An-2 qəzası — 11 may 1974-cü ildə baş vermiş təyyarə qəzası.[1]
An-2 qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | |
Yer | Qax—Zaqatala |
Sərnişin sayı | 7 |
Komanda | 1 |
Yaralı sayı | 0 |
Ölü sayı | 8 |
Təyyarə | |
Təyyarə modeli | An-2 |
Qalxma yeri | Qax, Azərbaycan SSR |
İstiqamət | Zaqatala |
Qax–Zaqatala bölgəsində aviasiya-kimya işləri həyata keçirən An-2 təyyarəsinin komandiri Vitali Qavrilov həmin gün axşamçağı Qax aeroportunun uçuş zolağında işçilərlə və aeroporta icazəsiz daxil olan yerli sakinlərlə birlikdə içki məclisi təşkil etmişdir.[1] Bundan sonra isə gəzmək məqsədilə idarə etdiyi An-2 təyyarəsinə minərək Zaqatala rayonuna gedirlər.[1] Oradan Qax aeroportuna qayıdan zaman gecə olmasına görə və içkinin təsiri ilə pilot Vitali Qavrilov təyyarəni yerə çırpmışdır.[1] Nəticədə özü də daxil olmaq 8 nəfər yerindəcə həlak olmuşdur.[1]