İlhamə Quliyeva

İlhamə Məzahir qızı Quliyeva (17 avqust 1943, Lənkəran25 fevral 2016, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), Dağıstan Respublikasının xalq artisti (2008).

İlhamə Quliyeva
Ümumi məlumatlar
Ləqəbi Primadonna
Doğum tarixi 17 avqust 1943(1943-08-17)
Doğum yeri
Vəfat tarixi 25 fevral 2016(2016-02-25) (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti aktrisa, müğənni
Fəaliyyət illəri 1965-ci ildən
Təhsili
Mükafatları "Şərəf" ordeni — 2013 "Şöhrət" ordeni — 2002
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1998 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982 Dağıstan Respublikasının xalq artisti — 2008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olmuşdur.[1][2]

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olmuşdur. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olmuşdur.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat etmişdir.[3] 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur[4][5]. Anası Azərbaycan müğənnisi Azərbaycan Respublikasının xalq artisti Tükəzban İsmayılova.

İlhamə Quliyeva XX əsrin 80-ci illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o hətta həyat yoldaşının soyadını — Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub, lakin İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub yenidən Quliyeva soyadına qayıdıb.[6]

Orxan Nadirov adlı bir oğul övladı var idi.[7]

Diskoqrafiyası[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlhamə Quliyevanın ölümü ilə bağlı nekroloq imzalandı". 2016-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-19.
  2. Nekroloq Arxivləşdirilib 2016-02-26 at the Wayback Machine. azertag.az, 25.02.2016  (az.)
  3. "İlhamə Quliyeva vəfat etdi". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-25.
  4. "İlhamə Quliyevanın təltif sənədlərində ata adı niyə fərqli olub?". 2017-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-20.
  5. "Atasının kimliyi barədə İ.Quliyevanın Atv-Maqazinə açıqlaması". 2015-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.
  6. "Şou-biznesimizin boşanmış tanınmışları". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-06.
  7. "Prokurorluqdan İlhamənin ölümü ilə bağlı - Rəsmi açıqlama" (az.). Day.Az. 26 февраля 2016. 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2016.
  8. İlhamə Quliyevaya "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli, 712 nömrəli Fərmanı Arxivləşdirilib 9 iyul 2021 at the Wayback Machine.  (az.)
  9. İ. M. Quliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli, 756 nömrəli Fərmanı.  (az.)
  10. "İ.M. Quliyevanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.