C130 İran təyyarəsinin vurulması — 17 mart 1994-cü ildə İran HHQ-sinə məxsus içərisində İran diplomatları və onların ailə üzvləri olan C-130 hərbi-nəqliyyat təyyarəsinin erməni ordusu tərəfindən[1] Dağlıq Qarabağ üzərində, Xankəndi şəhərinin yaxınlığında vurulması.
C-130 İran təyyarəsinin vurulması | |
---|---|
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza səbəbi | partladılılma |
Yer | Ballıca, Xankəndi yaxınlığı |
Sərnişin sayı | 19 |
Komanda | 13 |
Ölü sayı | 32 |
Təyyarə | |
Təyyarə modeli | C-130 Hercules |
Qalxma yeri | Moskva |
İstiqamət | Tehran, Mehrabad Beynəlxalq Hava Limanı |
İçərisində İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olan təyyarə Novruz bayramı münasibətilə Tehrana tərəf yönəlmişdi[1][2][3][4].
Ermənistanın Xarici İşlər nazirinin birinci müavini Jirayr Libaridyan mətbuat konfransında bildirdi ki, təyyarə Rusiya, Gürcüstan və Ermənistan vasitəsilə İrana getməli idi. Ancaq o təxminən 100 km şərqə yönələrək, Gürcüstanın hava sərhədini tərk edib, Azərbaycanın hava sərhədinə aid olan Dağlıq Qarabağa daxil olmuşdur[5] və burada da Ermənistan ordusu tərəfindən məhv edilmişdir.
Moskvadakı İran səfirliyindən bildirildi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər — daha dəqiq 9-u uşaq daxil olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olmuşdur[5]. Qəza zamanı həlak olmuş iran vətəndaşlarının qalıqlarları Ermənistana gətirilmiş və İrəvanın Zvartnos Beynəlxalq aeroportundan Tehrana göndərilmişdir. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Artünyan və Ermənistanın baş nazirin müavini Viqen Çiteçyan iştirak etmişdir.
Faciə şəraitinin müəyyənləşdirilməsi üçün İran HHQ-si xüsusi komissiyasını yaratmışdır. Komissiyasının rəhbəri Abdat Aminian faciə ilə bağlı Ermənistanın vitse-prezidenti Qaqik Artünyanın irəli sürdüyü "təyyarə havada idarəetmənı itirərək yerə çırpılıb" versiyasını rədd etmişdir. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirdi ki, "təyyarə naməlum səbəblərdən istiqamətini dəyişdikdən sonra havada partladılmışdır"[6]. Aminian bildirdi ki, təyyarə erməni silahlı qruplaşmaları tərəfindən buraxılmış iki raketlə məhv edilmişdir və onu da qeyd etdi ki, erməni tərəfi hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməmişdir. O, bildirdi ki, onun qoşunları təyyarəni Azərbaycan üçün qəbul etmişdir və hətta onun nasaz ləvazimatının müəyyənləşdirilməsi üçün ekipajla əlaqə qurmağa çalışmırdı.[7].
İran Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı HHQ-nın xüsusi komissiyasının işinin nəticələri haqqında rəsmi bəyanatında bildirilir ki, təyyarənin vurulmasında erməni tərəfi məsuliyyət daşıyır. Bəyanatda qeyd edilirdi ki, "İranın qəza qurbanları üçün kompensasiya almaq hüququ var və erməni rəhbərliyini təyyarənin məhv edilməsi ilə bağlı günahkarların tapılması və cəzalandırmasına çağırır[8]".
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran tərəfinə qəza günündə kəşfiyyat dəstələri tərəfindən qeydə alınmış radiodanışıqları təqdim etmişdir. Bu danışıqların birində belə qeyd edilirdi: "Biz indi Azərbaycan hərbi təyyarəsini vurduq[9]". Azərbaycanın kəşfiyyatı hesab edir ki, təyyarə "Osa" avtomatik tuşlanan raketləri ilə vurulmuşdur. Bəzi Rusiya ekspertləri fərz edir ki, İran təyyarəsi kəşfiyyat missiyası icra edilməsi üçün havaya qalxmışdı[10], ancaq İranın Xarici İşlər Nazirliyi bu fərziyyələri rədd etmişdir[11].