Tükcüklü yağıotu

Tükcüklü yağıotu (lat. Epilobium hirsutum)[2]yağıotu cinsinə aid bitki növü.[3]

Tükcüklü yağıotu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tükcüklü yağıotu
Beynəlxalq elmi adı

Hündürlüyü 50-150 sm, gövdəsi düz, çox budaqlanmış, aşağı hissədə az tilli, yuxarı hissədə dəyirmidir, uzun bizvari tüklərlə örtülü olan çoxillik ot bitkisidir. Payızda uzun, qalın, pulcuğabənzər yarpaqları olan lətli budaqlar əmələ gətirən qalın kökümsovu vardır.[4]

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları (təpə yarpaqlarından başqa) qarşı-qarşıya düzülmüşdür, oturaqdır, uzunsov və ya uzunsov neştərvaridir, gövdənin həcmini artırandır, sivri dişlidir, dişcikləri qabağa əyilmişdir, hər iki tərəfdən uzun nazik tüklərlə örtülmüş və uzunluğu 3-12 sm, eni isə 1-3 smdir.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri təkdir, yuxarı yarpaqların qoltuğunda yerləşmişdir. Tac enli qıfşəkillidir, alqırmızı rəngdədir, iridir; ləçəkləri dəyirmi əksinə yumurtaşəkilli olub, iki bölümlüdür, uzunluğu 10-18 mm-dir, eni də eyni ölçüdədir.

Meyvə[redaktə | mənbəni redaktə et]

Qutucuq qismən tüklüdür, uzunluğu 4-8 (10) sm, eni 2 mm-ə qədərdir. Toxumları qonur rəngli olub, üzərində sıx məməciklər yerləşmiş, təpə hissədə dəyirmi, aşağıya doğru isə daralmış formadadır, uzunluğu 2,5 mm, eni 0,5 mm-dir.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

İyun-sentyabr.

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

İyul-oktyabr.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Bataqlıqlarda, çayların, arxların sahilində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Balverən bitkidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 347.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

Həmçinin bax[redaktə | mənbəni redaktə et]