Türk Hava Yolları reys 301, Türk Hava Yollarına məxsus təyyarənin İzmirdə yaşadığı aviasiya olayı.
Türk Hava Yolları reys 301 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix | |
Qəza növü | Atmosfer buzlaşması, İdarənin itirilməsi |
Yer | Menderes, İzmir, Türkiyə |
Koordinatlar | 38°17′21″ şm. e. 27°09′18″ ş. u. |
Ölkə | |
Sərnişin sayı | 68 |
Komanda | 5 |
Yaralı sayı | 7 |
Ölü sayı | 66 |
Təyyarə | |
Təyyarə modeli | Fokker F28-1000 Fellowship |
Havayolu şirkəti | Türk Hava Yolları |
Qalxma yeri | Adnan Menderes Hava Limanı, İzmir, Türkiyə |
İstiqamət | Atatürk Beynəlxalq Hava Limanı |
Uçuş nömrəsi | 301 |
Qeydiyyat nömrəsi | TC-JAO |
1974-cü ildə Türk Hava Yolları firması İzmir Cumaovası Havalimanından İstanbul Yeşilköy Havalimanına nəzərdə tutulan reys zamanı Fokker F-28-1000 modelli, Van adlı sərnişin təyyarəsi ilə İzmirdə faciəvi qəzadan qaça bilməmişdir.[1] Təyyarə, havalanma cəhdi zamanı ləngərləyərək uçuş ərazisindən çıxmış və partamışdır. Mütəxəssislərin fikrincə təyyarənin rahat qalxa bilməməsinə səbəb qanadlarının şaxtadan donması idi.[2][3] Lakin qəzadan 16 il sonra, həmin dövrün nəqliyyat naziri olan Fərda Güley, pilotların təyyarəni idarə etdikləri zaman alkoqollu içki qəbul etdikləri həqiqətini ictimaiyyətdən gizlətdiyini etiraf etmişdi.[4]
Təyyarədə qəza zamanı 5 ekipaj üzvü və 68 sərnişin vardı. Dörd ekipaj üzvü və 62 sərnişin qəza nəticəsində həyatlarını itirmiş, bir ekipaj üzvü və altı sırnişin isə bu fəciəvi qəzada sağ qala bilmişlər.[2]