Tükəzban İsmayılova

İsmayılova Tükəzban Məhərrəm qızı (21 dekabr 1923, Bakı24 mart 2008, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycanın xalq artisti (1993), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordeni laureatı.

Tükəzban İsmayılova
Tükəzban Məhərrəm qızı İsmayılova
Tükəzban Məhərrəm qızı İsmayılova
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri
Dəfn yeri II Fəxri Xiyaban
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1942–2008
Janrlar muğam, təsnif, bəstəkar əsərləri və xalq mahnıları
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1993 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1967
"Şöhrət" ordeni — 1998 "Əməkdə fərqlənməyə görə" medalı — 1959

Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlamışdır. O, 1939–1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır. Əmək fəaliyyətinə ilk əvvələr İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər vermişdir daha sonra 1944-cü ildə Azərbaycan Radio Komitəsinin xor kollektivində müğənni kimi başlayan(1946–1949) Tükəzban İsmayılova 1948–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur(1939–1946, 1949–1978).

Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (1978–2008) solisti olmuşdur.1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir. Milli musiqimizin böyük sənətkarlar nəslinin nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olmuşdur. Repertuarında muğam, təsnif, xalq mahnıları ("Kürdün gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" və s.) və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutur. Onun özünəməxsus üslubda oxuduğu "Qatar", "Xaric segah", "Şahnaz", digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirmişdir. Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olmuşdur. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılmışdır.

Tükəzban İsmayılova dünyanın bir çox ölkələrinə (Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s.) qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. O, respublikamızda gənc xanəndələr nəslinin yetişdirilməsində də öz qüvvəsini əsirgəməmişdir. Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini öz həyat yoldaşı, onu tarda müşayiət edən Azərbaycanın xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırmışdır.

1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir.

2008-ci il mart ayının 24-də Bakıda vəfat etmişdir.məzarı II Fəxri Xiyabandadır.

  1. Muğənni T. M. İsmayılovaya "Azərbaycan Respublikasının xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan Respublikası Prezidentinin Fərmanları.- Bakı, 1993.- S. 55.
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]