Suxoy Su-27

Su-27 (rus. Су-27) (NATO kod adı: FlankerFlanqa zərbə) — SSRİ/Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarə. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılmışdır.

Su-27
Rusiya HHQ-yə məxsus Su-27 təlim zamanı
Rusiya HHQ-yə məxsus Su-27 təlim zamanı
Tipi Çoxməqsədli qırıcı
Hazırlayan Suxoy Dizayn Bürosu[d]
İstehsalçı SSRİ/Rusiya
Baş konstruktor M.P.Simonov
Dizayner Suxoy Konstruktor Bürosu/Suxoy Korporasiyası
İlk uçuş 20 may 1977
İstismara verilmə tarixi 22 iyun 1985
Status İstismarı davam edir
İstismarçılar Rusiya HHQ
Çin XAOHHQ
Ukrayna HHQ
İstehsal ili 1982-davam edir
Buraxılış sayı 680[1]
Vahidinin qiyməti 30 milyon ABŞ dolları
Variantları Su-30
Su-33
Su-34
Su-35
Suxoy Su-37
Shenyang J-11
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müxtəlif modifikasiyalar şəklində Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri, Hindistan, Çin və digər ölkələrin hərbi hava qüvvələrinin istismarındadır. Çində lisenziya əsasında "Shenyang J-11" adı ilə istehsal edilir.[2]

Ağır qırıcı təyyarələrə aid edilir. Əsas rəqibi və oxşarı ABŞ istehsalı olan F-15 hesab edilir. MiQ-29 ilə birlikdə cütlük yaradaraq ABŞ-nin F-15F-16 hərbi təyyarə cütlüyünə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Yüksək manevrliliyi yüngül qırıcılarla mübarizə aparmağa, çoxməqsədli qırıcı kimi istifadə edilməsinə imkan verir. Təyyarədaşıyıcılar üçün olan variantı Su-33 adlanır.

Sonuncu versiyası hesab olunan Suxoy Su-37 (sınaq modeli) məşhur “Diskaveri” (Discovery Channel) kanalı tərəfindən dünyanın bir nömrəli qırıcısı (F-22 Raptoru ötməklə) kimi təqdim edilmişdir.[3] Ağır qırıcı təyyarələr içərisində yeganə qırıcıdır ki, yüksək pilotaj qrupunda ("Rus pəhləvanları") istifadə olunur.[4]

Yaradılma tarixi

[redaktə | mənbəni redaktə et]
T-10-0001: Su-27-nin ilkin prototipi
"Rus pəhləvanları" akrobatik qrupuna aid Su-27-nin alçaqdan uçuşu

NATO kəşfiyyat təyyarələridən qorunmaq üçün SSRİ-nin istehsal etdiyi MiQ-25-lər ABŞ üçün gözlənilməz oldu [5]. MiQ-25-in uzun qanadları və ümumi görünüşü onun havada üstünlük əldə etmək üçün yaradıldığını sübut edirdi. ABŞ-də bu cür təyyarəyə qarşı cavab kimi F-15 yaradıldı.

F-15-ə cavab olaraq SSRİ-də "Perspektivli Döyüş Qırıcısı" (rus. Перспективный Фронтовой Истребитель) proqramı işə salındı. Proqramın əsas tələbləri ondan ibarət idi ki, yeni qırıcı F-15-i əsas xarakteristikalar üzrə 10%-ə yaxın üstələməli idi.

Qısa müddətdən sonra ABŞ-də belə bir qənaətə gəldilər ki, elə tapşırıqlar var ki, onları yüngül qırıcı təyyarə görməlidir; F-15 kimi ağır, təkmil təyyarədən əlavə yüngül çəkili qırıcıya ehtiyac meydana çıxdı. Həm də bir qrup ABŞ Hava Qüvvələri (US Air Force) zabitlərini F-15-in ağır və az manevrli olması qane etmirdi. Bununla da, F-16F/A-18-lərin hazırlanması proqramlarına start verildi.

SSRİ də analoji şəkildə düşünüb müvafiq addımlar atdı. Bununla da, PDQ proqramı iki istiqamətdə davam etdirildi:"Perspektivli Yüngül Döyüş Qırıcısı" (rus. Лёгкий Перспективный Фронтовой Истребитель) və "Perspektivli Ağır Döyüş Qırıcısı" (rus. Тяжёлый Перспективный Фронтовой Истребитель). Yüngül qırıcı layihəsini 1972-ci ildə "MiQ" KB-sı (MiQ-29) qazandı.

Tədqiqatlar nəticəsinə müəyyən edildi ki, PYDQ və PADQ-lardan 2:1 nisbətində təşkil edilmiş aviaparklar daha effektivli olacaqdır. Əgər MiQ-29 cəbhə bölgəsi üzərində üstünlük əldə etməli idisə, daha uzağa uçun, hədəfləri müstəqil tapıb məhv edə bilən, ağır silahlar daşıyan Su-27 düşmən ərazilərində əməliyyatlar aparmaq üçün hesablanmışdı.[6]

Hələ 1969-cu ilin payızında "Suxoy" KB-dan olan mütəxəssislər yeni qırıcının xarici görünüşünü formalaşdırmağa başlamışdılar. MiQ-21MiQ-23-ləri əvəzləməli olacaq yeni qırıcı ixtisaslaşmış, uzaq və yaxın məsafələrdə döyüş üçün maksimal dərəcədə uyğun olmalı idi. Arzulanan aerodinamik keyfiyyətlər əldə etmək üçün "sinusoidal" qanad adlanan konsepsiyaya üzərində işlər başlandı. Bundan əlavə, Mərkəzi Aerohidrodinamika İnstitutunda (MAHİ) keçirilən təcrübələr "inteqral" qanadların uzadılması nəticəsində arzulanan aerodinamik keyfiyyətin əldə edilməsinin mümkünlüyünü göstərdi. Paralel olaraq inteqral və ənənəvi qanad formaları üzərində də işlər davam etdirildi.[6]

1974-cü ildə MAHİ tərəfindən qırıcının yekun aerodinamik sxemi hazırlanıb qurtardı (T-10). İlkin sınaq nümunəsi (T-10-1) 1976-cı ildə artıq hazır edilmişdi. 20 may 1977-ci ildə qırıcını ilk dəfə səmaya V.S.İlyuşin qaldırdı. İlk sınaq uçuşundan sonra V.S.İlyuşinin "Bu təyyarə məndən ağıllıdır" deməsi məşhur deyimə çevrilmişdir.[7]

İkinci sınaq uçuşu uğursuz oldu. Keçirilmiş növbəti sınaq uçuşları göstərdi ki, istənilən uçuş xarakteristikalarını əldə etmək mümkün deyildir; Mühərrik qənaətcil və kifayət qədər güclü deyildir. 1979-cu ilin dekabrında hərbçilərin keçirdikləri dövlət sınağının nəticələri də qənaətbəxş olmadı. Yeni yaradılacaq təyyarənin F-15-lə rəqabət apara biləcəyinə ciddi şübhələr yarandı.[6] Qoyulmuş taktiki-texniki tələbləri əldə etmək üçün təyyarənin baş konstruktoru M.P.Simonovun təşəbbüsü və ümumi konstruktor E.A.İvanovun göstərişi əsasında konstruktor bürosu təyyarəyə yenidən baxmağı qərara aldı. Bu zaman çəkiyə ciddi nəzarət, hava müqavimətinin azaldılması, qanadların daşıyıcılıq keyfiyyətlərinin, müxtəlif uçuş rejimlərinə uyğunluğunun artırılması, yandan olan təsirlərə qarşı təyyarənin dayanıqlılığının artırılması əsas meyarlar kimi qəbul edildi.[8][9]

MAHİ-nin təklifi ilə artıq işlənmiş konsepsiya olan trapesiya formalı qanadlar üzərində işlər davam etdirildi. Bundan başqa, hava müqavimətini azaltmaq üçün mühərrikin aqreqatlarının yerləri və şassidə dəyişikliklər edildi. 1978-1980-ci illərdə keçirilmiş sınaqlar tamamilə yeni təyyarə yarandığını göstərdi. Su-27-nin gələcək prototipi olacaq T-10-7 20 aprel 1981-ci ildə havaya qalxdı. 1982-ci ildə isə qırıcının seriya istehsalına start verildi. Modelləşdirmənin nəticələri kimi bildirildi ki, Su-27-i ümumi döyüş potensialı göstəricisinə görə F-15-dən 30% öndədir.[6][8]

1984-cü ildən etibarən Su-27-lər hərbi hissələrə daxil olunmağa başlasa da, rəsmi olaraq Su-27-lərin silahlanmaya qəbul olunması tarixi 23 avqust 1990-cı ildir. Belə ki, bu dövrə kimi sınıq uçuşları keçirilir və çatışmamazlıqlar aradan qaldırılırdı. HHQ-yə qəbul olunan qırıcılar Su-27S (seriya), HHMQ aviasiyasına qəbul edilən qırıcılar isə Su-27P (tutucu) adlarını daşımışlar.

Su-27 sərt döngələrdə: hava burulqanı və qanadların ön hissəsinin əyilməsi

Su-27 normal aerodinamik sxem əsasında hazırlanmışdır. Qırıcının qanadları füzelyaja rəvan şəkildə birləşərək, təyyarənin gövdəsini bütövlükdə aparıcı edir. Bu cür quruluş inteqral tərtibat adlanır. Qanadların bucağı ön haşiyəyə nisbətən 42 dərəcədir. Konstruktorlar sərt hücum bucaqlarında təyyarənin stabilliyinin qorunması və aerodinamikliyin artırılması üçün qanadların ön hissəsinin avtomatik əyilməsini təmin edən sistem tətbiq etmişlər. Bundan əlavə, qanadların gövdəyə rəvan birləşməsi də səsdən yüksək sürətlərdə və sərt hücum bucaqlarında yüksək aerodinamikanı təmin edir. Qanadlarda eleronlar və tormoz qapaqcıqları yoxdur. Flaperonlar hər ikisinin funksiyasını yerinə yetirir.

Təyyarə stabil dayanıqlı deyil. Təyyarənin dayanıqlığı elektron cihazlar vasitəsilə təmin edilir. Bu təyyarənin manevrliliyini artıran əsas amillərdən biridir. Belə ki, pilot təyyarəni hansısa bir hərəkəti etməyə "məcbur etmir", əksinə, stabil vəziyyətdən çıxmağa meylli olan qırıcıya manevri etməyə "imkan verir".

Su-27-nin müxtəlif modifikasiyalarında (Su-30, Su-33, Su-34, Su-35 və s.) burun hissəsində quraşdırılmış olan radarların ağırlığının artması onun stabil dayanıqlığına təsir edə və təyyarənin manevrliliyinin zəifləməsinə gətirib çıxara bilərdi. Bunun qarşısını almaq üçün bu modifikasiyalara ön horizontal dayaqlar quraşdırılmışdır.

Ümumi kütlənin azaldılması üçün titandan geniş istifadə edilir (təqribən 30%)

Təxminən eyni dövrdə hazırlanmış MiQ-29-dan fərqli olaraq Elektrodistansion İdarəetmə Sisteminə (ЭДСУ) malikdir. Yəni pilot təyyarəni mexaniki ötürmələr vasitəsilə deyil, elektron- kompüter vasitəsilə idarə edir. Bu sistem səs sürətindən aşağı sürətlərdə təyyarənin stabil qeyri-dayanıqlığının idarəedilən olmasını təmin edir.

Təyyarənin avionika sistemləri şərti olaraq dörd müstəqil, bir-birinə funksional bağlı olan komplekslərə bölünür:

  • Silahların idarə edilməsi sistemi (СУВ)
  • Pilotaj-naviqasiya kompleksi (ПНК)
  • Rabitə kompleksi (КС)
  • Bort müdafiə kompleksi (БКО)

Optik axtarış və hədəfə alma sistemi

[redaktə | mənbəni redaktə et]

Su-27-nin baza modelinin silahlanmasının mühüm tərkib hissəsini OEPS-27 (ОЭПС-27) elektro-optik sistemi təşkil edir. Bu sistemin tərkibinə lazer məsafəölçən (effektiv uzaqlıq 8 km-ə qədər) və effektiv işləmə uzaqlığı 50–70 km olan infraqırmızı axtarış və hədəfəalma sistemi (ИРСТ) daxildir. Bu sistemlərdə tətbiq edilən optika güzgülü periskoplarda olduğu kimidir (Optika koordinəedici şarvari şüşə sensorla birləşdirilmişdir). Sensor yüksəklik (10 dərəcə axtarış, 15 dərəcə yönəltmə zamanı) və azimut boyu (60 və 120 dərəcə) hərəkət edir və göstəricilərin daim "istiqamətlənmiş" qalmasını təmin edir.

Birləşdirilmiş uçuşa nəzarət və dəyişkən vektor dartısının idarə edilməsi sistemi

[redaktə | mənbəni redaktə et]

AL-31FP (АЛ-31ФП) mühərriklərinin ucluqlarının idarə edilməsi sistemi Uçuşa Nəzarət Sistemi (СКП) və proqram təminatı ilə birləşdirilmişdir. Ucluqların idarəsi ümumi UNS sisteminin tərkibi olan kompüterlər vasitəsilə həyata keçirilir. Onların idarə edilməsi avtomatlaşdırılmış olduğundan pilotun uçuş zamanı onlara nəzarət etməsinə ehtiyac yoxdur. Bu da ona təyyarənin idarə edilməsini və döyüşü fikri yayılmadan davam etdirməyə imkan verir. UNS sistemi dəstəkpedallar vasitəsilə işləyən pilotun istənilən kiçik hərəkətinə müvafiq davranır.

UNS sistemi Su-27-nin ilkin versiyaları ilə müqayisədə güclü dəyişikliklərə məruz qalmışdır. Su-27-nin ilkin versiyalarına quraşdırılan radio vasitəsilə məsafədən idarəetmə sistemində (СДУ-10) hücum bucaqlarında məhdudiyyətlər, idarəetmə dəstəyinin vibrasiyası olmuşdur. Müasir Su-27-lərdə quraşdırılan UNS sistemi rəqəmsaldır və dartıların nizamlanması 4 dəfəyə kimi, kursdan yayınmama sistemi isə 3 dəfəyə kimi gücləndirmişdir.

Güc təminatçısı

[redaktə | mənbəni redaktə et]
Silahlanma

Qırıcı sağ qanadının gövdəyə birləşdiyi yerdə quraşdırılmış bir ədəd 30 mm-lik QŞ-301 tipli aviatopla təchiz edilmişdir. Silahlanmasında idarə edilən raketlərdən "hava-hava" tipli R-27R1, R-27T1, R-73E (yaxın məsafəli döyüşlər üçün) tipli raketlər, idarə edilməyən tipli raketlərdən isə S-8KOM, S-8OM, S-8BM, C-13T, C-25OFM-PU mövcuddur. 100, 250, 500 kq-lıq aviabombaları daşımağa qadirdir.

Qırıcının gövdəsinin silahların asılması üçün 10 yer mövcuddur: 6-sı qanadlarda, 2-si fyüzelyajın, 2-si mühərriklərin altında. Əlavə yanacaq çənləri quraşdırılmır.[10]

F-15C
Hindistan HQ-yə (IAF) məxsus Su-30MKI

Real döyüş şəraitində Su-27 "ailəsinə" məxsus təyyarələr F-15 "ailəsinə" mənsub qırıcılarla heç bir zaman qarşılaşma imkanları olmayıb.

Bu iki təyyarənin ilk görüşü 1992-ci ilin avqustunda ABŞ-də, hərbi-hava döyüş təlimində olmuşdur. Təlimin şərtlərinə görə, qırıcılar növbə ilə bir-birini izləməli və "məhv etməli" idi. Birinci "döyüşdə" F-15-i izləyən Su-27 rəqibi itirməməyə müyəssər olmuşdur. İkinci görüşdə isə, Su-27-ni izləməli olan F-15 forsaj rejimində yüksəkliyə qalxan rəqibi qaçırmışdır. Su-27 mayor E.Karabasovun idarəsi altında bir müddətdən sonra F-15-in quyruğunda peyda olmuşdur.[11][12]

Su-27 "ailəsinin" üzvlərinin F-15 qırıcıları ilə qarşılaşmalarından biri 2004-cü ildə Hindistanda "Cope India-2004" adlı döyüş hazırlığının artırılması təlimlərinə təsadüf etmişdir. Təlimlərdə Hindistan tərəfindən silahlanmasında olan müxtəlif Sovetlər və Fransa istehsalı olan qırıcılarla yanaşı Su-27 "ailəsinə" mənsub Su-30MK da iştirak edilmişdir. İlkin olaraq dəyişkən vektor dartılı Su-30 MKİ-nin təlimlərdə iştirakı nəzərdə tutulsa da, hindlilər dəyişkən vektor dartısı olmayan Su-30MK-nın kifayət edəcəyini hesab etmişlər. ABŞ HQ 6 ədəd F-15C ilə təmsil olunmuşdur. Su-30 MK-lar keçirilmiş hər üç döyüşdən ikisində qalib ayrılmışlar. Ümumi nəticədə 20 dəfədən az olmayaraq "Su"-lar döyüşdən qalib çıxmışlar.

Təlimlərdə "Su"-ların RLS-lərdən istifadə etməməsi, F-15-ləri elektro-optik cihazları vasitəsilə hədəfə alması və təlimin şərtlərinə görə, "AWACS" sistemlərindən istifadə edilməməsi Hindistan HQ qələbəsində aparıcı rol oynamışdır: F-15-in RLS-i işləməyən qırıcını görmə imkanları məhduddur; Nəticədə, döyüş yaxın məsafəli-manevrli döyüşlərə keçmişdir. Bu zaman F-15C hədsiz manevrli Su-30MK-ya uduzmağa məhkumdur. Sonradan açıqlanan sənədlərdə ABŞ qırıcılarının sonuncu versiya radarlarla təchiz edilmədiyini bildirmişdir. [13][14]

İstifadə edən ölkələr

[redaktə | mənbəni redaktə et]
Su-27 və Su-30 istifadə edən ölkələr. Açıq mavi rənglə indiki istifadəçilər, qara rəngdə sifarişçi ölkələr göstərilmişdir.
  • Rusiya Rusiya: 50 ədəd Su-27, 10 ədəd Su-27UB, 47 ədəd Su-27SM və 14 ədəd Su-27SM3[15]
  • Anqola Anqola: 2013-cü ilin yanvarına olan məlumata əsasən 7 ədəd Su-27 hal-hazırda xidmətdədir. İlk üç qırıcı 1998-ci ildə Belarusdan satın alınmışdır.
  • Çin ÇXR: 2016-cı ilə olan məlumata görə 43 ədəd Su-27SK və 32 ədəd Su-27UBK silahlanmaya qəbul olunub. Təyyarələrin idxalı 1991-ci ilin fevralında başlayıb və 2009-cu ilin sentyabrında başa çatıb. Rusiya ilə Çin arasında əldə olunmuş razılaşmaya əsasən Su-27 döyüş təyyarələri Shenyang J-11 adı ilə Çində istehsal olunur.[16]
  • Belarus Belarus: 2014-cü ilə olan məlumata görə 17 ədəd Su-27 və 4 ədəd Su-27UBM1 ehtiyatda saxlanılır. 2014-cü ilin yanvar ayında ehtiyatda saxlanılan bu döyüş təyyarələrinin üzərində əsaslı modernizasiya işləri aparılması barədə qərar qəbul olunub.[17]
  • Ukrayna Ukrayna: 35 ədəd Su-27[18]
  • Qazaxıstan Qazaxıstan: 2017-ci ilə olan məlumata əsasən 20 ədəd Su-27 və 3 ədəd Su-27UB silahlanmaya daxildir. 2015-ci ildən etibarən bu təyyarələrin Su-30SM qırıcıları ilə əvəz ediləcəyi planlaşdırılır.
  • Monqolustan Monqolustan: 4 ədəd Su-27[19][20]
  • Özbəkistan Özbəkistan: 24 ədəd Su-27 və Su-27UB aktiv istismar olunur. 11-dən çoxu ehtiyatda saxlanılır.
  • Vyetnam Vyetnam: 6 ədəd Su-27SK və 5 ədəd Su-27UBK
  • Efiopiya Efiopiya: 8 ədəd Su-27 və 3 ədəd Su-27UB
  • Eritreya Eritreya: 5 ədəd Su-27 və 3 ədəd Su-27UBK[21]
  • İndoneziya İndoneziya: 2 ədəd Su-27SK və 3 ədəd Su-27SKM
  • ABŞ ABŞ: İlk iki Su-27 qırıcısı 1995-ci ildə Belarusdan, növbəti iki qırıcı isə 2009-cu ildə Ukraynadan satın alınıb.[21]
  • 9 sentyabr 1990: Sovet ordusuna məxsus bir ədəd Su-27 Salqareda hava şousunda həddən aşağı səviyyədən uçduğu üçün qəzaya uğramışdır. Nəticədə, litvalı pilot Rimantas A. Stankevicius və 1 nəfər tamaşaçı həlak olmuşdur.
  • 12 dekabr 1995: "Rus cəngavərləri" hava şousus komandasına məxsus 2 ədəd Su-27 və 1 ədəd Su-27UB Malayziyada keçirilən hava şousundan geri qayıdarkən Vyetnamda Can Rahm şəhəri yaxınlığında qəzaya uğramış, nəticədə 4 pilot həlak olmuşdur.
  • Dekabr 1998: Efiopiya HHQ-na aid Su-27 gecə təlimləri zamanı qəzaya uğramış nəticədə pilot həlak olmuşdur.
  • 6 yanvar 1999: Efiopiya HHQ-na məxsus rus pilot tərəfindən idarə olunan təyyarə test uçuşları zamanı qəzaya uğramış, pilot xilas olmağı bacarıb.
  • 27 iyul 2002: Ukrayna HHQ-nə məxsus Su-27 aerobatik hərəkətlər edən zaman qəzaya uğramış, 77 tamaşaçı həlak olmuşdur. Hər iki pilot xilas olmağı bacarıb və yalnız kiçik zədələr alıb.
  • 15 sentyabr 2005: Rusiya ordusuna aid Su-27P Kalininqraddan Sankt Petersburqa hərəkət edən zaman mexaniki səbəblərdən Litva ərazisində qəzaya uğramış, pilot sağ qalmağı bacarmışdır. Təyyarə ən azı 4 ədəd hava-hava raketi ilə silahlanmışdır. Bu hadisədən sonra Litva, Rusiya, NATO arasında iclas keçirilmişdir.
  • 29 iyul 2008: Rusiya HHQ-nə aid Su-27UB Primorye vilayətində təlim uçuşları zamanı qəzaya uğramış, 1 pilot həlak olmuş, digəri yaralanmışdır.
  • 16 avqust 2009: "Rus cəngavərləri" qrupuna məxsus 1 ədəd Su-27 evə çırpılmış və yanmağa başlamışdır. Bu qəza nəticəsində qrup lideri İqor Tkaçenko həlak olmuşdur.
  • 30 avqust 2009: Belarus ordusuna aid Su-27UBM Polşada Radom hava şousunda qəzaya uğramış, hər 2 pilotu həlak olmuşdur.
  • 6 aprel 2011: Rusiya HHQ-nə aid Su-27SM Uzaq Şərqdə Vladivostok şəhəri yaxınlığında təlim atışlarını yerinə yetirərkən qəzaya uğramış, pilot zədəsiz xilas olmuşdur.
  • 28 iyun 2012: Rusiya HHQ-nə aid Su-27UB Kareliyada qəzaya uğramış, hər 2 pilot zədəsiz xilas olmuşdur.
  • 31 mart 2013: Çin HHQ-nə aid Su-27UBK Şanqdonqda təlim atışları tapşırığını yerinə yetirərkən qəzaya uğramış, hər 2 pilot həlak olmuşdur.

Taktiki-texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1 nəfər
  • Uzunluğu: 21.9 m
  • Qanad uzunluğu: 14.7 m
  • Hündürlüyü: 5.92 m
  • Qanad sahəsi: 62 kv.m
  • Boş çəki: 16,380 kq
  • Yüklü çəki: 23,430 kq (56% yanacaqla)
  • Maksimum qalxma ağırlığı: 30,450 kq
  • Daxili yanacaq çəni: 9,400 kq
  • Güc təminatçısı: 2 ədəd Saturn/Lyulka AL-31F mühərrik

Uçuş keyfiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Maksimum sürət: Dəniz səviyyəsində: 1,400 km/s; Yüksəklikdə: Mach 2.35 (2,500 km/s)
  • Məsafə: 3,530 km
  • Uçuş tavanı: 19,000 m
  • Dırmanma sürəti: 300 m/s
  • Qanad yüklənməsi: 377.9 kq/kv.m
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.907
  • Maksimum g-yüklənmə: +9 g

İnkişaf etmiş variantları

[redaktə | mənbəni redaktə et]

Müqayisə olunan qırıcı

[redaktə | mənbəni redaktə et]
  1. Russia Air Force Handbook. World Strategic and Business Information Library. Washington, D.C.: International Business Publications USA. 2009. səh. 167. ISBN 978-1-43874-019-5.
  2. "Sukhoi.org: J-11 отмечает юбилей". 2010-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-25.
  3. "Discovery – F22 vs SU-37". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-22.
  4. "Русские витязи" и "Стрижи" примут участие в параде Победы Arxivləşdirilib 2012-07-05 at the Wayback Machine Rian.ru
  5. Davies 2002, pp. 9–11.
  6. 1 2 3 4 "Фронтовой истребитель Су-27". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.
  7. "К 100-летию Е.А. Иванова, генерального конструктора Машиностроительного завода имени П.О. Сухого в 1977 – 1983 гг". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-22.
  8. 1 2 "Sukhoi.org: СУ-27СК-Историческая справка". 2011-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-22.
  9. "Су-27, Flanker-B (Маргинал)". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-22.
  10. "Sukhoi.org: Су-27СК Вооружение". 2011-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-22.
  11. "АэроХобби, №2,1993". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-20.
  12. ""Сухой" против Ф-15". 2011-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-20.
  13. ""Орел" против "Фланкера"". 2010-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-20.
  14. "Are Indian Fighter Pilots better than US Fighter Pilots?". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-21.
  15. "Летчики ЮВО получат более 40 единиц авиатехники - Еженедельник "Военно-промышленный курьер"". 5 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2015.
  16. Rupprecht, Andreas. "China's 'Flanker' gains momentum. Shenyang J-11 update". Combat Aircraft Monthly. 12 (12). December 2011: 40–42.
  17. "Белоруссия передумала списывать истребители Су-27". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  18. "World Air Forces 2017". Flightglobal Insight. 2017. 29 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2017.
  19. "Монгольские истребители получили первую боевую задачу". asiarussia.ru. 2016-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-21.
  20. "В Монголию прилетела первая партия Су-27". asiarussia.ru. 2016-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-19.
  21. 1 2 Niels Hillebrand. "Su-27 Flanker Operators List". MILAVIA. 11 October 2008. 27 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 October 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]