Türk dünyasının mədəniyyət paytaxtları

Asiya xəritəsində Türk dünyası mədəniyyət paytaxtlarının yeri.
  Əvvəlki paytaxtlar
  Hazırkı paytaxt
  Növbəti paytaxt

Türk dünyasının mədəniyyət paytaxtı — TÜRKSOY-un təşəbbüsü ilə türkdilli dövlət, yaxud regionların şəhərlərindən hər il birinin Türk dünyasının mədəniyyət mərkəzi seçilməsi. Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində Türk dünyasının mədəni tədbirləri keçirilir.

TÜRKSOY-un üzv-şəhərlərindən hər il birinin illik olaraq Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar 2010-cu ildə türkdilli ölkə başçılarının X sammitində qəbul olunmuşdur.

Türk dünyasının birinci mədəniyyət paytaxtı 2012-ci ildə TÜRKSOY şurası tərəfindən Qazaxıstan paytaxtı Astana seçilmişdir[1][2]. Daha sonra , Kazan, Marı[3], Şəki[4]Türkistan[5] şəhərləri də növbə ilə Türk dünyasının mədəniyyət paytaxtları seçilib.

Türk dünyasının mədəniyyət paytaxtlarının siyahısı[redaktə | mənbəni redaktə et]

İl Şəhər Ölkə/Region
2012 Astana  Qazaxıstan
2014 Kazan  Tatarıstan
2015 Marı  Türkmənistan
2016 Şəki  Azərbaycan
2017 Türkistan  Qazaxıstan

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Astana to be Culture Capital of Turkic World - World Bulletin". World Bulletin. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-22.
  2. "Türk Dili Konusan Ülkeler Isbirligi Konseyi - "2012 ASTANA TÜRK DÜNYASI KÜLTÜR BAŞKENTİ" açılış töreni yapıldı". 2012-10-24. Archived from the original on 2012-10-24. İstifadə tarixi: 2016-12-22.
  3. "Turkmenistan's city of Mary declared cultural capital of Turkic world for 2015 | Turkmenistan.ru". www.turkmenistan.ru. 2018-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-22.
  4. turksoy.org. "2016 Türk Dünyası Kültür Başkenti: Şeki :: TÜRKSOY". www.turksoy.org. 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-22.
  5. "Türk dünyasının 2017 kültür başkenti Türkistan oldu + Avrasya’dan + Haber + TRT Avaz" (türk). TRT Avaz. 2016-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-22.