ci ilin iyulunda meydana gəlmiş və təyyarənin uçan qanadının konfiqurasiyasını göstərmişdir.[9]
2018-ci ilin noyabr ayında pilotsuz təyyarə NTİB zavodunun uçuş-enmə zolağında tam muxtar rejimdə yerə yaxın məsafədən uçma, sürətlənmə və dayanma sınaqlarının ilk seriyasını həyata keçirmişdir. Sınaqlar zamanı aparat maksimum 200 km/saat sürətə çatmışdır.[10][11]
18 yanvar 2019-cu ildə üçüncü uçan Su-57 prototipi (bort № 053), Oxotnikin rəqəmsal silueti üst və alt tərəflərdə yeni bir rəqəmsal kamuflyaj boya sxemi ilə görülmüşdür. 24 yanvar 2019-cu ildə pilotsuz təyyarənin ilk uçan prototipinin görüntüləri NTİB zavodunda çəkilmişdir.[12] Rusiya rəsmilərinə görə Su-57, Oxotnikin təyyarədəki radioelektron sistemlərinin, yəni avioniklərinin sınanması üçün uçan bir laboratoriya olaraq istifadə olunur.[5]
2019-cu il may ayının sonlarında Oxotnik bir sıra uçuş sınaqları keçirdi, bu müddətdə dron NTİB zavodunun uçuş-enmə zolağından bir neçə metr yüksəklikdə uçmuşdur.[13]
3 avqust 2019-cu ildə Oxotnik ilk uçuşunu həyata keçirdi. Dron, Aktubinskdəki Çkalov Dövlət Uçuş Sınaq Mərkəzindən təxminən 600 metr yüksəklikdə təxmini olaraq 20 dəqiqə ərzində uçdu və aerodromun ətrafında bir neçə dairə çızmışdır.[6] Avqustun 7-də Rusiya Müdafiə Nazirliyi ilk uçuşun videosunu yayımladı.[14][15]
Oxotnikin dizaynı uçan qanad sxeminə əsaslanır və təyyarənin istehsal edildiyi kompozit materiallar və radar siqnallarını udan örtüklər nəticəsində təyyarənin radarlara tutulması ehtimalı azaldılır, bu da təyyarəyə Stels təyyarə xüsusiyyəti qazandırır.[16] Təxminən 20 ton ağırlığındadır və 65 fut (20 m) uzunluqda qanad örtüyünə malikdir. Pilot təyyarə ya Suxoy Su-27 qırıcı təyyarəsində istifadə edilmiş AL-31F turbofanından və ya Suxoy Su-35S qırıcılarında və Suxoy Su-57 prototiplərində quraşdırılmış AL-31F mühərriklərinin təkmilləşdirilmiş versiyası olan AL-41F mühərriki ilə təchiz edilmişdir.[17] Prototip pilotsuz uçuş aparatının maksimal daxili yük ilə birlikdə sürətinin saatda 1000 km olduğu bildirilir.[8] Ehtimal olunur ki, Oxotnik əsas təyyarə, yəni Su-57 tərəfindən idarə olunan “sadiq qanadçı” (və ya “sadiq cinahçı”) (“loyal wingman”) kimi çıxış etmək üçün hazırlanmışdır.[17]
Mənbə: Sputnik[9], TASS[8], Ainonline[17]
2 daxili silah stansiyasında 2000 kq-a qədər idarə olunan və idarə olunmayan döyüş sursatı daşıya bilir.