Suxumi rayonu, Gürcüstanın ayrılmış respublikası olan Abxaziyada yerləşir. Eyni adlı Gürcüstan bələdiyyəsin. Paytaxtı bütün Abxaziyanın paytaxtı olan eyni adlı şəhər Suxumidir. 2011-ci il siyahıyaalınmasına görə rayonun əhalisi 11,531 nəfərdir. Suxumi şəhəri 60 mindən çox əhalisi olan ayrı bir inzibati qurumdur.[1]
Suxumi rayonu | |
---|---|
43°12′00″ şm. e. 41°00′00″ ş. u. | |
Ölkə |
|
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
2011-ci il siyahıyaalınmasına görə, Suxumi Bölgəsinin 11,531 əhalisi var idi.[2] 1939-cu ildə əhalisi (Suxumi şəhəri istisna olmaqla) 77.925 nəfər (onlardan 28,5% -i yunanlar, 26,3% -i gürcülər, 22,6% -i ermənilər, 14,8% -i ruslar, 2,5% -i abxazlar), 1989-cu ildə — 39 516 nəfər (o cümlədən 44,4% — gürcülər, 29,4% — ermənilər, 10,5% — yunanlar, 7,2% — ruslar, 5,1% — abxazlar), 2003-cü ildə — 11 747 nəfər idi.[3]
Lev Avidzba, 2001-ci ilin Mart ayında yerli seçkilərdən sonra 10 May 2001-ci ildə İdarə Başçısı olaraq yenidən təyin edildi.[4]
2 Aprel 2003-cü ildə Prezident Ardzinba Lev Avidzbanı vəzifəsindən azad etdi və Dövlət Təhlükəsizliyi Xidmətinin sədri Zurab Aqumavanı rayon icra başçısı vəzifəsinə təyin etdi.[5] Aqumava 2006-cı ildə Ardzinbanın varisi Serqey Baqapş tərəfindən Hərbi Prokuror təyin olunana qədər bu vəzifədə qaldı.[6]
21 fevral 2007-ci ildə, yerli seçkilərdən əvvəl, Prezident Baqapş, Vladimir Avidzbanın Rayon İdarəsi Başçısı vəzifəsini müvəqqəti olaraq uzatdı.[7][8] Avidzba yenidən seçildikdən sonra 21 Martda daimi olaraq yenidən təyin edildi.
12 İyun 2012-ci ildə Prezident Aleksander Ankvab, Avidzbayı təqaüd yaşına çatdığı üçün işdən azad etdi və uzun müddət dövlət xidmətində olduğu üçün üçüncü dərəcəli Axdz-Apşa ordeni ilə təltif etdi. Eyni gün Ankvab, Avidzbanın varisi olaraq Təhsil Şöbəsinin müdiri Jujuna Biqvavayı təyin etdi.
May 2014 İnqilabından və Raul Xacimbanın Prezident seçilməsindən sonra, 28 oktyabr 2014-cü ildə Biqvavanı vəzifəsindən azad etdi və Beslan Avidzbanı İdarə rəisi vəzifəsinə təyin etdi. Avidzba, 2 iyun 2016-cı ildə yerli seçkilər keçirildikdən sonra daimi olaraq bu vəzifəyə təyin edildi.[9]