İstanbul müqaviləsi (1913)

İstanbul müqaviləsiOsmanlı imperiyası ilə III Bolqar krallığı arasında 29 sentyabr 1913-cü ildə İkinci Balkan müharibəsindən sonra Osmanlı imperiyasının paytaxtı İstanbulda imzalanan sülh müqaviləsi.[1]

İstanbul müqaviləsi (1913)
Müqavilənin tipi sülh müqaviləsi
İmzalanma tarixi 29 sentyabr, 1913-cü il
İmzalanma yeri İstanbul
İmzalayanlar Osmanlı imperiyası
III Bolqar krallığı
Tərəflər Osmanlı imperiyasıBolqarıstan krallığı

Birinci Balkan müharibəsində, Bolqar krallığı, Serbiya, Yunanıstan krallığıMonteneqro krallığı koalisiyası Osmanlı imperiyasını məğlub etdi. London müqaviləsinə (1913) əsasən Mərmərə dənizi ətrafındakı kiçik ərazi xaricində Osmanlılar,demək olar ki,bütün Avropadakı mülklərini itirdilər.[2]Bununla yanaşı,Osmanlılar İkinci Balkan müharibəsi zamanı Şərqi Frakiyanı geri ala bildilər.[3]Bolqarıstan və digər qonşuları arasında sülh danışıqları Buxarestdə aparılsa da,Osmanlı imperiyası orada təmsil olunmurdu və İstanbul müqaviləsinə yol açan ayrı danışıqlar aparıldı.

Müqavilənin şərtləri aşağıdakılar idi:[4][5]

  1. Bolqarıstan,Ədirnə,KırklareliMonteneqro krallığı və ətraf bölgələri Osmanlı imperiyasına aid edildi.
  2. Osmanlı imperiyası Dədəağaç limanını (Aleksandrupolis) Bolqarıstana verdi.
  3. Torpaq mübadiləsi 10 gün ərzində başa çatmalı idi.
  4. Sərhəddəki qoşunlar üç həftə içərisində tərxis ediləcəkdir.
  5. Hər iki tərəfdən olan hərbi məhbuslar sərbəst buraxılacaqdır.
  6. İki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələr bərpa ediləcəkdir.

Osmanlı imperiyasıBolqarıstan Birinci Dünya müharibəsində İttifaq dövlətlərində müttəfiq idilər. Müharibə zamanı Osmanlı hökuməti,Bolqarıstan-Osmanlı konvensiyası (1915) yolu ilə Monteneqro krallığını Bolqarıstana verməyə qərar verdi. Lakin İttifaq dövlətləri 1918-ci ildə məğlub edildi və Bolqarıstan həm Qərbi Frakiya,həm də Monteneqro krallığını Yunanıstana məğlub oldu.

Müqavilə əsasən Şərqi Frakiya (Avropa Türkiyə),BolqarıstanYunanıstan arasındakı müasir sərhədləri müəyyənləşdirir.İstanbul müqviləsi nəticəsində qurulan sərhədlər,Sevr müqaviləsinin şərtlərinə görə,Türkiyə demək olar ki,bütün Şərqi Frakiyanı Yunanistana verməli idi,lakin təklif olunan ərazi dəyişiklikləri,Türkiyənin İstiqlaliyyət müharibəsində Yunanıstan üzərində qazandığı zəfərdən sonra,sərhədləri təsdiqləyən Lozanna müqaviləsi ilə rədd edildi (yuxarıda göstərilən dəyişikliklər xaricində).

  1. Anderson, Frank Maloy; Hershey, Amos Shartle. The Treaty of Constantinople, 1913 // Handbook for the Diplomatic History of Europe, Asia, and Africa 1870–1914. Washington, DC: National Board for Historical Service, Government Printing Office. 1918. səh. 443. İstifadə tarixi: 26 September 2018.
  2. "Treaty of London". 1997-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  3. Balkan wars Arxiv surəti 11 avqust 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 11 avqust 2010 at the Wayback Machine
  4. "A summary of treaties (in Turkish)". 2012-03-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-12.
  5. Sina Akşin: Çağdaş Türkiye 1908–1980, Cem Yayınevi, İstanbul, 2008 ISBN 978-975-406-566-4 p. 50

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Treaty of Peace Between Bulgaria and Turkey, Signed at Constantinople September 16/29, 1913". The American Journal of International Law. VIII (1, Supplement, Official Documents): 27–45. January 1914. doi:10.2307/2212404. JSTOR 2212404. (ing.)

П:  Türkiyə portalı