Tüklü böyürtkən

Tüklü böyürtkən (lat. Rubus tomentosus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Tüklü böyürtkən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Avopada, Orta Balkan yarımadasında, Kiçik Asiyada və İranda geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Birillik, budaqları qövsvarı əyilmiş, tilli, üzəri yatıq keçətüklü, az halda tüksüz, müxtəlif formalı tikanlı koldur. Çiçək oxu düz yönəlmiş, çökək, az tikanlıdır. Çiçək qrupu sıx, uzunsov, çoxçiçəkli salxımdır. Kasayarpağı kül rəngli boz keçətüklü, aşağıya yönəlmişdir. Meyvəsi uzunsov şar formalı, bir qədər qurudur. İyun-avqust aylarında çiçəkləyir və meyvə verir.

Çay kənarlarında rütubətli yerlərdə bitir. İstiyə, soyuğa davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Talış bölgəsində təbii halda rast gəlinir.

Dərman bitkisidir. Yeyintidə istifadə edilir.