Türk Dövlətləri Təşkilatının bayrağı – Türk Dövlətləri Təşkilatı tərəfindən istifadə olunan bayraq.[1]
Türk Dövlətləri Təşkilatının bayrağı | |
---|---|
Təfərrüatlar | |
Vikianbarda əlaqəli mediafayllar |
22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının II Zirvə görüşündə qəbul edilmişdir[2]. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır.[3]
Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.[4]