Tükcüklü üskükotu

Tükcüklü üskükotu (lat. Digitalis lanata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü.

Tükcüklü üskükotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik və ya ikiillik ot bitkisi olub, hündürlüyü 50–80 sm-ə bərabərdir. Birinci il çətiri, kökətrafı neştərşəkilli yarpaqları, ikinci il isə düzqalxan gövdəsi – aşağı hissəsindəki çılpaq, yuxarı hissəsində isə sıx, qalın tükcüklü budaqları inkişaf edir. Kökətrafı və gövdənin neştərşəkilli aşağı yarpaqları, tükcüklü bütövkənarlı, uzunluğu 6–12 sm, eni isə 1,5–3,5 sm olub, yuxarı yarpaqları oturaq, neştərşəkilli, zirvəsi itiuclu, tədricən azalaraq çiçək altlığına keçir. Zirvədəki çiçək fırçası uzun, çoxtərəfli, çox qalın və sıxdır. Çiçək tacının uzunluğu 20–30 mm, şarşəkilli, orta ölçülü qanadlı, aşağı dodağı kürəyəbənzərdir. Çiçəyi qonur-sarı rəngdən, göyümtül rəngə qədər olmaqla, damarlıdır. Kasacığı zəngşəkilli və 5 bölümlüdür.

Yarpaqları kip, dolğun, azacıq dəricikli, uzunsov-neştərşəkilli, küt və ya itiuclu, adətən kənarlı, az tükcüklü və ya xırda dişcikli, aydın görünən iri damarının uzunluğu 6–12(20) sm, eni isə 1,5–3,5 sm-dir. Yarpaqların yuxarı hissəsi çılpaq, parlaq, yaşıl rəngli, aşağı hissəsi isə açıq-yaşıl, sarımtıl-qonur damarlı, əsası isə qırmızımtıl-bənövşəyi rənglidir. Özünəməxsus zəif iylidir.

İnkişafının birinci ilində yarpaqları və çətiri, ikinci ilində isə çiçəkləmə dövrünə qədər 2–3 dəfə toplanılır. Toplanılmış xammalın qurudulması quruducu şkafda 50–60оС temperaturda aparılır.

Tibbi məqsədlə Şimalı Qafqaz, Ukrayna vəMoldaviya ölkələrində becərilir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Yarpaqlarının tərkibindəürək qlükozidləri: başlıca olaraq lantozid A, B, C olur. Ən çox rast gəlinən təbii qlükozid – lantozid (digilanidlər), qlükoza və asetil qrupu, ikinci rast gəlinən qlükozidlər digitoksin, gitoksin və diqoksindir. Az miqdarda qlükozid lantozid D, lantozid E və strospezidə rast gəlinir. Toxum və yarpaqlarında steroid tərkibli saponinlər də vardır. Ürək xəstəliklərində təyin edilir.

Bütün orqanları istifadə olunur. Xammalı yarpaq və çiçəkləri hesab olunur. Inkişafinın birinci ilində çoxillik mədəni bitki olan tüklü üskükotunun yarpaqlarının tərkibində selanid, abisin və lantozid vardır.

Diqoksin (Lanikor, Novodigal), inyeksiya üçün 0,025%; həbləri 0,00025 və 0,0001q. Kardiotonik qlükoziddir.

Selanid (İzolanid, Lantozid C), həbləri 0,00025q, inyeksiya üçün 0,02%. Kardiotonik qlükoziddir.

Lantozid C, damcı. Kardiotonik qlükoziddir.

Medilazid həbləri 0,0001q. Sintetik yolla alınır. Kardiotonik qlükoziddir.

Zəhərli bitkidir. Bütün orqanlarında ürək qlükozidləri vardır. Yarpaqlarında purpurea A qlükozidi, digilanid A, digilanid B, a və b asetildigitoksin, digitoksin, lantozid, gitozid, gitorin, qlükoza, aqlikon, yarpaq və toxumlarında steroid saroninlər (digitonin, digitonin, tigonin), flavonoidlər (lyuteolin və onun qlükozidi), kofein, xolin maddələri tapılmışdır. II və III dərəcəli qan dövranı pozğünluqlarında və hipertoniya xəstəliyində işlədilir. Ödemlərdə diurezi artırır, ürək əzələsini möhkəmləndirir. Artıq qəbul etdikdə kumulyasiya törədir, qusma, ürəkdöyünmə (aritmiya) yaradır. Hətta ürək dayanmasına və ölümə səbəb ola bilər. Yarpaqları keyfiyyətli ürək (kardiotonik) dərmanlarıdır. Xammaldan aşağıdakı preparatlar – selanid, digitoksin, gitoksin, asetil diqoksin, yeni Qalen preparatı olan lantozid alınır. Bu preparatlar xroniki ürək-damar çatmamazlığının I dərəcəsində aritmiya, paroksizmal taxikardiyalarda və ürək ritminin digər pozğunluqlarında müvəffəqiyyətlə işlədilir. Bu bitkinin kumulyativ təsiri olduğundan müalicə ixtisaslı həkim nəzarəti altinda aparılmalıdır.