Türkistan Milli Muxtar Hökuməti (1917–1918) —
Türkistan muxtariyyəti | |||
---|---|---|---|
| |||
Rəsmi dilləri | |||
Paytaxt | Kokand | ||
İdarəetmə forması | Yarı prezident respublikası |
1905-ci ildə Daşkənddə Mustafa Çokay adlı bir qazağın liderliyi ilə, türk-müsəlman xalqların qatıldığı Türkistan Müsəlman Şurası təşkil edildi. Daşkənddə təşkil edilən Türkistan müsəlmanları konqresində, Türk bölgələrin soylu ailələrdən gələn özbək, tatar, qazaq, qırğız, türkmən və başqırd liderləri Türkistan Müsəlman Şurası altında birləşdi. Bu hərəkata türk ziyalıları da qoşulmuşdur.
Türkistan Müsəlman Şurası üç əhəmiyyətli qərar qəbul etmişdir:
Türk xalqları üç alt bölgədə mübarizə qərarı almışdır
Şura, bu üç bölgə müstəqil olduqdan sonra daha irəlidə Birləşmiş Türkistan Milli Dövləti adı altında birləşməyi nəzərdə tutmuşdur.
Türkistan Milli Muxtar Hükuməti, 1917-ci ildə də rus inqilabının meydana gəldiyi dövrlərdə köhnə Hive, Hokant və Buxara xanlıqlarının torpaqlarının üzərində müstəqilliyini elan etmiş və irəlidə digər iki türk bölgəsi (Alaş Bölgəsi və İtələnil-Ural) ilə birləşməyi nəzərdə tutmuşdur. Türkistan hökuməti Mustafa Çokayev tərəfindən qurulmuşdu və məclis Hive, Kokand və Buxara xalqlarının nümayəndələrindən meydana təşkil olunmuşdur. Hokantı paytaxt olaraq seçən Türkistan müstəqilliyini elan edəndən sonra, Rusiya, Daşkənddəki qüvvələrini dərhal Hokant üzərinə yönəltdi və Hokantdakı yeni hökumətini yıxmağa çalışdı. Qısa bir müddət sonra, Buxara və Hive torpaqları üzərində qurulan yarımüstəqil dövlət ortadan qaldırıldı. Müstəqillik uğrunda basmaçı üsyanlarına başlandı və 1924-cü ilə qədər davam etdi.
Türkistan hökuməti torpaqlarında 1918-ci ildə Türkistan Muxtar Sovet Sosialist Respublikası qurulmuşdur.