Qazaxıstanın bayrağı və ya Qazax bayrağı (qaz. Қазақстан туы) 4 iyun 1992-ci ildə qəbul edilərək Qazaxıstan Sovet Sosialist Respublikasının bayrağını əvəz etmişdir. Bayraq Şaken Niyazbəyov tərəfindən hazırlanmışdır.
Qazaxıstan | |
---|---|
Təfərrüatlar | |
Ləqəb | Қазақстан Республикасының мемлекеттік туы |
Proporsiya | 1:2 |
Dizayn | Mavi rəngli for üzərində yüksələn qızılı rəngli çöl qartalı və onun yuxarısında 32 şüası olan qızılı günəş. Qaldırıldığı tərəfdə qızılı rəngdə "koshkar-muiz" (qoç buynuzu) adlı milli naxış |
Dizayner | Şaken Niyazbəyov |
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxıstan Respublikasının dövlət bayrağı səma mavisi rəngli fon üstündə ucalan qızılı çöl qartalı və onun üzərindəki 32 şüalı qızıl günəşə malikdir. Bayrağın qaldırıldığı tərəfdə qızılı rəngdə "koshkar-muiz" (qoç buynuzu) adlanan milli naxış var. Mavi rəng türk xalqları üçün dini əhəmiyyət daşıyır və beləliklə mədəni və etnik birliyi simvollaşdırır. Bu rəng su ilə yanaşı sonsuz səmanı da təmsil edir. Həyat və enerji mənbəyi olan günəş isə zənginliyi və yüksəkliyi təmsil edir. Günəş şüaları bolluq və rifahın simvolu olan taxıl formasındadır. Qartal isə əsrlər boyu Qazax tayfalarının bayraqlarında peyda olaraq azadlığı, gücü və gələcəyə uçuşu təmsil etmişdir. Bayrağın ölçü nisbəti 1:2 kimidir.[1]
Rənglər |
Mavi | Sarı |
---|---|---|
RAL | 5012 | 1021 |
CMYK | 100-13-0-20 | 0-22-98-0 |
HEX | #00B1CB | #FEC604 |
RGB | 0–177-203 | 254–198-4 |
Bayrqadakı qızılı və mavi rənglər müvafiq olaraq keçmiş sovet bayrağındakı çəkic-oraqdan və bayrağın altındakı mavi zolaqdan miras qalımışdır. Kənardakı naxış isə köhnə xanlığın və qazax xalqının sənət və mədəniyyət ənənələrini təmsil edir. Mavi rəngli fon günümüzdəki əhalini təşkil edən qazax, tatar, uyğur və özbək kimi müxtəlif türk xalqları da daxil olmaqla qazax xalqının barışığını, azadlığını, mədəni və etnik birliyini simvollaşdırır. Günəş həyat və enerji mənbəyini təmsil edir. Bu, həm də sərvət və bolluğun simvoludur; günəş şüaları bolluq və firavanlığı təmsiil edən taxıl formasındadır.
Qızılı rəngli qartal yüzillər boyu qazax qəbilələrinin bayraqlarında mövcud olmuşdir. Qartal dövlətin gücünü simvollaşdırır. Müasir Qazax milləti üçün qartal həm də müstəqillik, azadlıq və gələcəyə uçuş simvoludur.[2]