Türk Hava Yolları reys 278, 29 dekabr 1994-cü il tarixində Ankara-Van uçuşunu həyata keçirən Boeing 737 tipli Mersin adlı Türk Hava Yolları (THY) təyyarəsinin dumanlı havada və qar yağmasına baxmayaraq Fərid Melən Beynəlxalq Havalimanına enməyi planlayarkən, son alçalışlarında təpələrə toqquşması ilə nəticələnən aviasiya olayı. Bu hadisə bir Boeing 737 tipli təyyarənin Türk Hava Yolları tarixindəki ən böyük aviasiya olayı sayılır.[2]
Türk Hava Yolları reys 278 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza növü | Pilot səhvi. |
Yer | Fərid Melən Beynəlxalq Havalimanı yaxınlığında, Van, Türkiyə |
Koordinatlar | 28°24′00″ şm. e. 43°13′48″ ş. u.HGYO |
Ölkə | |
Sərnişin sayı | 76 |
Komanda | 7 |
Yaralı sayı | 19 |
Ölü sayı | 57 |
Təyyarə | |
Təyyarə modeli | Boeing 737-4Y0 |
Havayolu şirkəti | Türk Hava Yolları |
Qalxma yeri | Əsənboğa Beynəlxalq Hava Limanı, Ankara, Türkiyə |
Uçuş nömrəsi | 278 |
Qeydiyyat nömrəsi | TC-JES[1] |
29 dekabr 1994-cü il tarixində Boeing 737-400 tipli Mersin adlı THY təyyarəsi Ankara-Van səfərini zamanı 7 ekipaj üzvü və 69 sərnişin ilə saat 13:52-də Əsənboğa Beynəlxalq Hava Limanından havalanmışdı. Duman və qar səbibi ilə görüş məsafəsinin azalması və enişin riskli hala gəlməsiylə Van Hava yol idarəsinin etdiyi Ankaraya dönmə çağırışı kapitan pilot Adəm Uygun tərəfindən rədd edilmişdi. Qərarında israrlı olan kapitan pilot Adəm Uygun iki eniş sınağından sonra üçüncü dəfə cəhd etmiş və ən son saat 15:30-da təyyarə Vana 13 km məsafədə yerləşən Qala Təpəsi ilə toqquşmuşdu.[3]