Türkmən atı

Ahaltəkə atı — köçəri Təkə türkmən tayfası tərəfindən yaradılmış at cinsi. Ahal-təkə orta hündür boylu, ensiz bədənli, incə sümüklü atdır.

Ahaltəkə atı
Ахалтекинская лошадь
turkmen at
Cinsin istiqaməti Çöl-minik, yarış
Diri çəkisi 465 ± 0 kq[1]
Ölçüləri Hündürlüyü: 160 sm
Rəngi Əsasən kürən
Yetişdirildiyi yer Türkmənistan, Təkə türkmən tayfası
Arealı Orta Asiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ahaltəkə atı

Bəzi ekspertlərin rəyinə görə Axaltəkə atı dünyada ən qədim at növlərindən biridir. Qamətli və uca boylu Axaltəkə atları deyilənə görə səhra şəraitində azca su ilə uzaq yürüşlərə davamlığına görə Marko PoloMakedoniyalı İsgəndər kimi qədim dövrün məşhur səyahətçilərinin diqqətini özünə cəlb etmişdi.

Qədim Axaltəkə atı, bürünc, e.ə. 4-1 əsr.[1] [2]

Axaltəkə cinsinin əmələ gəlməsində Türkmənistanın təbii şəraiti və xalqın yaşayışı böyük rol oynamışdır. Türkmənistanın isti və quru iqlimi, susuz və xarakter bitki örtüyü, səhra şəraiti və eləcə də xalqın keçmişdə köçəri heyvandarlıq həyatı, bu şəraitə uyğun və davamlı, quru bədən quruluşu və iti yerişli Təkə cinsinin yaranmasına səbəb olmuşdur.

Axaltəkə atı

Köçəri Təkə türkmən tayfası əsrlərlə yetişdirdiyi təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol vermirdi. XIX əsrdə isə Təkələr Rusiya imperiyasının ordusuna məhz həmin atların köməyi ilə uzun müddət müqavimət göstərməyə qadir olduğundan, 1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv etdilər. 20 ildən sonra isə Rusiya alimləri yenidən Axaltəkə at növünü bərpa etməyə başladılar və bu gün dünyada olan həmin atlarının hamısı məhz onların o zaman bərpa etdikləri cins nəsildəndir.

ABŞ-n Florida ştatında təmiz cinsli Axaltəkə atları yetişdirən Cessika Eyli Keytin dediyinə görə, Sovet dövründə Axaltəkənin taleyi eniş-yoxuşlu olub, lakin dövlət başçısı Nikita Xruşşovun 5 illik iqtisadi planlaşdırma proqramı bir daha bu at növünün yer üzündən silinmə təhlükəsini gerçəkləşdirdi: "Axaltəkə atları başqa gözəl atlarla yanaşı ət üzrə planı doldurmaqdan ötrü sallaqxanalara göndərilirdi".

Axal-təkə atlardan kütləvi surətdə ingilislər Hindistana daşımışlar və Hindistanın at cinslərin yaxşılaşdırılmasında bilavasitə böyük rolu vardır. Bu cins ən çox Hindistan, Əfqənistan və Almaniyaya daınmıdır.

Axal-təkə atı xarakter xüsusiyyətə malikdir:

  • başı uzun, yüngül və quru;
  • boynu uzun, nazik, hündür duruşlu, çox zaman maralboyun formada, cidovu hündür və uzun;
  • beli düz;
  • sarğısı düz, bəzən bir qədər sallaq;
  • döşü dərininə az inkişaf etmiş, kürəyi maili;
  • ətrafları uzun və quru;
  • buxovluğu uzun və düz;
  • dırnağı bir qədər enlidir.

Axal-təkə cinsinin rəngi qızılı-kürən, kəhər və quladır. Örtük tükləri gödək və nazik, müdafiə tükləri zəif inkişaf etmişdir. Axal-təkə orta hesabla madyanlarda cidov hündürlüyü 152,3 sm, bədəni çəp uzunu 154,4 sm, döş quruluşu 165,6 sm, incik sümüyü isə 18,1 sm-dir.

Axal-təkə atı yaxşı yeriş keyfiyyətli, sürətli və uzaq məsafələrdə yürüşlərə davamlıdır. Sürət etibarı ilə təmizqanlı minik atından sonra ikinci yeri tutur. Rekor sürəti (üç yaşar atlarda) 1600 metr məsafəyə 1 dəq. 49 san. (Ulduz), yuxarı yaşlarında 2400 metr məsafəyə 2 dəq. 49 san-dir (Marı). 1935-ci ildə Aşqabaddan Moskvaya keçirilmiş yürüşdə Axal-təkə Ġomud atları 4300 km. məsafəni 84 günə gedə bilmişdir.

Axaltəkə atları bu gün

[redaktə | mənbəni redaktə et]
Axaltəkə atı Türkmənistanın dövlət gerbində

Bu gün Axaltəkə atlarına, deyilənə görə, əslən Təkə tayfasından olan Türkmənistan prezidenti Saparmurad Niyazov himayədarlıq edir. O, Axaltəkələri dünya liderlərinə hədiyyə verir və məlumatlara görə, ölkəsində atçılıq mərkəzinin yaradılmasına 25 milyon dollara yaxın vəsait sərf edib[2].

Məşhur Axaltəkə atları

[redaktə | mənbəni redaktə et]

Axaltəkə atı poçt markaları üzərində

[redaktə | mənbəni redaktə et]
  1. Porter V., Alderson L., Hall S. J. G., Sponenberg D. P. Mason's World Encyclopedia of Livestock Breeds and Breeding (ing.). 6 CAB International, 2016. P. 433. 1107 p. ISBN 978-1-84593-466-8
  2. "Türkmənbaşının dünya liderlərinə hədiyyəsi". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-18.
  3. Кузнецова Ю. Подарки для царей. Ход конём Arxivləşdirilib 2012-03-24 at the Wayback Machine // Золотой Мустанг. - 2001. - № 3.  (Yoxlanılıb 31 dekabr 2010) (rusca)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]