Bu məqaləni vikiləşdirmək lazımdır. |
Beşinci nəsil qırıcı — 2016-cı il üçün ən qabaqcıl qırıcıların aid edildiyi qırıcı təsnifatıdır. Bu nəsilə aid edilən qırıcıların dördüncü nəsil qırıcılardan bir sıra üstün cəhəti var. Bir qırıcının beşinci nəsilə aid edilməsi üçün onun malik olmalı olduğu göstəricilərin siyahısı hələ ki, tam və dəqiq müəyyən olunmayıb. Bu səbəbdən hal-hazırda mövcud olan qırıcıların beşinci nəsilə aid edilib edilməməsi ilə bağlı mübahisələr yaranır. Beşinci nəsil qırıcıların üzərində düşünməyə hələ 1970-ci illərdə, hələ Su-27, MiQ-29, F-14, F-15 kimi dördüncü nəsil qırıcıların yenicə yaradıldığı dövrlərdə, ABŞ və SSRİ-də başlanılmışdı.
Beşinci nəsil qırıcı | |
---|---|
Tipi | Qırıcı, Reaktiv təyyarə |
Hal-hazırda silahlanmaya alınan beşinci nəsil qırıcılar bunlardır: F-22 (2005-ci ildə) və F-35B (2015).[1][2][3][4] F-35-in A və C növlərinin, həmçinin PAK FA, HAL AMCA, Sukhoi/HAL FGFA, TAI-TFX, Chengdu J-20 və J-31 qırıcılarının üzərində işlər getməkdədir.
Beşinci nəsil qırıcıların əsas göstəriciləri:
Beşinci nəsil rus təyyarələrinə olan əsas tələblərdən biri yüksək manevr qabiliyyətinə malik olmasıdır. Yəni təyyarənin iti bucaq istiqamətində hücuma keçərkən sabitliyini və idarə oluna bilmə qabiliyyətini qoruyub saxlamaq, döyüş manevrinin təhlükəsizliyini təmin etmək, hal-hazırkı trayektoriyanın istiqamətində olmayan hədəflərə silahları yönəltmək məqsədilə axına münasibətdə istiqamətini dəyişmək qabiliyyətinə malik olmasıdır. Yüksək manevr qabiliyyəti əvvəlcə beşinci nəsil amerika qırıcılarına olan tələbatlar arasında da mövcud idi. Lakin bir sıra araşdırmalardan sonra onlar fikirlərini döyüş sisteminin ümumi dinamikasında cəmləşdirdilər[5]. Yüksək manevr qabiliyyəti tələbinin tam vacib hesab olunmaması onunla izah olunurdu ki, yeni aviasiya silahlarının yaranması ilə düşmənin təyyarəsini vurmaq üçün onun arxasına keçmək artıq zəruri deyildi. Yüksəkmanevrli ümumrakurslu raketlər, pilotun dəbilqəsinin üstündə hədəfi göstərən sistemlər və yeni avtomatik tuşlanan başlıqlar bu silahların sırasındadır. Hesab edilirdi ki, artıq döyüşlər orta məsafələrdə gedəcək, yaxın məsafələrdə isə, yəni manevr mərhələsində, döyüşlər nadir hallarda, pilotun "nəyisə düzgün etmədiyində" baş verəcək. "Düşməni birinci görən zərbə endirir" prinsipi həm də ona görə əsaslı hesab olunurdu ki, beşinci nəsil qırıcılar radiolokasiya sistemləri tərəfindən az-sezilən (görünməz) olmalı idilər. Digər tərəfdən əgər digər ölkələrin beşinci nəsil qırıcılarının az-sezilmə qabiliyyəti və radiolokasiya stansiyalarının gücü amerika təyyarələrinin gücü ilə bərabər olsa, onda qalibi müəyyən etmək üçün əsas meyar yüksək manevr qabiliyyəti olacaq.
B-2 və F-117 kimi əvvəlki nəsilə aid edilən stelz texnologiyalı təyyarələr bombardmançı idilər. Bu cür təyyarələrin aktiv fazalı radarı[en], düşmənin təyyarəsini vurmaq üçün hava-hava tipli silahları yox idi, həmçinin uçuş göstəriciləri aşağı idi[6]. 1970-ci illərin əvvəllərində amerikalılar öz layihələrində stelz texnologiyasını, yüksək sürəti və yüksək manevr qabiliyyətini hava-hava tipli döyüş təyyarələrinin əsas göstəriciləri kimi hesab edirdilər. Bu da 1981-ci ilin may ayında Qabaqcıl Taktiki Qırıcı proqramının[en] başlanmasına apardı. Proqramın nəticəsində F-22 qırıcısı yaradıldı.[7]
ABŞ dəniz piyadası korpusu F-22 təyyarəsinin yaradılmasında əldə olunan ABŞ Hərbi Hava Qüvvələrinin təcrübəsindən yararlanaraq F-35 qırıcısının taktiki göstəricilərini müəyyən edir.
Amerikanın Lockheed Martin şirkətinin dediyinə görə onların istehsal etdiyi F-22 hal-hazırda istifadədə olan yeganə beşinci nəsil qırıcıdır.[1][8] Lockheed Martin şirkəti istehsal etdiyi F-22 və F-35 qırıcılarını beşinci nəsilə aid edərək onların üstün cəhədlərini belə təsvir edir: "qabaqcıl stelz texnologiyası", "son dərəcə yüksək uçuş göstəriciləri", "informasiya inteqrasiyası". Şirkət artıq qırıcılarını təsvir edərkən F-35 qırıcısının malik olmadığı "superkruiz qabiliyyəti", yəni forsajdan[en] istifadə etməyərək səsdən sürətli uçmaq qabiliyyəti, ifadəsindən istifadə etmir.[9] Lockheed Martin şirkəti "beşinci nəsil qırıcı" ifadəsini özünün əmtəə nişanı kimi qeydə alınmasına çalışmışdır[10]. Hal-hazırda "5TH GENERATION FIGHTERS" (5-Cİ NƏSİL QIRICILAR) ifadəsi üzərində olan əmtəə nişanına malikdir.[11]
PAK FA və J-20 qırıcı layihələrinin sürətli inkişafı F-35 üçün qələcəkdə güclü rəqabətə səbəb olacağı proqnoz edilir.
1980-ci illərin sonlarında SSRİ-də dördüncü nəsilə aid edilən MiQ-29 və Su-27 qırıcılarını əvəz etmək məqsədilə yeni nəsil qırıcılara ehtiyac olduğu hesab olunurdu. Bu ehtiyacı ödəmək üçün növbəti qırıcı layihələri təqdim edildi: Suxoy Su-47 və Miq 1.44. MiQ 29 qırıcısı isə hal-hazırda MiG-35 layihəsi çərçivəsində təkmilləşdirilir. Lakin təklif olunan layihələrin heç biri yeni nəsil qırıcının yaradılması ilə nəticələnmədi. 2002-ci ildə "Suxoy Təcrübə Konstruktor Bürosu" (rus. "ОКБ Сухого") yeni nəsil qırıcının yaradılması məqsədilə işlərə başladı.
SSRİ-dən sorakı dövrün ilk qırıcısı kimi PAK FA özündə həm Su-47, həm də MiQ 1.44 qırıcılarının texnologiyalarını cəmləyir. Gələcəkdə həm Su-27, həm də MiQ-29 qırıcılarını əvəz etməsi gözlənilir. Bu qırıcı Rusiya ilə Hindistanın birgə layihəsi olan Sukhoi/HAL FGFA qırıcısının əsasında durur.[12][13] PAK FA F-22 və F-35 qırıcıları ilə rəqabət aparmaq üçün yaradılıb. İlk uçuşunu 2010-cu il 29 yanvar tarixində yerinə yetirən PAK FA[14][15] Rusiya Hərbi Hava Qüvvələrinin tərkibinə 2017-ci ildə daxil olması planlaşdırılır.[16]
Rusiya həmçinin yüngül, stelz texnologiyalı, çoxfunksiyonal olan MiQ 1.27 beşinci nəsil qırıcısı üzərində işləyir. Bu qırıcı imtina edilmiş MiQ 1.44 qırıcısının əsasında düzəlir.[17]
1990-cı illərin sonlarında Qərbin kəşfiyyat mənbələri Çin Xalq Respublikasının beşinci nəsil qırıcı layihələri haqqında xəbər tutdular. Bu layihələr J-XX və ya XXJ kod adı altında cəmləşmişdi. ÇXR Hərbi Hava Qüvvələrinin vəzifəli şəxsləri layihələrin mövcudluğunu təsdiq etdi. Onların fikrincə qırıcıların istismara başlanması 2017–2019-cu ildə gözlənilirdi.[18][19] Buna baxmayaraq, ABŞ müdafiə naziri Robert Qeytsin fikrincə, 2020-ci ilə kimi ABŞ Çindən 20 dəfəyə gədər daha çox qabaqcıl qırıcıya malik ola bilər.[20] 2010-cu ilin sonuna Chengdu J-20 qırıcısının 2 prototipi hazır idi və sınaqlar keçirilirdi.[21] J-20 ilk uçuşunu 11 yanvar 2011-ci ildə həyata keçirdi.[22]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
No, neither the F135 or F136 engines were designed to supercruise.