Tüp Canköy (krımtat. Tüp Canköy) — Krımın şimal-şərqində yerləşən yarımada. İnzibati cəhətdən Krım Muxtar Respublikasının Canköy rayonu ərazisinə daxildir.
Tüp Canköy yarımadası | |
---|---|
Yerləşməsi | |
45°54′43″ şm. e. 34°29′45″ ş. u. | |
Akvatoriya | Azov dənizi |
Ölkə | Ukrayna |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımadanın səthi hamardır. Canköydən şimal-şərqdə Sivaş körfəzinə doğru uzanır. Cənubdan şimala uzanır[1]. Tüp-Tərxan yarımadasından Roqaçinski körfəzi ilə ayrılır. Onun uzunluğu 20 km, eni 2-4 km arasında dəyişir[2]. Maksimal hündürlük 18,6 metrdir.
Yarımadada yerləşən yaşayış məntəqələri: Ermakovoe[3] (1945-ci ilə qədər - Totou), Medvedevka, Turqenev və Peredmestnoe. Yarımadada yerləşən keçmiş yaşayış məntəqələri:Candevlet, Yeni Bukeş, Kamkalı və Mixaylovka[4]