Türk-Yapon Elm və Texnologiya Universiteti — 18 iyun 2017-ci ildə Türkiyənin İstanbul şəhərində qurulmuş dövlət universiteti.[1]
Türk-Yapon Elm və Texnologiya Universiteti | |
---|---|
Əsası qoyulub | 2017 |
Ölkə |
Universitet İstanbul Sənaye Məhəlləsi, Texnopark Bulvarı yaxınlığında yerləşir.[2]
20 noyabr 2021-ci ildə Bəkir Sami Yılbaş universitetin qurucu rektoru təyin edilmişdir.[3]
Türkiyə-Yaponiya Elm və Texnologiya Universitetinin kampusu müasir avadanlıqlarla təchiz olunub. Tələbələr üçün laboratoriyalar, kitabxanalar, yataqxanalar, idman zalları, tələbə klubları və ictimai fəaliyyətlər üçün otaqlar təklif olunur. Bundan əlavə, universitet tələbələrin iş həyatına hazırlanması üçün təcrübə və iş imkanları yaradır.
Universitetin məqsədi Türkiyənin elm və texnologiya sahəsində inkişafına töhfə vermək, Yaponiyanın texnoloji biliklərini Türkiyə ilə bölüşmək və Türkiyə-Yaponiya əlaqələrini gücləndirməkdir.[4]
Yapon texnologiyası ilə Türkiyənin akademik gücünü birləşdirən universitet tələbələrə beynəlxalq səviyyədə rəqabət aparmağa kömək edir.[4]
Türk-Yapon Elm və Texnologiya Universiteti tələbələrə bakalavr və magistr proqramları təklif edir.
Tədqiqat və təhsil də daxil olmaqla 6 əsas proqramı TJU-nin prioritet sahələri kimi müəyyən edilmişdir:[5]
Bunlardan 2-si (1 və 2) prioritet sahələr kimi müəyyən edilmişdir.