Svetlana Zeynalova

Svetlana Aftandil qızı Zeynalova (rus. Светлана Автандиловна Зейналова; 8 may 1977, Moskva, Rusiya SFSR, SSRİ) — Rusiya radioteleviziya aparıcısı, jurnalist İradə Zeynalovanın kiçik bacısı.

Svetlana Zeynalova
rus. Светлана Зейналова
Doğum tarixi (47 yaş)
Doğum yeri Moskva, Rusiya SFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Milliyyəti Azərbaycanlı
İxtisası Psixologiya
Təhsili Moskva Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti televiziya aparıcısı, radioaparıcı[d], İntellektual oyunlar iştirakçısı[d]
Fəaliyyət illəri 2004-cü ildən
Szeynalova.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

8 may 1977-ci ildə Moskvada qarışıq ailədə anadan olub. Atası Aftandil İsabala oğlu əslən azərbaycanlı, anası Qalina Alekseyevna isə rusdur. Svetlana jurnalist İradə Zeynalovanın kiçik bacısıdır.[1]

1994-1997-ci illərdə Lenin adında Moskva Dövlət Pedaqoji Universitetində psixologiya fakültəsində,[2] 1997-2001-ci illərdə isə M.S. Şepkin adına Ali Teatr Məktəbində oxuyub. Öz karyerasına aktrisalıqla başlayıb. Sonralar televiziya və radioda proqramlar aparıb.

2010-cu ilin məlumatına görə, bayramların təşkili üzrə agentliyin sahibidir.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin sentyabr ayına olan məlumata görə, "Radio Maximum"un proqram direktoru Aleksey Qlazatovla evli olub. Bu evlilikdən Aleksandra adlı qızı dünyaya gəlib.[4] 2012-ci ilin oktyabr ayına olan məlumata görə, cütlük boşanıb.[2]

  1. Афанасьева, Елена. "Разное телевидение сестёр Зейналовых". Радиостанция «Эхо Москвы». 2011-08-14. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  2. 1 2 Светлана Зейналова: Я за веселые новости Arxivləşdirilib 2019-03-24 at the Wayback Machine на сайте dni.ru, 23 октября 2012
  3. «Наше Радио» представило новое утреннее шоу с экс-ведущей радио «Максимум» Arxivləşdirilib 2011-12-29 at the Wayback Machine, daymusic.ru, 6 сентября 2010
  4. Светлана Зейналова: «У меня ещё мало детей, и я не всего добилась», 1tv.ru, 3 сентября 2011

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]