Türkiyə Əl-Qaidəsi[1] və ya Türk Əl-Qaidəsi[2][3] (ərəb. القاعدة في تركيا) — "Əl-Qaidə" təşkilatının adı altında Türkiyədə fəaliyyət göstərən qeyri-qanuni silahlı cihadçı sələfi təşkilat.
Türkiyə Əl-Qaidəsi | |
---|---|
11 sentyabr hadisələrindən əvvəl Əfqanıstana gedən və orada "Əl-Qaidə" ilə əlaqə saxlayan Həbib Aktaş hücumlardan sonra Türkiyəyə qayıtmışdır. O, burada "Əl-Qaidə" ilə bağlı təşkilatlanmaya başlamışdır.[4]
Təşkilat 9 mart 2003-cü ildə İstanbulun Kartal səmtindəki Böyük Azad və Qəbul Masonlar Lojasının binasına intiharçı hücumu həyata keçirmişdir.[5][6][7] Təşkilat üzvləri 15 noyabr 2003-cü ildə əvvəlcə İstanbulun Şişli rayonundakı "Bet-İsrael" sinaqoqunda, bir neçə dəqiqə sonra isə Beyoğlu rayonundakı Neve Şalom sinaqoqunda intihar hücumları həyata keçirib. 20 noyabr 2003-cü ildə Birləşmiş Krallığın Beyoğlu Baş Konsulluğuna və HSBC-nin Beşiktaşdakı baş qərargahına da oxşar hücumlar həyata keçirilmişdir.[8] Hücumlarla bağlı açılan və 2007-ci ilin aprelində yekunlaşan işdə 48 nəfər həbs edilmişdir.[9]
9 iyul 2008-ci ildə təşkilat üzvləri ABŞ-nin Sarıyerdə yerləşən İstanbul Baş Konsulluğuna silahlı hücum həyata keçirmişdir.[8]