Türk dərnəyi

Türk dərnəyi (türk. Türk Derneği) — İkinci Məşrutiyyətin elanından sonra İstanbulda qurulmuş dərnək. Osmanlı imperiyasında ilk milliyətçi quruluş olaraq qəbul edilir.[1]

25 dekabr 1908-ci ildə qurulan dərnəyin qurucuları arasında Nəcib Asim bəy, Əhməd Midhət, Əhməd Hikmət bəy, Rza Tofiq Bölükbaşı, Bursalı Mehmet Tahir bəy, Vələd Çələbi, Yusif Akçura, Fuad Raif bəy və Əmrullah Əfəndi yer almışdır. Dərnək, kurs və konfranslar təşkil etmiş, öz adı ilə bir dərgi də çıxarmışdır.

Dərnəyin məqsədi 1909-cu ildə çıxarılan “Türk dili” dərgisində açıqlanmışdır. Məqsəd “ Türk adı ilə anılan bütün tayfaların keçmişi, halı və əsərlərini öyrənmək və öyrətməktir.” Üzvləri dil və mədəniyyət arasındakı əlaqəni başa düşən dərnək, dildə sadələşdirmə aparmaq üçün çalışmışdır.[2]

Bu cəmiyyətin damı altında rus elm adamı Qordlevski, Karaçun Əfəndi, alman elm adamı Martin Hartmann ilə türkçü yazıçılardan İsmayıl Qaspıralı, Əli bəy Hüseynzadə, Mehmed Əmin Yurdaqul, Köprülüzadə Mehmet Fuad bəy, İspartalı Haqqı bəy, Hüseyn Cahid bəy, Xalid Ziya Uşaklıgil və erməni məbuslardan Aqop Boyacıyan və Tıngır əfəndilər də vardı.[1]

Dərnəyin aylıq yayım orqanı öz adını daşıyan "Türk Derneği Dergisi" idi. Dərgi 1911-ci ildə 6, 1912-ci ildə isə 1 say olmaqla, toplamda 7 sayı buraxıldıqdan sonra bağlanmışdır. Dərgidə türk tarixi və Osmanlı cəmiyyəti haqqında yazılmış məqalələr dərc olunmuşdu. Məqalələrdə əsas olaraq dil problemi ələ alınmışdır.

Dərnək 1912-ci ilə qədər fəaliyyət göstərdikdən sonra dağıldı. Qalan üzvləri isə yeni qurulmuş “Türk Yurdu” adlı cəmiyyətə qatıldı. "Türk Ocağı" cəmiyyəti qurulduğunda "Türk Yurdu" üzvləri olaraq oraya köçürüldülər.

  1. 1 2 "Türk Yurdu web sitesi tarihçe sayfası" (türk). 18 yanvar 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2011.
  2. Atilla Özkırımlı, Çağdaş Türk Edebiyatı, Anadolu Üniversitesi 1993