Türkiyə–Bolqarıstan sərhədi

Türkiyə–Bolqarıstan sərhədi — Bolqarıstan Respublikası ilə Türkiyə Respublikası arasında 269 km (167 mil) uzunluğundakı beynəlxalq sərhəd. 1878-ci ildə San-Stefano sülh müqaviləsi ilə Osmanlı İmperiyası daxilində daxili sərhəd olaraq qurulur. Mövcud sərhədlər İstanbul müqaviləsi (1913) və Bolqarıstan-Osmanlı konvensiyası (1915) ilə müəyyən edilir. Sərhəd sonda Lozanna müqaviləsi (1923) ilə bir daha təsdiqlənir, halbuki Bolqarıstan əvvəllər Türkiyə ilə sərhədinin Bolqarıstan-Osmanlı konvensiyası ilə dəyişdirilmiş hissəsini Yunanıstana verdiyinə görə ikinci müqavilədə iştirak etməmişdir.

Türkiyə–Bolqarıstan sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 259 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərhəd səddi

[redaktə | mənbəni redaktə et]

Avropa miqrant böhranına cavab olaraq Bolqarıstan qanunsuz keçid axınının qarşısını almaq üçün sərhəd səddi qurur. 2016-cı ilin iyun ayından etibarən planlanan 166 kilometr (103 mil) baryerdən təqribən 146 kilometri (91 mil) inşa edilir[1].

2014-cü ilin yanvarında Bolqarıstan Orta Şərq və Şimali Afrikadan gələn miqrant dalğasınının qarşısını almaq üçün Türkiyə ilə sərhəd boyunca 30 km (19 mil) uzunluğunda bir təhlükəsizlik hasarının inşasına başlayır. 10 ft (3.0 m) hündürlükdə və tikanlı məftillərlə möhkəmləndirilmiş hasar, Lesovo sərhəd keçid məntəqəsi ilə Qolyam Dervent kəndi arasındakı sərhədin ən görünməyən hissəsini əhatə edir. Bolqarıstan ordusu 2014-cü ilin iyul ayında təqribən 5 milyon avroya başa gələn qoruyucu baryeri tamamlayır[2]. Yeni hasar nəticəsində qurğunun yaxınlığında qanunsuz keçid cəhdləri yeddi dəfə azalır. Türkiyənin Bolqarıstandakı səfiri Süleyman Gökçə sərhəd bariyerindən narazılığını ifadə edir. Üstəlik onun narazılıq yaratdığını və hasarın göndərdiyi "siyasi mesajı əks etdirmək" üçün əsas verdiyini bildirir[3].

2015-ci ilin əvvəlində hökumət, quru sərhədini tamamilə nəzarətə götürmək məqsədi tikanlı məftillə 130 km (81 mil) sərhəd hasarını inşa etdiyini elan edir. Baş nazir Boyko Borisov şəxslərin Avropa Birliyinə üzv ölkəyə qanunsuz daxil olmasının qarşısını almaq üçün bu müddətin uzadılmasını "tamamilə zəruri" olaraq xarakterizə edir[4]. Bolqarıstan Parlamenti, milli təhlükəsizliyin qorunması zərurəti üzündən bir dövlət satınalma proseduruna başlamadan Türkiyə ilə sərhəddə hasarın inşasına davam etmək qərarına gəlir[5]. Hasarın bu son hissəsinin tikintisi ilə Bolqarıstanın Türkiyə sərhədi tamamilə qapadılır. 2016-cı ilin martı tarixinədək, planlaşdırılan 166 kilometrlik (103 mil) baryerdən 100 kilometrə (62 mil) yaxın məsafədə tikinti işləri aparılır. 2016-cı ilin iyun ayından baryerin 146 kilometri (91 mi) inşa edilir[6].

Sərhəd keçid məntəqələri

[redaktə | mənbəni redaktə et]

Bütün sərhəd boyunca üç keçid məntəqəsi vardır. İkisi nəqliyyat vasitəsi hərəkəti üçün, biri nəqliyyat vasitəsi və dəmir yolu hərəkəti üçün nəzərdə tutulmuşdur. Bunlar arasında ən işlək olan Kapıkule keçid məntəqəsidir. O dünyanın ən işlək sərhəd-keçid məntəqələrindən biridir[7].

  1. Lyman, Rick. "Bulgaria Puts Up a New Wall, but This One Keeps People Out". New York Times. 2015-04-05. 2019-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2015.
  2. "Bulgarian Defense Minister: Border Fence to be Finished in June". 2014-05-14. 2014-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2015.
  3. "Turkey's Ambassador to Bulgaria Voices Dissatisfaction with Border Fence". 2015-05-31. 2015-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2015.
  4. "Bulgaria to extend fence at Turkish border to bar refugee influx". April 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2015.
  5. "Parliament OKs Building of Border Fence Without Public Procurement". January 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 12, 2015.
  6. Migrant crisis: Bulgaria tightens border with Turkey Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine. June 3, 2016. BBC News.
  7. Reduce Border Waiting Times! Arxivləşdirilib 2022-01-22 at the Wayback Machine, International Road Transport Union (Geneva, February 2009), accessed 9 June 2021