Tarix boyunca mövcud olan bütün mədəniyyətlərdə insan həyatına və məskunlaşmasına təsir edən ən vacib amillərdən biri duz, digəri isə su olmuşdur.
Təxminən 2500 il bundan əvvəl uyğur türkləri Şərqi Türküstanın Turfan bölgəsində "kariz" adlanan yeraltı su kanalları qazmışlar. Bu kanalların uzunluğu 5000 kilometrə çatırdı. Onların bəzilərindən hətta indi də istifadə olunur. Yatay yeraltı su kanalları olan karizlər vasitəsilə min illərdir ki, tarlalar hətta yağıntı və buxarlanma olmayan ərazilərdə də xüsusi sistemin köməkliyi ilə suvarılır. Orta Asiyada "kariz" adlanan bu kanallara Anadoluda da rast gəlinir. Anadoludakı bu yeraltı su kanalları əsasən Qaziantep, Şanlıurfa, Van, İskilip şəhərlərində qazılmışdır və onlardan günümüzdə də istifadə olunur. Anadoluda bu kanallara "kəhriz" və ya buna bənzər adlar verilmişdir.
Türkiyədə su-meleorasiya sisteminə səlcuqlar dövründən cümhuriyyət qurulana qədər vəqflər vasitəsilə nəzarət edilmişdir. 1926-cı il may ayının 10-da Rəsmi Qəzetdə çıxan 831 saylı "Sular Haqqında Qanun" qəbul olunandan sonra bütün bu vəqflər mülkiyyətləri ilə birlikdə bələdiyyələrin tabeliyinə verilmişdir.
Osmanlı dövründən bu yana qrunt sularının (şirin su: mâai ləziz) çeşmələrə paylanılmasında işlədilən xüsusi ölçü sistemi var:
Ölçü Vahidi | Açıqlama |
1 Lülə | 2 yarım lülə, saniyədə 600 cm³ su ölçümündə ana birimdir. 26 mm çapındaki bir borudan akan su oranı 36lt/dk. |
1 Yarımçıq lülə | 2 Kamış saniyədə 300 cm³ |
1 Qəmiş | 2 Masura saniyədə 150 cm³ |
1 Masura | 2 Çuvaldız saniyədə 75 cm³, 1 masura 4.5lt/dk |
1 Çuvaldız | 2 Hilal saniyədə 18.75 cm³ |
Sistem | Açıqlama |
Künk | |
Galeri | |
Baca | |
Haznə | |
Kəhriz | |
Kubbə | |
Maksem | |
Maslak |
Mədəniyyət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |